Əmək haqqı 2500 manatdan çox olduqda, güzəşt hüququna əsasən gəlir vergisi necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Sual: Sualim əmək haqqından gəlir vergisinin hesablanmasına aiddir. Əgər əmək haqqısı 2600 AZN olan şəxs həm də müharibə əlilidirsə (102-ci maddəyə əsasən 400 azn gəlir vergisindən azad olma hüququ var) onun əmək haqqısından gəlir vergisi hesablandıqda 173 AZN yaşayış minimumu çıxılırmı? Ümumiyyətlə həmin şəxsin gəlir vergisi nece hesablanır.

Cavab: Bildiririk  ki,  fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi, yəni 173 manat (2018-ci il üzrə) gəlir vergisi hesablanarkən çıxılır.

Müharibə əlili olan işçinin əmək kitabçasının olduğu əsas iş yerinə güzəşt hüququ verən sənədlərdən biri təqdim edildiyi və muzdlu işlə əlaqədar aldığı gəlir 2.500 manatdan artıq olduğu halda, sorğunuzda qeyd edilən halda isə hesablanmış əmək haqqı 2600 manat olduğu üçün həmin əmək haqqından ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissə çıxılmır, yalnız müharibə əlilinə görə verilən 400 manat güzəşt çıxılır, yerdə qalan məbləğdən isə 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Bu halda müharibə əlili olan işçidən gəlir vergisi aşağıdakı qaydada hesablanaraq tutulur:

((2600-400)*14%= 308).

Bax: Vergi Məcəlləsinin 101.1-ci102.1.6-cı və 102.2.4-cü və 102.8-ci maddələri, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 906-VQ nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

700 manat əmək haqqı ilə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Səba ASC

Vəzifə: Mühasib (Gündəlik təzə ərzaq malları dükanları üzrə)

Əmək haqqı – 600-700 AZN

İş barədə məlumat

  • “Səba ət-süd” mağazası üzrə maliyyə hesabatlarının gündəlik, aylıq və rüblük hazırlanması və menecmentə və dövlət qurumlarına təqdim edilməsi;
  • Gəlirlər və xərclər haqqında hesabat
    Pul axını cədvəli
  • Balansın qurulması
  • “Səba ət-süd” mağazalarına aid olan gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi;
  • “Səba ət-süd” mağazaları tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi;
  • Kassa əməliyyatlarının uçotunun aparılması;

“Səba ət-süd” mağazalarında çalışan şəxslərin xidmət haqqının hesablanmasına dair hesabatların hazırlanması;

Namizədə tələblər

  • Ali təhsil (Maliyyə, mühasibat uçotu sahəsində arzuolunandır.);
  • Ən azı 2-3 il iş təcrübəsi olmalıdır;
  • 1C Proqramında, Excell proqramında  işləmə bacarığı;
  • Stresədavamlı, tələbkar, məsuliyyətli;
  • Azərbaycan dilində  danışıq və yazı qabiliyyətinə malik olmalı;
  • Vergi qanunvericiliyindən məlumatlı olmalı;

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla adlandıraraq,    elektron ünvanına göndərərdiniz.
CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda ilk dəfə “Mobil elektron imza” layihəsi təqdim olunub

posted in: Xəbər | 0

Azərbaycanda ilk dəfə “Mobil elektron imza” layihəsi təqdim olunub.

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə “Kapital Bank” arasında reallaşan “Mobil elektron imza” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Kapital bankın rəsmiləri ilə yanaşı dövlət qurumlarının nümayəndələri, startapçıları iştirak edib.

Elektron imza virtual məkanda mövcud olan, əl ilə imzalanmış imzaya bərabər tutulan imzadır və onun istifadəsi bütün dünyada olduğu kimi Azərbaycanda da artıq texnoloji trend hesab olunur.

Ölkədə elektron imza infrastrukturunun inkişafı əhalinin elektron xidmətlərə marağının yüksəlməsinə və “Mobil elektron imza” həllinin yaradılmasına zəmin yaradıb. Kapital bankla birgə əməkdaşlığın nəticəsində reallaşan bu layihə vətəndaş məmnunluğunun artmasına hesablanıb.

“Mobil elektron imza” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan innovativ layihədir. Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalanma prosesini sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

Bank sektorunda hər zaman yeniliklərə imza atan ölkənin innovativ bankı “Kapital bankı”, ” Mobil elektron imza” layihəsinə qoşulan ilk bankdır. Bu gündən etibarən Kapital bank müştərisi qısa müddət ərzində “Mobil elektron imza” sertifikatlarına sahib

ola biləcək. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərisini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək.

Bu layihə bank əməliyyatlarının daha çevik aparılması ilə yanaşı mobil bankçılığın inkişafında da əhəmiyyətli rol oynayacaq. Həmçinin yarana biləcək bəzi neqativ hallarınaradan qalxmasına gətirib çıxaracaq.

“Mobil elektron imza”nın üstünlüklərinə sənədlərin məkanından asılı olmayaraq onlayn imzalanması, hər hansı tətbiqə inteqrasiya mümkünlüyü, imzalanmış sənədlərin təhlükəsizliyi daxildir.

“Mobil elektron imza” layihəsi konsepsiyasının əsas hədəfi ənənəvi klassik metodlardan fərqli olaraq, bank xidmətlərində biznes subyektlərinin münasibətlərini yeni elektron müstəvidə qurmaq və idarəçilik sisteminin təşkilində hüquqi öhdəliklərin təsdiqlənməsi, həmçinin təhlükəsizlik faktoru üzrə etibarlı mühitin yaradılmasını özündə əks etdirir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bravo-da Ödənişli təcrübə proqramı

posted in: Xəbər | 2

‘Praktikum’ Yay Təcrübə Proqramı haqqında ümumi məlumat

Gənclər ali təhsillərini bitirdikdən sonra karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.

Bravo Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün ‘Praktikum’ Yay Təcrübə Proqramı təşkil edir.

‘Praktikum’ tələbələrin təhsil zamanı öyrəndiklərinin işgüzar həyatda tətbiqini, korporativ mühitlə və biznes proseslərlə yaxından tanış edib, şirkət peşəkarları tərəfindən təlimatlanıb, yay aylarında işləmək imkanı verir.

‘Praktikum’ təcrübə proqramı kimləri əhatə edir?

  • 18 yaşdan yuxarı bakalavr/magistr tələbələri və 2017-2018-ci illərdə məzun olmuş gənclər

Təcrübə proqramının seçim mərhələləri hansılardır?

  • Müraciətlərin qəbulu
  • Test və qrup müsahibələri
  • Fərdi müsahibə

2018-ci il ‘Praktikum’ hansı şöbələri əhatə edir?

  • İnsan Resursları və İnzibati işlər
  • Maliyyə
  • Hüquq
  • Marketinq
  • Qida alışı
  • Qeyri-qida alışı
  • İT və Biznes əməliyyatları
  • Mağaza əməliyyatları
  • Mağazaların inkişafı

Təcrübəçilərin proqramdan əldə edəcəkləri:

  • Azərbaycanın ən qabaqcıl şirkətlərinin birində praktik təcrübəyə yiyələnmək
  • Peşəkarlarla birgə çalışmaq
  • Şirkətin daxili iş prosesləri haqqında ətraflı məlumat
  • Komanda işi və yeni layihələrin inkişaf etdirilməsi
  • Təcrübəçi proqramda iştirak etməsinə dair təstiq sənədi ilə təltif olunur

‘Praktikum’ Yay Təcrübə Proqramının şərtləri:

  • Proqramın müddəti 5 tam iş günü olmaqla, 2 ay davam edir
  • Təcrübəçinin nahar və nəqliyyat xərclərini ödəyəcək məbləğdə təqaüd ayrılır

Müraciət etmək üçün:

Maraqlanan gənclər 15 May 2018-ci il tarixinədək öz müraciətlərini xüsusi formanı dolduraraq  elektron ünvanına göndərə bilərlər.

Forma: Müraciət forması

Mənbə: www.bravosupermarket.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.