Yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi səbəbindən işə gəlməyən işçi əmək vəzifələrini kobud şəkildə pozur?

posted in: Xəbər | 0

Sual: Yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi səbəbindən işə gəlməyən işçi əmək vəzifələrinin kobud şəkildə pozmuş hesab edilirmi?

Cavab: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

  • özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
  • alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
  • qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
  • əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
  • əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
  • iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“QOÇ ƏT” MMC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Tələblər:

  • Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi olmalı
  • 1 C,Akinsoft proqramlarından hər hansı birində işləməyi bacarmalı
  • Ofis proqamlarını bilməli-MS office (Word,Excel,Outlook)
  • Problem həll etmək bacarığına malik
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Analitik təhlil və operativlik bacarığı
  • Pirallahı və Zirə qəsəbəsində yaşayan

Vəzifələr:

  • Müdriyyət tərəfindən verilən tapşırıqları dəqiq və cəld yerinə yetirmək.
  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır.
  • Əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Həftədə 6 iş günü ( 10:00-18:30)
  • Nahar şirkət tərəfindən verilir.
  • İş yeri Zirə qəsəbəsi

Əmək haqqı: 400-600 AZN

Əlaqələndirici şəxs: Həsənov Rəşad Mahir

Telefon: +994(50) 200-04-95

Email: 

Mühasibat uçotunun təşəkkülü və inkişafı (4-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

4-cü hissə

Müasir mühasibatlığın əsası Orta əsrlərdə qoyulub. Böyük Karlın (latınca Carolus Magnus) hakimiyyət dövrü sənədlərin sistemləşdirilmiş qeydlər şəklində aparılmasına dair inventarizasiya  ilə xarakterizə oluna bilər. Məsələn, kral domenlərindən birində aşağıdakı əmlaklar qrupu ilə bağlı qeydlər verilib; mənbəyinə görə göstərilən ərzaqlar (şəxsi təsərrüfatdan toplanılan, və digər daxilolmalardan əldə edilən müxtəlif növ ərzaqlar ) və onların hansı müddətdə daxil olmasını bildirən qeydlər (ötən ilki və ya cari hesabat ilində daxil olanlar); mal-qara.

VIII əsrin sonları – IX əsrin əvvəllərində idarə başçısı tərəfindən tərtib edilən kənd təsərrüfatı uçotu ilə bağlı təlimatlar meydana çıxdı, hansı ki, Böyük Karlın kapitulyarlarında əks olunmuşdu. Həmin kapitulyarlarda idarə başçılarına ildə bir dəfə (yeni il ərəfəsində) gəlirlər haqda hesabat təqdim etmək barədə təlimat var idi.

Onlar həmçinin mülkiyyət sahibinə pulun verilməsi prosedurunu müəyyənləşdiriblər və xərc əməliyyatları üçün iki ayrı qeydiyyat uçotunun aparılması imkanını təmin ediblər: “Mülkiyyətçinin xərcləri” və “Təsərrüfat xərcləri”,  yalnız daxiolmalar barədə bir qeyddiyyat nəzərdə tutulmuşdu. Bütün qalıqlar üçün isə ayrıca siyahı tutulurdu. Qalıqların hesablanması, mal və məhsulların sayılması yolu və cari uçot rəqəmləri əsasında aparılırdı.

Mühasibat uçotunun inkişafında dönüş nöqtəsi ərəb rəqəmlərinin tətbiqi oldu. Bu prosesdə onluq hesabın təqdimatına və təbliğinə həsr olunmuş, 1202-ci ildə buraxılmış və Fibonaççinin (Leonardo Pizanskiy) əsas əməyi sayılan “Abaka kitabı” (latınca Liber abaci) həlledici rol oynadı. Fibonaççi qədim yunanlar və hindistanlıların bu sahədəki nailiyyətləri barədə ərəb tərcümələrindən yaxşı tanış idi. İlk dəfə ərəb-hind rəqəmlərindən istifadəni Avropaya məhz, o təklif edib, vurma alqoritmini yazıb (hansı ki, o, köhnə rum sistemi ilə müqayisədə qat-qat sadə idi) və rəqəmləri köhnə sistemdən yeni sistemə necə tətbiq etməyi göstərib. Fibonaççinin kitabı çox sadə dildə yazılmışdı və həmin əsər praktiki şəkildə hesablama ilə məşğul olanlar – ilk növbədə tacirlər üçün nəzərdə tutulmuşdu.

Lakin ərəb rəqəmlərinin tətbiqi prosesi bir neçə əsr ləngidi. Belə ki, 1399-cu ildə Florensiyada bankirlərə ərəb rəqəmlərindən istifadəni qadağan edən və rum rəqəmlərindən və ya sözlərdən ibarət (saxtakarlığın qarşısını almaq məqsədilə) yazılı qeydlərdən istifadəni öhdəlik kimi irəli sürən qanun qəbul edildi. Burada qeyd etmək lazımdır ki, uzun müddət (XIV əsrə qədər) şifahi şahidlik yazılı şahidlikdən (güman edilirdi ki, yazılanı saxtalaşdırmaq daha asandır) daha mötəbər hesab olunurdu. Belə bir vəziyyətdə idarə rəhbəri sahibkarın və ya onun səlahiyyətli şəxsinin qarşısında gördüyü, eşitdikləri və etdikləri barədə həm də onların eşidə biləcəyi şəkildə ucadan söyləməli idi.

Roma hüququ, hansı ki, bu əsasda ticarət hüququ da formalaşırdı, uçot qeydlərinin dəqiqliyi ilə fərqlənirdi və hüquqi cəhətdən onun əsaslandırılmasına kömək edirdi. Uçot qeydlərinə müəyyən tələblər irəli sürən vasitəçilik məhkəmələri formalaşmağa başladı. Həmin tarixi dövr üçün əsas uçot üsulları olaraq inventarizasiya və hesabatlılıq hesab olunurdu.

XIII əsrdə Qərbi Avropda kassa əməliyyatları uçotunun xüsusi bir sistemi mövcud idi. Burada ilk növbədə kuri (Müqəddəs taxt-tac və Vatikanın baş administrasiya orqanı) və rahiblər ordenlərinin  təcrübəsini qeyd etmək lazımdır. Onların kassa kitabları sübut edir ki, kitabın birinci hissəsində gəlirlər, ikinci hissəsində isə xərclər göstərilib. Kitablar, pul uçotunun harmonik bir sistemi haqqında fikir yaradırdı.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə Nazirliyi hüquqi şəxslərə müraciət etdi

posted in: Maliyyə, Xəbər | 0

Ölkə prezidentinin 28 dekabr 2016-cı il tarixli fərmanı ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilib.

Bu barədə Maliyyə Nazirliyinin dövlətə məxsus olan hüquqi şəxslərə müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, sözügedən qaydanın 3.1 bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslər hər ilin iyunun 1-nə qədər növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinə təqdim etməlidirlər. Növbəti ilin borcalma limiti hazırlanarkən, yalnız qeyd olunan tarixədək Agentliyə daxil olmuş dövlət müəssisələrinin müraciətləri nəzərə alınacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.