“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik təsdiq edilib

posted in: muhasibat, Xəbər | 0

Mühasiblərin peşəkarlığını müəyyənləşdirən meyarlar hazırlanır.

Bu, “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar olmalıdırlar.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını və peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını təmin edir.

Bundan başqa, qanun layihəsi ilə kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları ləğv edilib.

Layihəyə əsasən, Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı müddəaların çıxarılması nəzərdə tutulduğu üçün həmin layihədə Mühasibat Uçotu üzrə Məsləhət Şurasının yaradılması və fəaliyyətinin tənzimlənəsi ilə bağlı maddələr ləğv edilib.

Qeyd edək ki, qanun layihəsi ilə ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Şəffaflığın təmin olunmasında hesabatlılığın və auditin rolu

posted in: Audit, Xəbər | 0

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühasibat uçotu və audit kafedrasının müəllimlərinin, maliyyə və mühasibat fakültəsinin tələbələrinin iştirakı ilə elmi seminar keçirilib.

Seminarda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov “Şəffaflığın təmin olunmasında hesabatlılığın və auditin rolu” mövzusunda məruzə ilə çıxış edib. Professor müasir şəraitdə auditin vəzifələrini daha dolğun və cəmiyyətin maraqlarını təmin edə biləcək bir səviyyədə reallaşdıra bilməsi üçün peşəkarlıq, peşə biliklərinin davamlı yüksəldilməsi, peşə xidmətlərinin lazımi səviyyədə təmin edilməsi, qanunvericiliyə və peşə standartlarına tam riayət olunması kimi bir sıra vacib tələblərə cavab verməli olduğunu bildirib. Vurğulanıb ki, yalnız bu şərtlər daxilində audit özünün təkcə iqtisadi rolunu yox, həm də sosial öhdəliklərini yerinə yetirmək hüququ qazana bilər.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İyun ayında olan qeyri-iş günlərinin sayı

posted in: Xəbər | 0

İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq. İyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq. Beləliklə, ölkədə ardıcıl – iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq.

İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bakıda keçiriləcək ümumukrayna mühasiblər konqresinin azərbaycanlı mühasiblər üçün iştirak haqqı məlum oldu

posted in: muhasibat, Xəbər | 0

2018-ci il iyun ayının 21-25-də Bakıda Ümumukrayna Mühasibat Konqresi keçiriləcək. Tədbir belə adlanır: “12-ci Ukrayna-Xəzər Mühasibat Konqresi”  / Bakı 21-25 iyun, 2018-ci il.

Tədbirlə bağlı hazırlanan press-relizdə bildirilir ki,  bu konqres artıq on iki ildir ki, davam edir və ilin tədbiri hesab olunur. Mühasiblərin fikir və düşüncələrini hərəkətə gətirən, birləşdirici bir qüvvə kimi ortalığa çıxır.

İştirak haqqı: 500 AZN ( АPFM üzvləri üçün 380 AZN)

Qeydiyyat üçün: АPFM – Azərbaycanda  əlaqələndirici;

Əlaqə: +99412 564 22 37/57, +99450 205 06 99 (Pərvanə Həsənova)

Email: www.apfm.az

 

 Proqram

Əsas mövzu:

“Mühasib biznesdə: peşənin transformasiyası, beynəlxalq təcrübə”.

23/06/18 ŞƏNBƏ
08:00 – 09:00 Səhər yeməyi
10:00 – 10:30 12-ci Ukrayna-Xəzər mühasibat konqresinin açılışı

 

Spikerlər:

Apollon Pozov, “Ümumukrayna mühasiblər klubu” ictimai təşkilatının prezidenti, iqtisad elmləri namizədi

Vadim Mazur, “Biznesin avtomatlaşdırılması birlikləri”

Lyudmila Qaponenko, Vergi, gömrük siyasəti və mühasibat uçotu metodologiyası Departamentinin direktor müavini – Ukrayna maliyyə nazirliyinin mühasibat uçotu metodologiyası idarəsinin rəisi

10:30 – 11:30 1№li Sessiya. Mühasibat uçotu aparılmasının strategiyası və mühasiblərin sertifikatlaşdırılması

Yeni çağırışlara və tələblərə cavab verən mütəxəssislər əldə etmək məqsədilə və müvafiq olaraq mühasibat uçotunu daha keyfiyyətli qura bilən  mühasiblərin sertifikatlaşdırılması zərurəti, bunun nəticəsində vergi orqanları tərəfindən cərimə sanksiyalarının minimuma endirilməsi və kənar auditorlara çəkilən məsrəflərin azaldılması.

Spiker:

Azərbaycan respublikası peşəkar maliyyə menecerləri assosiasiyasının nümayəndələri

11:30 – 12:00 Kofe-breyk
12:00 – 13:00 2 №li sessiya. Kənar audit və onun maliyyə göstəricilərinə təsiri.

Şirkətlərin kənar auditlərin keçirilməsində təcrübəsi və bunun nəticəsində daha əlverişli kreditlər əldə etmək, yeni bazarlara çıxmaq, məlumatın keyfiyyətinin yaxşılaşdırılması, nəzarətin gücləndirilməsi və s.

Spiker:  

“SOCAR” Azərbaycan Respublikası dövlət neft şirkətinin nümayəndələri.

13:00 – 14:00 Nahar
14:00 – 15:00 3 №li sessiya. Maliyyə hesabatlılığının beynəlxalq standartları (MHBS): ilk tətbiq

Spiker:

BDO Azərbaycan auditorlar şirkətinin nümayəndələri

15:00 – 15:30 4№li sessiya. Ukrayna qanunvericiliyində aktual və mühüm olan. Perspektiv qanunvericilik.

 

Spiker:

Lyudmila Qaponenko, Vergi, gömrük siyasəti və mühasibat uçotu metodologiyası Departamentinin direktor müavini – Ukrayna maliyyə nazirliyinin mühasibat uçotu metodologiyası idarəsinin rəisi

15:30 – 16:00 5№li sessiya.  Substance – real iştirak. Ukrayna şirkətləri üçün risklər.

Spiker:

Nikolay Matyuxa, auditor, müxtəlif iqtisadi sahələrdə konsaltinq üzrə ekspert,  BDO, Price Waterhouse kimi beynəlxalq şirkətlərdə işləyib.

16:00 – 18:00 “Sürətli iqtisadi dəyişikliklər şəraitində mühasib-idarəçinin rolu” Dəyirmi masa.

Öyrənin, bu gün sahibkarlar arasında niyə biznesin dəyərini artıra biləcək mühasiblərə böyük tələbat var, hesabat sahibinin hansı praktiki bilik və bacarıqlara ehtiyacı var, hansı qaydaları bilmək lazımdır.

 

Moderator:

Apollon Pozov, “Ümumukrayna mühasiblər klubu” ictimai təşkilatının prezidenti, iqtisad elmləri namizədi

19:00 – 20:00 Şam yeməyi
24/06/18  Bazar günü
08:00 – 09:00 Səhər yeməyi
10:00 – 16:30 Master-klass «İdarəetmə uçotu: biznes-qərarların qəbulu üçün lazım olan məlumatların toplanılması və təhlili bacarığı»

1.       İdarəetmə uçotu məqsədləri üçün hansı klassik idarəetmə hesabatları və formalarından istifadə edilə bilər.

2.       Şirkətlərin sabit və dəyişkən xərclərinin paylanması anlayışı  pozulma nöqtəsini hesablamağ anecə kömək edir.

3.       Nəyə görə mənfəət marjı analizinə ehtiyac var.

4.       Xərcləmə davranış modelini anlayaraq, bundan məhsuldar xərclərin azaldılması məqsədləri üçün necə istifadə etmək.

5.       Alternativ idarəetmə qərarlarının qəbuledilməsi üsulunu bacarıqla necə tətbiq etmək olar.

6.       Biznesin dəyərləndirilməsi nəyə lazımdır və “Hazırda biznesin dəyəri necədir” və “Ertəsi gün bu neçəyə başa gələcək” suallarına necə cavab verməli?

7.       Müxtəlif maliyyə əmsalları nəyə lazımdır və bunun səmərəsi nədir.

8.       Büdcə nədir və onu nə ilə “həzm-rabedən” keçirirlər?

9.       Biznes-plan nəyə lazımdır və onu necə tərtib edirlər?

10.   Niyə və hansı hallarda uçotun avtomatlaşdırılması lazımdır və prinsipcə bu uçotun təşkili məqsədləri üçün hansı məsələləri həll edir.

Proqramın formatı: yalnız təcrübəyə istinad etməklə çərçivəsiz canlı ünsiyyət.

 

Spiker:

Sergey Polişuk, auditor, Juscutum Auditin idarəedici partnyoru

 

11:30 – 12:00 Kofe-breyk
13:00 – 14:00 Nahar
16:30 – 17:00 Ukrayna-Xəzər 12-ci mühasibat konqresinin bağlanışı

 

Spiker:

Apollon Pozov, “Ümumukrayna mühasiblər klubu” ictimai təşkilatının prezidenti, iqtisad elmləri namizədi

19:00 – 20:00 Şam yeməyi