Auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0

İşəgötürən: Zeytun Pharmaceuticals

Tələblər:

• Ali iqtisadi təhsil
• Qiymətlərə nəzarət sahəsində 1-2 ildən az olmayan iş stajı
• Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s), Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər
• Yaxşı riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklərə malik olma, özünü tənqidetmə və müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı, hesabatların hazırlanması və yazılması bacarığı

Vəzifə öhdəlikləri:

• Mal satan şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması və maliyyə direktoruna məlumatın verilərək təsdiqindən sonra  kassa məxaric qəbzlərinin təsdiq edilməsi.
• Mal satanlara iadə olunan malların razılaşdırılmış  iadə şərtlərinə uyğunluğunu və əməliyyatın doğruluğunun   yoxlanılması və 1C proqramında təsdiq edilməsi.
• Apteklərdən daxil olan iadələrin daxili qaydalara uyğunluğunun yoxlanılması və şirkətdən alınmayan malların iadəsinin və digər neqativ halların  qarşısının alınması.
• Şirkətin anbarları arasında mal hərəkətinin 1C-proqramında baxılması  və əməliyyatların düzgünlüyünə nəzarət.
• 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət və alış qiymətindən aşağı satışın qarşısının alınması.
• Mütəmadi olaraq mal satan şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və AKT-laşdırılması. Anbarda olan malların seriya, adları üzrə uyğunsuzluqlarının 1C proqramında düzəliş edilməsi.
• Referent siyahıya daxil edilmiş qiymətlərin 1C –proqramına daxil edilməsi və yoxlanılması. Apteklərin yerlərdə audit olunması;
• Zeytun şirkəti tərəfindən satılan malların apteklər tərəfindən digər mal satanlardan alınmasının aşkar edilməsi və qarşısının alınması. Zeytun şirkəti tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət və təsdiq
• Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması və təsdiqi

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi   elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ofis avadanlığını VÖEN-siz fiziki şəxsdən aldıqda necə rəsmiləşdirməli və amortizasiya hesablamalı?

posted in: Xəbər | 0

Sual: Hüquqi şəxs öz istifadəsi üçün hər hansı ofis avadanlıqları alır. Məbləğin çox alınmaması üçün avadanlıqları ikinci əldən, yəni VÖEN olmayan fiziki şəxslərdən alırsa;

1. Bunları hansı sənədlərlə rəsmiləşdirməlidir?

2. Vergi məqsədləri üçün bu avadanlıqları əsas vəsaitlərə daxil edib amortizasiya hesablamaq olarmı?

Cavab: 1. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.

“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36018).

Bununla belə, malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin malları (vergidən azad edilən mallar istisna olmaqla, məsələn kənd təsərrüfatı məhsulları) təqdim edən şəxs üçün vergi öhdəliyinin yaranmasına səbəb olur.

Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidirlər.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 73-cü və 130-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli və 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

2 Bildiririk ki, alınmış aktivlərin dəyəri 500 manatdan, isitismar müddəti 1 ildən artıq olduqda, həmin aktivlər əsas vəsaitlərə aid edilməlidir.

Allnmış əsas vəsaitləri gəlirin əldə olunması prosesində istifadə edildikdə, hesablanan amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Bax: Vergi Məcəlləsinin 13.2.17-ci, 108-ci və 114-cü maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bank sirri ləğv edildi, borcunuzu yad adamlar öyrənə bilər

posted in: bank, Xəbər | 0

Banklar haqqında qanuna bir sıra yeni dəyişikliklər edilmişdir. Dəyişikliklər əsasən qanunun 2 maddəsini – 35 (Banklar arasında münasibətlər) və 41-ci (Bank sirri) maddələri əhatə edir.

Tanınmış hüquqşünas Pərviz Məmmədov bildirdi ki, dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, borcalanlar barədə məlumatlar təkcə Mərkəzləşmiş Kredit Reyestrində deyil, həm də kredit bürolarında toplanılacaq. Həmçinin Bank sirri maddəsinə edilmiş dəyişikliyə əsasən borcalanlar barədə məlumatların Kredit bürolarına verilməsi bank sirrinin yayılması hesab edilməyəcəkdir:

“Edilmiş dəyişikliyin digər bir maraqlı cəhəti isə ondan ibarətdir ki, 35.4-cü maddədən “Kredit reyestrlərində olan məlumatlar yalnız banklara ,”Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin maliyyə bazarlarına nəzarət orqanına) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. Kredit reyestrlərində toplanan və oradan alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur” cümləsi çıxarılmışdır və bu da öz növbəsində borcalanlar barəsində, Mərkəzləşmiş Kredit reyestrində olan məlumatları əldə etməyə hüquq olan şəxslərin dairəsinə olan məhdudiyyət qaldırılmışdır.

Bu dəyişiklik Mərkəzləşmiş Kredit Reyestrində olan məlumatların istənilən şəxs tərəfindən əldə edilməsinə icazə verilməsi anlamına gələ bilir”.

35.4-cü maddənin əvvəlki redaksiyada olan məzmunu belə idi:

35.4. Banklar bank sisteminin etibarlılığını təmin etmək məqsədilə  borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.

Maliyyə bazarlarına nəzarət orqanının icazəsi və müəyyən etdiyi şərtlər daxilində banklar öz aralarında da xüsusi kredit reyestri yarada bilərlər.

Kredit reyestrlərində olan məlumatlar yalnız banklara ,”Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin maliyyə bazarlarına nəzarət orqanına) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. Kredit reyestrlərində toplanan və oradan alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədilə məlumatlar ödənişli əsaslarla verilir.

Həmin maddənin yeni redaksiyada verilən məzmun isə belədir:

35.4. Banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Bu dəyişiklik Mərkəzləşmiş Kredit Reyestrində olan məlumatların istənilən şəxs tərəfindən əldə edilməsinə icazə verilməsi anlamına gələ bilər və gələcəkdə müxtəlif məhkəmə mübahisələrinə yol aça bilər”,- hüquqşünas əlavə etdi.

Müəllif: Pərviz Məmmədov

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1C Operator tələb olunur

posted in: 1C, İş elanı, Xəbər | 1

İşəgötürən:  Zeytun Pharmaceuticals

Tələblər:

• Ali və ya orta təhsil (ixtisas – mühasib, iqtisadçı)
• Təcrübə -“1C operator “ vəzifəsində minimum 1 il arzu olunandır
• MS Office proqramlarından istifadə bacarığı
• 1C proqramı üzrə mükəmməl biliklər

Vəzifə öhdəlikləri:

• Mal satanlara iadə olunan malların razılaşdırılmış  iadə şərtlərinə uyğunluğunu və əməliyyatın doğruluğunun  yoxlanılması və 1C proqramında təsdiq edilməsi.
• Şirkətin anbarları arasında mal hərəkətinin 1C-proqramında baxılması  və əməliyyatların düzgünlüyünə nəzarət.
• 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət və alış qiymətindən aşağı satışın qarşısının alınması.
• Mütəmadi olaraq mal satan şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və AKT-laşdırılması.
• Anbarda olan malların seriya, adları üzrə uyğunsuzluqlarının 1C proqramında düzəliş edilməsi.
• Referent siyahıya daxil edilmiş qiymətlərin 1C –proqramına daxil edilməsi və yoxlanılması.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi   elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.