Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir?

posted in: Müavinət, Xəbər | 1

Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək vəfat etmiş sığortaolunanın sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən geci 3 ay keçənədək, yaxud bu müddətdən sonra, amma xidmət etdiyi dövrdə aldığı xəsarət (yara, kontuziya və ya zədə), xəstəlik nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur.

Mənbə: sspf.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yaşayış sahəsinin təqdim edilməsi zamanı yaranan vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Fiziki şəxs 4 il ərzində qeydiyyatda olduğu yaşayış sahəsini təqdim edən zaman hansı vergi öhdəlikləri yaranır?

Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin həmin Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur.

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin həmin Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin yaşayış yeri üzrə 5 (beş) ildən az müddətdə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, yaşayış sahəsini satan şəxs 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda həmin yaşayış sahəsinin satışı sadələşdirilmiş vergidən azaddır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək sahəsində hüquq və azadlığı pozulan işçi hara müraciət edə bilər?

posted in: Xəbər | 0

İşçilərin, hüquq və azadlıqlarının təmin və bərpası ilə əlaqədar  aidiyyatı üzrə aşağıdakı dövlət və qeyri hökumət təşkilatlarına, ictimai təşkilatlara və mətbuat orqanlarına, məhkəmə orqanlarına Ərizə və Şikayətlə müraciət etmək hüququ vardır:

  1. Əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən və üzvü olduğunuz Həmkarlar İttifaqlarına. Həmkarlar İttifaqları pozulmuş hüquqlarınızın bərpası ilə əlaqədar İşəgötürənə müraciət edə bilər, sizə maddi və mənəvi dəstək verə bilər, məhkəmələrdə və digər orqanlarda sizin müdafiənizi təşkil edə bilər.
  2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət  nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinə. Bu qurum hüququnuz pozulduğuğu halda İşəgötürəni maddi və inzibati məsuliyyətə cəlb edə bilər. Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı İşəgötürənlər üçün məcburi xarakter daşıyır.
  3. Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələrə.
  4. Bu sahədə fəaliyyət göstərən əmək hüquqları üzrə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatlarına.
  5. İnsan Haqları üzrə Azərbaycan Respublikasının Ombudsmanına.
  6. Şikayətinizin ictimailəşdirilməsi üçün Mətbuat, Televiziya və Digər Kütləvi İnformasiya Vasitələrinə.
  7. Azərbaycan Respublikası Vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı olan Azərbaycan Respublikasının Prezidentinə.

Müraciətlərə baxılma qaydası

Aidiyyəti və tətbiq sahələri istisna olmaqlavətəndaşların müraciətlərinə  ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.

Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər.

Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər.

Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.

Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

Mənbə: nhmt-az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

3000 manat məvaciblə Audit Departamentinin Müdiri tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0

İşəgötürən: FAB Boya və Kimya Sənayesi MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər

İş barədə məlumat

  • Audit Departamentinin vəzifə və məqsədlərini təmin etmək üçün forma, sistem və prosedurlar yaradır və tətbiq edir
  • Daxili nəzarət sistemlərinin mövcud olmasına ve effektiv işləməsinə nəzarət edir
  • Qəbul olunmuş mühasibat və audit prosedurlarına riayət olunmasını təmin edir, daxili mühasibatlıq prosedur və əməliyyat sistemlərinin adekvatlıq və effektivliyini yoxlayır
  • Audit planı və auditin nəticələrini şirkət rəhbərliyi ilə müzakirə edir və aşkar olunmuş problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələr verir
  • Daxili Audit Şöbəsinin vəzifələrini əks etdirən illik Daxili Audit planını hazırlayır
  • Müəyyən olunmuş vaxt çərçivəsində işlərin görülməsi üçün müvafiq cədvəllər qurur işi bölüşdürür, ehtiyac olan resursları müəyyənləşdirir
  • Auditin mahiyyətini əks etdirən siyasət və prosedurlar yaradır və tətbiq edir
  • Audit proqramının yaradılmasında rol oynayır və tətbiq edir
  • Audit iş qrafiklərini planlaşdırır və yoxlayır
  • Şirkət siyasəti və prosedurlarla bağlı digər şöbələrlə əməkdaşlıq edir
  • Satış nöqtələrinin auditini həyata keçirir
  • Satış nöqtələrində düzülüş, display, kampaniyaların tətbiqini yoxlayır
  • Xarici auditorlarla əməkdaşlıqda çalışır

Namizədə tələblər

  • İqtisadi ali təhsil, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil
  • Satış və ya bənzər sahədə audit təcrübə
  • Müştəri ilə ünsiyyət qurmaq bacarığı
  • Problemləri həll etmə bacarığı
  • Komanda şəklində işləmək qabiliyyəti
  • Ünsiyyətcil və əlaqələr qurmaq bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı

Şəkilli “CV”-nizi mövzu yerinə Audit Departamentinin Müdiri yazaraq  ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.