AGA Group mühasib-xəzinədar axtarır

Vəzifə  öhdəlikləri:
  • Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar;
  • Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
  • Satış qaimələri, ödəniş qəbzləri üzrə əməliyyatlar;
  • Müştəri hesablaşmaları üzrə əməliyyatlar;
  • Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi;
  • Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
  • Kassa kitablarında yazılışlar aparılması.
Tələblər:
  • Ali iqtisadi təhsil;
  • Maliyyə sahəsində minimum 3 il, Xəzinadar kimi ən azı 2 il iş təcrübəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik  olmalı;
  • MS Office proqramları, xüsusən Exceli mükəmməl  bilməli.
İş qrafiki: 
  • Bazar ertəsi – cümə saat 09:00-18:00;
  • Şənbə qısaldılmış iş günü saat 09:00-13:00.
Qeyd: Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini  ünvanına  mövzu yerində “Mühasib-xəzinadar” yazaraq göndərə bilərlər.
Mənbə: azerjobs.com

Azərbaycanda 11 yerli şirkət ləğv olundu

posted in: Xəbər | 0

  • “TƏRLAN” MMC (VÖEN:1400304011) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Y. Vəzirov küçəsi, döngə 1, ev 27A ünvanına bildirə bilərlər.
  • “SPUTNİK” firması (VÖEN: 1400433491) ) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Məmmədyarov küçəsi, ev 9A, mənzil 27 ünvanına bildirə bilərlər.
  • “YEVLAX YOL DİSTANSİYASI” (VÖEN: 2200051211) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 230 ünvanına bildirə bilərlər.
  • “ŞƏKİ YOL DİSTANSİYASI” (VÖEN: 3000047371) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 230 ünvanına bildirə bilərlər.
  • “AZƏRBAYCAN DƏMİR YOLU FƏHLƏ TƏCHİZATI BİRLİYİNİN GƏNCƏ FƏHLƏ TƏCHİZATI ŞÖBƏSİ” (VÖEN: 2300165721) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 230 ünvanına bildirə bilərlər.
  • “CƏLALİ” firması (VÖEN: 1600569771) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllə ünvanına bildirə bilərlər.
  • “8 №-Lİ YOL İSTİSMARI” MMC (VÖEN: 8400050741) 17 №-Lİ YOL İSTİSMARI” MMC-yə (VÖEN: 4800003211) qoşularaq ləğv olunduğunu elan edir.
  • “VÜSAL-XALİDİ” istehsalat kommersiya firması (VÖEN: 1500329641) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Atatürk prospekti 28D ünvanına bildirə bilərlər.
  • “AZBELKOMPANİ” MMC (VÖEN: 1701527121) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, H.Abdullayev  küçəsi, ev 13 ünvanına bildirə bilərlər.
  • “GƏNCƏ KONSALTİNQ” MMC (VÖEN: 2300691311) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Heydər Əliyev prospekti, bina 99, mənzil 11 ünvanına bildirə bilərlər.
  • “STTEL-CO” MMC (VÖEN: 1002212861) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Z. Qəmbərov küçəsi, ev 1, məhəllə 3184/87, mənzil 21 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi müfəttişi barədə lətifə

posted in: Məqalə, Vergi, Xəbər | 0

Bir dəfə Mitropolit (yüksək çinli din xadimi),  Dövlət vergi müfəttişliyinin rəisi və ordu komandanı xalq arasında kimə daha çox hörmət olunması ilə bağlı mübahisə edirlər:

– Hamı mənə “Zati-ailələri” deyərək müraciət edir və şərəfimə nizamla cərgəyə düzülürlər, – ordu komandanı belə deyərək özünü öyür.

– Düzdür, mənim şərəfimə nizamla cərgəyə düzülmürlər, amma, “Müqəddəs ata” deyərək qarşımda diz çökürlər və əlimdən öpürlər – Mitropolit belə söyləyir.

– Mənə heç kim belə müraciət etmir, qarşımda nə cərgəyə düzülüb salam verən olur, nə də diz çöküb əlimi öpən olur, buna baxmayaraq mənim dərəcəm sizinkindən daha ucadır: mən gələn kimi hamı dua etməyə başlayır: “Allahım, yenə sən gəldin!”

Vergi müfəttişliyinin rəisi belə söyləyərək, lovğalanır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

3 xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

  • “VETKO GREY İSTƏN LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1700750611) şirkətin 1 mart 2018-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini və bununla ələqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının təsviyyəsini elan edir.
  • “Nippon Koei UK CO., LTD” şirkəti Azərbaycan Respublikasındakı filialının (VÖEN: 1302525561) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 235A, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “MTU Motor Türbin Sanayi və Ticaret Anonim Şirkəti” nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1701695631) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.