ABŞ dövlət başçısının təyyarəsi Qazaxıstanda vergidən azad edilib

posted in: Vergi, Xəbər | 0

Qazaxıstan parlamenti dövlət təyyarələrinin uçuşları üçün aeronaviqasiya yığımları üzrə ABŞ ilə imzalanmış sazişi ratifikasiya etmişdir.

Saziş bu il yanvarın 12-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri zamanı Vaşinqtonda imzalanmışdı. Sənəd hökumət nümayəndələrini daşıyan dövlət təyyarələrinin qarşılıqlı şəkildə aeronaviqasiya yığımlarından azad edilməsini nəzərdə tutur. “Sazişin müddəalarının yerinə yetirilməsi üçün tərəflər hər bir uçuş üzrə müvafiq diplomatik icazə verəcəklər”, – Qazaxıstanın investisiyalar və inkişaf naziri Jenis Kasımbek bildirmişdir.

Sazişdə müəyyənləşdirilmiş normalar tranzit uçuşlarına, eləcə də dövlət məqsədləri üçün istifadə edilməyən təyyarələrə və kommersiya məqsədi daşıyan hər hansı fəaliyyətə şamil edilməyəcək.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

E-qaimənin tətbiqindən yayınan sahibkarlar üçün qanunvericilikdə cərimə və sanksiyalar müəyyənləşdirilmişdir

posted in: Xəbər | 0

Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2018-ci il yanvarın 1-dən elektron qaimə-faktura tətbiq edilir.

Nazirlər Kabinetinin təsdiqlədiyi «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»na əsasən, Azərbaycanda elektron qaimə-fakturanın təsdiq edilmiş forma və rekvizitlərə uyğun mərkəzləşdirilmiş qaydada uçotunun aparılmasını və tətbiqini Vergilər Nazirliyi həyata keçirir. Bununla əlaqədar Vergilər Nazirliyinə elektron qaimə-fakturanın tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlərin görülməsi tapşırılmışdı. Elektron qaimə-fakturanın tətbiqi ilə bağlı vergi ödəyiciləri ötən dövrlərdə kifayət qədər məlumatlandırılıb, sual doğuran məsələlər onlara izah olunub. Ancaq bəzi məqamlar da var ki, onların izahı üçün daha çox vaxta ehtiyac olur. Məsələn, sahibkarların tez-tez soruşduqları məsələlərdən biri elektron qaimə-fakturanın təyinatı ilə bağlıdır.

Sahibkarlıq subyektləri arasında əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə-fakturaların kağız formasından istifadə olunması əksər hallarda vergidən yayınma hallarına şərait yaratmaqla yanaşı, inzibatçılıq xərclərinin artmasına, əlavə vaxt sərfiyyatına səbəb olurdu. Bu baxımdan, e-qaimə-faktura inzibatçılıq xərclərinin aşağı salınmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu sistem təkcə vergi sahəsi ilə məhdudlaşmır. Hazırda maliyyə, bank sferasının elektron mühasibat sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir. Bütün bunlar hüquqi çərçivədə də dəyişiklikləri və e-qaimənin tətbiqini labüd edir. Bu əməliyyatların şəffaflaşdırılması, rəsmiləşmə prosedurunun sadələşdirilməsi, operativliyin təmin edilməsi, inzibatçılıq xərclərinin azaldılması və sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaları məqsədilə Vergi Məcəlləsi təkmilləşdirilib. Məcəlləyə «Elektron qaimə-fakturalar» adlı 71-1-ci maddə və 16.1.11-6-cı və 16.1.11-7-ci maddələr əlavə olunub.

Digər tərəfdən, gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır. Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə görə malların sənədsiz satılması qanunaziddir.

Digər bir üstünlük qaimə-fakturaların mətbəələrdə sifariş edilməsi və hazırlanması ilə əlaqədar xərclərin və vaxt itkisinin azaldılmasıdır. Elektron qaimənin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən, vaxt itkisinə yol vermədən, birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək olur. Bunlar isə vergi ödəyicisinin əməliyyatlarının şəffaflaşmasına şərait yaradır və vergi orqanı tərəfindən bu əməliyyatların real vaxt rejimində görmək imkanı olduğundan, həmin vergi ödəyicilərində nəzarət tədbirlərinin azalmasına gətirib çıxarır.

Onu da qeyd edək ki, e-qaimənin tətbiqindən yayınan sahibkarlar üçün qanunvericilikdə cərimə və sanksiyalar müəyyənləşdirilmişdir. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsindən ən azı biri olmadıqda alıcı təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi  miqdarında maliyyə sanksiyası ilə cəzalandırılır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Premium Transport MMC Baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Premium Transport MMC

Baş Mühasib

Tələblər:

– 25-40 yaş həddi
– min 3 il müvafiq sahədə iş təcrübəsi
– müvafiq sahə üzrə ali təhsil
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını təmin edir.
– Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
– Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir.
– Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür.
– Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.

Şərtlər:

–    Müsahibə əsasında
–    5 günlük iş rejimi, 9.00-17.00
–    Nahar və nəqliyyat şirkət tərəfindən təmin edili

•  Şirkət Qaradağ ərazisində yerləşir

Namizədlər CV-lərini  mail ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Əldə edilmiş malın ancaq Vergi Hesab Fakturası varsa, xərcə silinə bilərmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Əldə edilmiş malın ancaq vergi hesab-fakturası var. Digər sənədlər mövcud deyil. Malların dəyərini xərcə sala bilərəm?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

“Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının “Əsas” rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir.

Göründüyü kimi, ƏDV ödəyicisi tərəfindən elektron vergi hesab-fakturasının verilməsi yalnız elektron qaimə-faktura faktura əsasında aparılmalıdır və bu baxımdan sorğunuzda qeyd olunan hal qanunvericiliyin tələblərinə uyğun deyil. Verilməli olan elektron qaimə-faktura isə xərclərin rəsmiləşdirilməsinə əsas verən sənəd kimi qəbul edilir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 4.5-ci maddəsi.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.