2000 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Retail company

Vəzifə öhdəlikləri:

• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək
• Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
• Mühasibat keçirmələrin qeydiyyatını və hesablara köçürülməsini, mühasibat uçotunun ayrı-ayrı sahələri üzrə sadə hesablamaları aparmaq;
• Bank hesabı və nağd pulun hərəkətini təşkil etmək;
• Gömrük bəyannamələrinin doldurulması və icra prosesinə nəzarət etmək;
• Müəssisənin reqlamentinə uyğun görülən işlərin nəticələrinə əsasən hesabatların hazırlanması ;

Tələblər:

• Mühasibat uçotunun təşkilinin əsasını;
• Uçot sənədləri üzrə ilkin sənədlərin formasını və onların doldurulma qaydasını bilməli;
• Hesablamaların aparılması və hesabatın tərtib olunma qaydasını;
• Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli; ;
• 1 C proqramında iş təcrübəsi ;

Əlaqə:

Telefon: (+99412) 5961868

Email:

Əmək haqqı: 1500-2000 AZN

Mənbə: hcb.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat uçotunun təşəkkülü və inkişafı (5-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Məqalənin 4-cü hissəsində orta əsrlərdə mühasibat uçotunun inkişafından bəhs etmişdik. Bu yazımızda aşağıdakı nüanslara toxunacağıq.

XIII əsrdə Qərbi Avropda kassa əməliyyatları uçotunun xüsusi bir sistemi mövcud idi. Burada ilk növbədə kuri (Müqəddəs taxt-tac və Vatikanın baş administrasiya orqanı) və rahiblər ordenlərinin  təcrübəsini qeyd etmək lazımdır. Onların kassa kitabları sübut edir ki, kitabın birinci hissəsində gəlirlər, ikinci hissəsində isə xərclər göstərilib. Kitablar, pul uçotunun harmonik bir sistemi haqqında fikir yaradırdı.

Hər bir mədaxil qeydi bu məlumatlardan ibarət idi: tarix, məbləğin hərflə yazılışı (səhifənin sağ kənarından isə məbləğin rəqəmlə yazılışı), pulun kimdən daxil olması və ödənişin əsasları. Əgər xarici valyutada da gəlirlər daxil olurdusa, onlar da təsbit edilir və bu valyutanın papa pullarına nisbəti göstərilirdi.  Valyutanın papa pullarına nisbəti sözlə və rəqəmlə yazılırdı. Hər bir ödəniş qeydində aşağıdakı məlumatlar yer alırdı: tarix, sərəncam sənədinə istinad, pul alıcısının kimliyi, məbləğ (daxilolma əməliyyatlarındakı qaydada ), xərclərin məqsədi və ödəniş metodu. Kassa kitabının hər səhifəsinin yuxarısında il qeyd olunurdu. Kitablarda düzəlişlər aşağıdakı qaydada edilirdi. Əgər məsələ məbləğə aid idisə, fərqi ya gəlirlər, ya da xərclər kimi qeyd edirdilər. Yanlış qeydin üstündən xətt çəkilir, yuxarısından isə düzgün mətn yazılırdı. Gəlirlər və xərclər kitabları iki nüsxədə aparılırdı: biri kassirdə, digəri isə mühasibdə qalırdı. Kassa kitablarınının aparılması həvalə edilən şəxslər, buna görə and içirdilər.

Qərbi Avropada, xüsusilə də İngiltərədə XIX əsrin sonlarına kimi birkalar geniş yayılmışdı. Birka taxta lövhəcikdən hazırlanırdı və üzərində müvafiq ödənişi bildirən müəyyən ölçüdə kəsik açılırdı. Onların hazırlanma prosesi aşağıdakı kimi nəticələnirdi: 1000 funt üçün kəsik əlin içi qalınlığında, 100 funt üçün – böyük barmağın eni, 20 funt – balaca barmaq enində, 1 funt üçün – arpa ölçüsündə açılırdı. Birkaların ümumi uzunluğu 12 sm-dən 20 sm-ə qədər olurdu. Mal satılanda lövhəcik uzununa iki yerə bölünürdü, bir hissəsi alıcıda (gəlir orderi), ikinci isə ödəyicidə (qəbz) qalırdı. Bu yolla “xətti qeyd” aparılırdı. Bu üsuldan dəyərlərin təsərrüfatdaxili (maliyyə məsuliyyətli şəxslər arasında) hərəkəti zamanı və qeydiyyatın əks olunması prosesində də geniş istifadə olunurdu.

Birkalardan azad dövriyyədə həm veksel və həm də çeklər kimi, eləcə də borcların qapadılması zamanı pul əvəzinə ödəniş vasitəsi kimi də istifadə olunurdu. Hər hansı bir malı kreditə verən satıcı iki birka üzərində kəsik açırdı və onun birini alıcıya verir, digərini isə özündə saxlayırdı. Borcun qaytarılması zamanı həmin lövhəciklər üzərində “bir-birinə qarşı gələn qeyd-kəsiklər” açılırdı. I Henrixin hakimiyyət illərində (1100-1135) İngiltərədə xəzinə tərəfindən də birkalar buraxılırdı. Onlar parlamentin arxivində yığılıb qalmışdı, yalnız 1834-cü ildə onların yandırılmasına qərar verildi.

Yeni İspaniyada kassa əməliyyatı uçotunun üsulları digər ölkələrdəkindən fərqlənirdi. Pullar üç müxtəlif qıfıl vurulmuş sandıqda saxlanılırdı. Qıfılların açarları kassir, mühasib və vasitəçidə (sandığın açılmasından öncə açarın təqdim olunduğu şəxs) saxlanılırdı. Kassa yalnız bu üç şəxsin iştirakı ilə açılırdı. Orada tarixlər göstərilməklə səhifələri cildlənmiş, qaytanlanmış, kassa kitabı qorunub saxlanılırdı. Kitabın hər vərəqində möhür və imza qoyulurdu. Kitabın birinci hissəsində mədaxil qeydləri, ikincidə isə xərc əməliyyatları yazılırdı. Kitabın surəti mühasibatlıqda aparılırdı və altı aydan bir hər iki kitab yoxlanılırdı.

Mühasibatlığın müasir mənada başlanğıcı iki hesablı mühasibatlığın təşəkkülündən hesablanır. Höte yazırdı ki, iki hesablı qeydlər özlüyündə “insan ağlının ən görkəmli icadlarından biridir”. İki hesablı sistemdə qeydlərə həsr olunmuş ilk əsər və Benedetto Kotrulyi tərəfindən 1458-ci ildə əllə yazılmış və yalnız 1573-cü ildə çap edilmiş “Ticarət və müasir tacirlər barədə” kitab hesab olunur.   İlk çap nəşri isə Leonardo da Vinçinin dostu, fransiskan rahibi, riyaziyyatçı Luki Paçolinin yazdığı “Arifmetik və həndəsi cəm, nisbətlər və münasibətlər elmi haqqında” 1494-cü ildə Venetsiyada çapdan çıxmış kitabı oldu.  Bu kitabın 11-ci traktatı “Hesablar və qeydlər haqda” adlanırdı, orada Luka Paçoli iki hesablı qeydləri nəzəri cəhətdən əsaslandırmış və buna qədər uçotla bağlı mövcud olanları ümumiləşdirmişdi.

Məqalənin növbəti hissəsində Luka Paçolinin fəaliyyətindən bəhs edəcəyik.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyinin Tədris Mərkəzinə yeni rəis təyin olunub

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Fərhad Əmirbəyov təyin edilib.

Qeyd edək ki, Fərhad Əmirbəyov UNEC-in Tədqiqat Fondunun, Bakı Banklararası Valyuta Birjasının (BBVB) rəhbəri olub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək Məcəlləsinin 118-ci maddəsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb

posted in: Xəbər | 0
Aprelin 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi.  Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxildir. Birinci məsələ “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş), ikinci məsələ isə Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədədir.
“Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirdi ki, 5 fəsil, 34 maddədən ibarət olan qanun layihəsində özünü məşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb. Birinci oxunuşdan sonra deputatların bəzi düzəlişlərlə bağlı təklifləri nəzərə alınıb. 7-ci, 21-ci və 25-ci maddələrə düzəlişlər edilib.
Sonra çıxış edən komitə üzvləri Jalə Əliyeva, Musa Quliyev, Rauf Əliyev, Yaqub Mahmudov, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları layihə barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olundu.
İclasda Əmək Məcəlləsinin 118-ci maddəsinə təklif olunan dəyişiklik də müzakirəyə çıxarıldı. Layihədə təhsil işçilərinin bəzilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı texniki dəyişiklik müsbət qarşılandı  və Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatdı.
Mənbə: meclis.gov.az