Mühasibat uçotu və hesabatlıq sahəsində aparılan islahatlara həsr olunan seminar-konfrans keçirilib

posted in: Xəbər | 0
Aprelin 10-13-də Bakıda Dünya Bankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı çərçivəsində Xəzinədarlıq orqanlarının növbəti seminar-konfransı keçirilib.

Tədbirdə 18 ölkənin 70-dən çox nümayəndəsi, o cümlədən Dünya Bankı və PEMPAL katibliyinin təmsilçiləri, xarici ekspertləri iştirak ediblər.

İnformasiya texnologiyaları, mühasibat uçotu və hesabatlıq sahəsində aparılan islahatlara həsr olunan seminar-konfrans çərçivəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq olunan, real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi iştirakçılarda böyük maraq yaradıb.

Tədbirin rəsmi açılışında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və maliyyə nazirinin müavini Azər Bayramov çıxış edərək tədbirin əhəmiyyətindən və vacibliyindən, maliyyə sistemində uğurla həyata keçirilən islahatlardan, habelə qarşıda duran vəzifələrdən bəhs ediblər.

Z.Səmədzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla aparılan müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan qısa dövr ərzində yeni inkişaf mərhələsinə qədəm qoyaraq bir çox zirvələri fəth etmiş, iqtisadi qüdrəti günü-gündən artan, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik ölkəyə çevrilib. O qeyd edib ki, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olub.

A.Bayramov isə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar və bu sahədə şəffaflığın təmin olunması istiqamətində əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq, müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar ən qabaqcıl təcrübələrin mübadiləsi, yeniliklərin tətbiqi, digər ölkələrdə mövcud olan analoji sistemlərin xüsusiyyətlərini və təcrübəsini öyrənmək məqsədilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dövlət büdcəsindən bir sıra qurumlara ayrılan vəsaitlərin icra vəziyyəti yoxlanılıb

posted in: Xəbər | 0

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. İclasda həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə və Palatanın fəaliyyəti üzrə illik hesabatlar müzakirə olunub.

İclasda Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlir və xərclərin icrasına, dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Milli Arxiv İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatlar dinlənilib.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi və Palatanın fəaliyyəti üzrə illik Hesabat müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların və “Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında Hesabat”ın Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda nizamnamə kapitalı 850.000 manat olan şirkət yaradılıb

posted in: Vergi, Xəbər | 0

Vergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 850.000 manat olan şirkət yaradılıb.

Kommersiya qurumunun adı: “IBM CASPIAN” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1702330881

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1010, Bakı şəhəri, Səbail rayonu, Nizami ev. 90A

Nizamnamə kapitalı: 500.000 ABŞ dolları

Maliyyə ili: 01 YANVAR – 31 DEKABR

Qanuni təmsilçi: BRUIKHOV IGOR (Rusiya Federasiyası)

Dövlət qeydiyyatına alındığı tarix: 13 Fevral 2018

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqının həcmi açıqlanıb

posted in: Xəbər | 0

2018-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olub, onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən xəbərə görə, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,0 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 510,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.