Minimum tələb və 1100 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Caspian Business Consultants LLC

Vəzifə: Mühasib

İş barədə məlumat

– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
– Vergi orqanları ilə yazışmalar
– Vergi və mühasibat uçotunun aparılması
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Əməliyyatların 1C proqramında işlənməsi
– Vergi hesab fakturaların yazılması
– Bank və kassa əməliyyatları
– İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Xanım mühasiblər
– Məsuliyyətli, dəqiq və peşakar
– Vergi və Əmək Məcəlləsi üzrə biliklər
– 1C, BTP, B3, MS Office proqramlarını bilmək
– Azərbaycan, İngilis və Rus dillərini bilmək

Əmək haqqı: 900-1100 AZN

Yaş: 21 – 32 yaş

Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Telefon: (012) 497-04-23

Əlaqəli şəxs – Nigar Əbdülrəhimova

E-mail: 

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Təsdiqlənmiş əmək müqaviləsinə elektron informasiya sistemində necə baxmaq olar?

posted in: Müqavilələr, Xəbər | 19

Əmək müqaviləsi bildirişi məlumatlarının elektron informasiya sisteminə daxil edilməsi yalnız gücləndirilmiş imza (e-imza və ya ASAN imza) vasitəsi ilə mümkündür.

Bunun üçün işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs gücləndirilmiş elektron imzaya, o cümlədən “ASAN imza”ya (Mobil imza) sahib olmalıdır.

“ASAN imza” (Mobil imza) sertifikatı üçün zəruri olan SİM kartı əldə edilməsi məqsədi ilə bütün mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) nümayəndəliklərinə müraciət edilməlidir. Bundan sonra vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla müvafiq “ASAN imza” (Mobil imza) sertifikatı alınmalıdır.

İşəgötürən gücləndirilmiş elektron imza ilə elektron informasiya sisteminə daxil olduqdan sonra “Əmək müqaviləsi bildirişlərinin reyestri” pəncərəsi vasitəsi ilə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması, onlara dəyişiklik edilməsi və xitam verilməsi barədə “Bildiriş”lərlə tanış ola, eyni zamanda bir sıra digər əməliyyatları (bildirişi imzala, etibarsız hesab et, bildirişi pdf. formatında yüklə, qeydiyyat məlumatını yüklə, axtarış etmə, bildirişi şablon kimi saxla, şablonların redaktəsi, etibarsız bildiriş əsasında yenı bildiriş daxil etmə) həyata keçirə bilər.

İşçi “Əmək müqaviləsi bildirişi” barədə məlumatı əldə etmək üçün mövcud autentifikasiya vasitəsindən (e-imza kartı, “ASAN imza”, elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə, smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı və ya smartfon ilə daxil olma) birindən istifadə edərək www.e-gov.az portalına daxil olmalı, daha sonra portalın “E-Xidmətlər” bölməsinin ƏƏSMN tərəfindən təqdim olunan elektron xidmətlər siyahısından “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətini seçməlidir. Adı çəkilən elektron xidmətə daxil olduqda işçi hazırda işlədiyi və ya əvəllər işləmiş olduğu işəgötürənlər tərəfindən sistemə daxil edilmiş Bildirişlər ilə tanış ola, müəyyən edilmiş parametrlər əsasında axtarış apara, “Ətraflı baxış” düyməsi ilə Bildirişin bütün məlumatlarına baxa, yükləyə, bildirişi və ya bildirişin sistemdə qeydiyyata alınmasında dair məlumatı çap edə bilər.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kiçik yatırımla ən faydalı biznesi qurmaq yolları (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

İnkişaf etmiş ölkələrdə kiçik biznes iqtisadiyyatın mühüm hissəsini təşkil edir. Təəccüblənmək lazım deyil: sahibkar demək olar ki, sərmayəsiz yaxşı pullar qazana bilər. Əlbəttə, gəlir fəaliyyət növündən və biznesin təşkili formasından asılı olur. Biz sizə kiçik yatırımla ən faydalı biznesi necə qurmağın yollarından söz açacağıq.

Gəlirlər üzrə bazar liderləri

Kiçik mülkiyyət formalı yüksək gəlirə malik şirkətlərin reytinqi hansı biznes sahələrinin daha çox mənfəət gətirdiyini göstərir. Bizim siyahı ilə tanış olun, bəlkə başlanğıc üçün sizin ideya və şərtləriniz  tez qazanmağınıza kömək edəcək:

  1. Bir çox ölkələrdə gəlirə görə liderdirlər – bazarda ərzaq və məişət cihazlarının kommersiya fəaliyyəti ilə məşğul olanlar: bazar ticarəti, ərzaq və sənaye malları satan mağazalar, kiçik topdansatış bazaları, yemək və içkilər satışı ilə məşğul olan küçə ticarəti.
  2. Təmir və inşaat sahəsi ondan bir qədər geri qalır: qapıların, pəncərə və qıfılların qoyulması, divarların innovasiyalı qızdırılması, bağ evlərində besedka və quyuların tikilməsi. Əgər, siz əsil ustasınızsa, onda mahir əlləriniz sizi yüksək ödənişli mütəxəssisə çevirəcək.
  3. Saytların və internetdə reklamın irəliləyişi: Marketoloqlar, SMM mütəxəssisləri, piar-menecerlər özlərinə işləyə bilər və ya şəbəkədə irəliləmək üçün şirkət aça bilərlər: reklam layihələrinə rəhbərlik edə və yeni fəaliyyətə başlayan biznesmenləri “raskrutka” edə bilərlər.
  4. Xidmətlər və konsaltinq: repetitorluq, mühasibat outsourcing’i və auditi, psixoloji konsultasiyalar, foto və video-çəkilişlər, kosmetologiya, manikür, bərbər xidmətləri, massaj. Bu sahə yüksək peşəkar hazırlıq tələb edir, burada başlanğıc üçün elə də yüksək sərmayə lazım gəlmir.
  5. Şəxsi stomatologiya. Burada da peşəkar təcrübə çox zəruridir, avadanlıqların alınması üçün vəsait və kabinetin təşkili və lisenziya alınması hökməndir. Amma, bu fəaliyyət növünə tələbat böyükdür və qoyulan sərmayənin qısa müddətdə geri qayıdacağına şübhə yoxdur.
  6. Veb-dizayn və kopiraytinq. Bu sahə freelancer’lərlə zəngindir, amma təcrübəli mütəxəssislərdən ötrü əvvəlki tək yüksək gəlirli sahədir.
  7. Avtomobil xidmətləri. Şin təmiri, maqnitola və avtomobil siqnallarının qurulması, bu cür malların satışını həyata keçirən mağazalar olan avtoservislərə, yüksək tələbat duyulur.
  8. Handmade, əl işlərindən ibarət unikal məhsullar – tikməçilər üçün biznes variantı, hansı ki, icarə üçün yerə ehtiyac duymurlar və internet mağaza açırlar. Burada yalnız məhsulu yaxşı nümayiş etdirmək üçün fotoqrafiyanı əla öyrənmək lazımdır.
  9. Çörək zavodları və sağlam qidaları müştərilərə birbaşa çatdırılmasını təşkil edən restoranlar. Bu gün ənənəvi fastfood’lar adamları bir o qədər də cəlb etmir. Amma, faydalı vegetarian burqerlər ilə yaxşı qazanc əldə etmək olar.
  10. Nəqliyyat daşımaları. Əgər, sizə öz şəhərinizdə və ya regionda bu bazarda yer tutmaq nəsib olarsa, onda qoyduğunuz sərmayəni tez çıxara bilər və yaxşı rentabelliliyə nail ola bilərsiniz.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

244.000 manat pul oğurlayan Baş mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Rusiya DİN-nin Lipetsk şəhəri üzrə iqtisadi sahədə cinayətlərin araşdırılması şöbəsi 47 yaşlı qadına qarşı bir necə cinayət işi üzrə ittiham irəli sürüb. O, Lipetsk şəhərindəki iri tikinti şirkətlərindən birindən dələduzluq yolu ilə külli miqdarda pul vəsaitlərinin mənimsənilməsində şübhəli bilinir.

İlkin istintaq zamanı məlum olub ki, qadın sözügedən tikinti şirkətində Baş mühasib işlədiyi dövrdə öz xidməti vəzifəsindən sui-istifadə edərək, dəfələrlə şirkətin pul hesablarından külli miqdarda vəsaitlər çırpışdırıb. Bundan ötrü o, pul vəsaitlərini özünün və yaxın qohumların adına müxtəlif  banklarda, hətta başqa regionlarda yerləşən banklarda açdırdığı hesablara köçürüb. Öz qeyri-qanuni əməllərini ört-basdır etməkdən ötrü keçmiş baş mühasib, saxta ödəniş fakturaları, tədarük müqavilələri tərtib edərək, ora saxta məlumatlar qeyd edib.

İstintaqın əlində qadının 2 500 000 rubldan çox (təxminən 67.800 manat) vəsaiti mənimsəyərək xərclədiyini və daha 2 900 000 rubl (təxminən 78.600 manat) məbləğində saxtakarlığa cəhd etdiyi barədə məlumatlar var. İlkin olaraq müəyyən edilib ki, Lipetsk şirkətinə dəyən zərər 5 milyondan çoxdur. Lakin, əməliyyatçıların versiyasına görə oğurlanmış pulların həcmi 9 000 000 (təxminən 244.000 manat) rubla yaxındır.

Eyni zamanda, istintaq müəyyən edib ki, şübhəli bundan əvvəl də dələduzluq üstündə mühakimə olunubmuş. Qadın sözügedən şirkətdə iki ilə yaxın müddətdə çalışıbmış.

Hazırda məlum cinayət əməli üzrə istintaq hərəkətləri davam etdiririlir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.