Azərbaycanda nizamnamə kapitalı 350.000 manat olan investisiya şirkəti yaradıldı

posted in: Xəbər | 0

Vergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 350.000 manat olan investisiya şirkəti yaradılıb.

Kommersiya qurumunun adı: “BTB KAPİTAL İNVESTİSİYA ŞİRKƏTİ” ASC

Qeydiyyat nömrəsi (VÖEN): 2004868781

Təşkilati-hüquqi forması: ASC

Hüquqi ünvanı: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov ev 27.

Nizamnamə kapitalı: 350.000 manat

Maliyyə ili: 01 yanvar – 31 dekabr.

Qanuni təmsilçi: Cəfərov Ruslan Nazim oğlu, Rzayev Emil Sabir oğlu, Sadiq Rza İsmayıl oğlu.

Dövlət qeydiyyatına alındığı tarix: 15 fevral 2018-ci il

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nəzarət-kassa aparatının qeydiyyata alınması

posted in: Xəbər | 0

Xidmətin adı: Nəzarət-kassa aparatının qeydiyyata alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

  • “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə”
  • Servis Texniki Xidmət Mərkəzinin (STXM) NKA-nın quraşdırılması barədə aktı
  • NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek
  • NKA-da quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in aktı (akta istifadədə olan NKA-nın fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə NKA-ya mədaxil edilmiş dövriyyə barədə “Z” hesabatının surəti əlavə olunmaqla)
  • vergi ödəyicisi ilə STXM arasında bağlanmış müqavilə PDF formatında (müqavilə əsasında ərizə STXM tərəfindən göndərildikdə)

Qeyd: sənədlərin tarixləri ərizənin təqdim edildiyi gündən ən çoxu 2 iş günü əvvələ ola bilər.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

  • VM-nin 16.1.8 və 24.0.6-cı maddələri
  • NK-nın  28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı
  • Vergilər nazirinin  06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti:  2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

  • Nəzarət-kassa aparatının qeydiyyat vərəqəsi (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi:

Tam elektronlaşıb (Online şəkildə xidmətdən istifadə edə bilərsiniz)

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ailə başçını itirməyə görə əmək pensiyasının məbləği necə müəyyən olunur?

posted in: Xəbər | 0

Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-18.3-cü maddələrinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir. Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Sığortaolunanın və ya əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının varisləri olmadıqda, onun fərdi hesabının yığım hissəsində olan vəsaitlər və əmək pensiyasının yığım hissəsi üzrə alınmamış vəsaitlər müvafiq icra hakimiyyəti orqanının büdcəsinin gəlirlərinə aid edilir.

Mənbə: sspf.gov.az

Linkə daxil olaraq oxuya bilərsiniz – Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu şirkətdə 55 nəfər müqaviləsiz işçi aşkarlanıb

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı “Bon Appetit” şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibat aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı isə əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən edilib.

Aşkar edilmiş hallarla bağlı aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus “qara mühasibat” sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi bağlanılmayıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.