SOCAR nizamnamə kapitalı 100.000 manat olan yeni şirkət yaradıb

posted in: Xəbər | 0

Vergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, SOCAR nizamnamə kapitalı 100.000 manat olan şirkət yaradılıb.

Kommersiya qurumunun adı:  “SOCAR-Petrofac”  MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1503952691

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121.

Nizamnamə kapitalı: 100.000 manat

Maliyyə ili: 01 Yanvar – 31 dekabr

Qanuni təmsilçi: İbrahimov Ruslan Əflatun oğlu, Məmmədov Xalik Rəfi oğlu, Karim Osseiran, Fisher David Trevor

Dövlət qeydiyyatına alındığı tarix: 22 fevral 2018

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Elektron xidmətlərdən vergi tutulması

posted in: Vergi, Xəbər | 0

Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Bəs bu ödəniş necə tutulur?

ABA-nın «Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə» ekspert qrupunun üzvü Teymur Axundov bildirmişdir ki, müştəri öz ödəniş kartı ilə xaricdən internet vasitəsilə iş və xidmət aldığı zaman bu vəsaitin cəlb edilməsi iki yolla baş verir. Bunun səbəbi müştərinin kart hesabı ilə əlaqədardır: «Əgər hesab dollardadırsa, bu proses komissiyasız baş verir.  Manatla olduqda isə konvertasiya üçün komissiya haqqı tutulur. Həmçinin manatla ödəniş edən zaman valyuta kursunun dəyişməsi müştəri üçün borc yaranmasına gətirib çıxara bilər.

Bunun səbəbini isə ödənişlərin vergiyə cəlb edilmə prosesinə baxdıqda görmək mümkündür».

Mütəxəssisin hesablamalarına görə,  müştərinin ödənişi dollar vasitəsilə edilirsə və  iş və xidmətin (məsələn, 100 dollarlıq iş və xidmətin) ifadə olunduğu valyuta ilə müştərinin kartının valyutası eynidirsə, Beynəlxalq Ödəniş Sistemləri (BÖS) (Visa, MasterCard) müştərinin kartından 100 dollar tutur, amma bank hələ bu əməliyyatı görmür. Əməliyyatı prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) görür. Bankla prosessinq mərkəzi arasında razılaşmaya əsasən Mərkəz konkret MCC kodlar (hər bir əməliyyat üzrə ödənişlər Visa, MasterCard tərəfindən müəyyən edilən kodlar üzərindən gedir. Bu kodlar MCC kodlar adlanır. Kodlarda ödənişin nəyə aid olduğu bilinir, məsələn, təhsil xidməti, səhiyyə xidməti, hər hansı mal, iş və xidmət) üzrə əməliyyatlara vergi hesablanmasını da sazlayır. Yəni müştəri 100 dollarlıq xidməti alan zaman prossesinq mərkəzinin sazlamasına uyğun kartdan 100 dollar, «+18%» tutulur. Bu məbləğ yoxdursa, əməliyyat həyata keçirilmir. Bank isə bu əməliyyatı 2-3 gün sonra görür, yəni BÖS tərəfindən ödənişin məlumatları (filebank) banka daxil olanda bank 100 dolları öz hesabına 18 dolları isə vergi hesabına, cari günün kursu ilə, manatla köçürür. Nəticədə dollar hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş =  100 dollar  +  18% vergi  =  118 dollar

Əgər  ödəniş manat vasitəsilə həyata keçirilibsə, müştəri iş və xidmət alan zaman ödənişi avtorizasiya edərək təsdiq etdikdə, həmin günün kursu ilə 100 dollar + 18% + 4%=122 dollar  (Bu təqribi rəqəmdir,  4% bankın komissiyasıdır və bankdan banka fərqlənə bilər) ekvivalentində vəsait konvertasiya olunur və kartda bloklanır. Sonradan isə dollar hesablı ödəniş üçün qeyd etdiyimiz oxşar əməliyyat burada davam edir. Əgər məlumat banka daxil olan gün kurs dəyişərsə (dolların kursu qalxarsa) və kartda bu fərqi ödəyən vəsait olmazsa, o zaman yaranan fərq müştərinin banka borcu kimi qeydə alınır. Nəticədə manat hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş = 100 dollar x əməliyyat günün məzənnəsi  +  18% vergi  +  bank komissiyası  ±  valyuta kursundakı dəyişiklik

Vergilər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında razılaşmaya əsasən, bu linkdəki siyahıda vergi tutulacaq iş və xidmətlər (MCC kodlara uyğun), eləcə də tətbiq ediləcək vergi dərəcəsi göstərilmişdir.

Xüsusi olaraq qeyd edək ki, elektron ticarətdə vergi yalnız iş və xidmətə aiddir, mal alan zaman vergi tətbiq olunmur.

Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentindən aldığımız məlumata görə, Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur.

İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləği əvəzləşdirə bilir.

Misal

Azərbaycan Respublikasının vergi orqanlarında qeydiyyatda olan «A» müəssisəsi tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentdən ay ərzində 400 000 manat məbləğində elektron qaydada xidmət alınmışdır.

Bu əməliyyatların hamısı ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlara aid olmuşdur və 18% dərəcə ilə ƏDV məbləği 72 000 (400 000*18%) manat təşkil etmişdir. Bu halda vergi ödəyicisi olan «A» müəssisəsi vergi orqanına bəyannamə təqdim etməli və həmin məbləği bəyannamənin 306,2 kodlu sətrində əks etdirməli və hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir.

İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir.

Müəllif: Fəxriyyə İKRAMQIZI

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Böyük dördlük audit şirkətlərindən birində təcrübə proqramı

posted in: İş elanı, Vergi, Xəbər | 0

Vəzifə: Vergi konsaltinqi üzrə təcrübə proqramı

Şəhər: Bakı

Funksiya: Vergi

Servis xətti: Uyğunluq İdarəetmə Sistemləri

İş səviyyəsi: Təcrübə

Müqavilə forması: Daimi

İş qrafiki: Tam gün

İşin təsviri:

 Biz nə edirik?

Bizim Vergi və Hüquq mütəxəssislərimiz müştərilərimizə yerli və xarici vergiləri idarəetmədə öz biznes məqsədlərinə çatmaqda kömək edirlər. Biz müştərilərimizin ehtiyaclarını dərin bir şəkildə başa düşürük və daha sonra yaxşı vergi imtiyazlarından yararlanmalarını təmin etmək üçün dünyada biznesin əsasını qoyduqları yerləri və xərclərini optimallaşdırmağa yardım etmək üçün anlayışlar təqdim edirik. Daxili struktur və vergi departamenti – xərclərin səmərəliliyinin müəyyənləşdirilməsinə kömək edə biləcək çox vacib amillərdir.

Vəzifə öhdəlikləri:

Siz iştirak edə bilərsiniz:

  • Xarici şirkətlər və çoxmillətli şirkətlər üçün qlobal uyğunluq idarə layihələrində iştirak;
  • Xaricdəki vergi qanunvericiliyi uyğunluqlarının yaxından izlənməsi (formaların hazırlanması və geri qaytarılması olmadan)
  • Müştərilən vergi və biznes profillərinin analizi, prosesin təkmilləşdirilməsinin izlənməsi, potensial qənaətin müəyyən edilməsi;
  • Müxtəlif mövzularda KPMG üzv firmaları ilə kommunikasiya – təkliflərin göndərilməsi, məlumatların toplanması, müştərilərin qeyri-müəyyən vergi və uçot qaydalarına uyğunluğu məsələlərinin aydınlaşdırılması, müqavilələrin şərt və tələblərinin müzakirəsi, vergu və mühasibat uçotu tarixlərinin daimi izlənilməsi və s.
  • Beynəlxalq vergi məsələləri üzrə konsolidə edilmiş vergi hesabatlarının hazırlanmasında iştirak və vergi idarəsi məqsədləri üçün vergi mövqeyinin təhlili
  • Layihə çərçivəsində xarici ölkələrdə vergi qanunvericiliyində dəyişikliklərin monitorinqi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi
  • Təkliflərin hazırlanmasına kömək etmək.

Tələblər:

  • Ali təhsil (mühasibat, iqtisadiyyat, maliyyə – üstünlük təşkil edir) və ya sonuncu kurs tələbələri;
  • Yaxşı səviyyədə Azərbaycan vergi və mühasibat uçotu qanunvericiliyini bilmək;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartları biliyi
  • Lahiyə sənədləri ilə işləyə bilmək üçün səlist Azərbaycan, Rus və İngilis dillərini bilməli;
  • Güclü analitik təhlil qabiliyyəti və məntiqi düşüncə;
  • Detallara qarşı diqqətli olmaq;
  • Çox vəzifələrlə uzun müddətli işləmək qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Vergi sahəsində peşəkar olaraq öyrənmək və inkişaf etdirmək istəyi;
  • Full-time işləmək qabiliyyəti.

Biz nə təklif edirik?

  • Qabaqcıl Azərbaycan və çoxmillətli şirkətlər üçün kompleks audit layihələri üzrə təcrübəli qrupun bir hissəsi kimi işləmək;
  • Karier və peşəkar inkişaf üçün əla imkanlar;
  • Çox növlü təlim və inkişaf proqramları;
  • Əla peşəkar komanda və dostluq mühiti;
  • Bakı şəhərində yüksək səviyyəli rahat ofis;
  • Sağlamlıq və həyat sığortası

Müraciət üçün bu linkə daxil olaraq “Tax Intern Compliance” bölməsini seçin.

Mənbə: kpmg.az

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hansı halda banka daxil olmuş vəsaitə görə NKA çeki verilməlidir?

posted in: Xəbər | 0

Sual: VÖEN-i olmayan fiziki şəxs bankda olan cari hesabı vasitəsilə mağazadan mal almaq istəyir. Bu məqsədlə cari hesabından mağaza sahibi olan hüquqi şəxsin bank hesabına köçürmə edir və köçürmə sənədi ilə yaxınlaşaraq malını alır. Bu halda, hüquqi şəxs VÖEN-olmayan fiziki şəxsə hansı sənədi təqdim etməlidir? Hüquqi şəxs bank hesabına köçürülmüş vəsaitə POS-terminal ödənişi kimi yanaşıb kassa çeki təqdim edə bilərmi? Ümumiyyətlə, yuxarıda qeyd edilmiş proses nə dərəcədə doğrudur və hansı sənədləşməni tələb edir?

Cavab: Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlakçı 14 gün ərzində qüsurlu malın geri qaytarılmasının və ya dəyişdirilməsinin təmin edilməsini tələb edə bilər. Qanuna əsasən istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Məhz bu səbəbdən də, sorğunuzda qeyd olunan halda pərakəndə ticarət obyektində satılan mala NKA çekinin verilməsi məqsədəuyğundur. Əlavə olaraq onu da qeyd edək ki, vergitutma məqsədləri üçün eyni məbləğin həm hesablaşma hesabı, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.

Bax: Vergi Məcəlləsinin 16.1.9-cu, 16.1.11-1-ci və 173.2-ci maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1995-ci il 19 sentyabr tarixli 1113 nömrəli Qanununun 7-ci və 17-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 4.1-ci və 5.37-ci bəndi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.