İşçi intizam məsuliyyətinə necə cəlb edilməlidir?

posted in: Xəbər | 0

Sual: İşçinin intizam məsuliyyətinə cəlb olunmasının hansı hüquqi aspektləri vardır? İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən (töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək) birini verə bilər. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

Məcəllənin 190-cı maddəsinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

Mənbə: www.mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda 25 MMC ləğv olundu

posted in: Xəbər | 0

  • “SM-81” MMC (VÖEN: 1503890631) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, E.İsakzadə küçəsi, ev 4, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “NN” MMC (VÖEN:1500560901) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, E.İsakzadə küçəsi, ev 8, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “MAKSEM MÜSTƏQİL” Kiçik Müəssisəsi (VÖEN: 1600229761) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Azərbaycan prospekti 28 ünvanına bildirə bilərlər.
  • “ABE CATERİNG” MMC (VÖEN: 1803017341) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Şəhər şossesi döngə 5, ev 2, mənzil 4D ünvanına bildirə bilərlər.
  • “Lekrus” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1301018051) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 39 ünvanına bildirə bilərlər.
  • “Bağban-1” MMC (VÖEN: 7700453611) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 39 ünvanına bildirə bilərlər.
  • “Sunny-H” MMC (VÖEN: 1701110451) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Əziz Nəzərov, ev 12 ünvanına bildirə bilərlər.
  • “RAHAT-HİM” MMC (VÖEN: 1400672971) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 10, mənzil 279 ünvanına bildirə bilərlər.
  • “GLOBAL SERVİCES” MMC (VÖEN: 2002278721) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24, mənzil 70 ünvanına bildirə bilərlər.
  • “4P REKLAM” MMC (VÖEN: 2100829891) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Şirvan şəhəri, Mehmandarov küçəsi, ev 6, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “FİLM PLUS MMC” MMC (VÖEN: 1803609941) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., Sabunçu r., V.Dadaş küç., ev 30 D. m. 0 ünvanına bildirə bilərlər.
  • “CASPİAN-MERCURY” MMC (VÖEN: 1601948981) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., Nizami r., Q.Qarayev pros., ev 121, m. 3 ünvanına bildirə bilərlər.
  • “YEVROSTROY-F” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: 1303147151) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayon, Zivərbəy Əhmədbəyov küçəsi, ev 31, mənzil 9 ünvanına bildirə bilərlər.
  • “İNTEL 2015” MMC (VÖEN:1003885801) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 2, mənzil 51, məhəllə 3123 ünvanına bildirə bilərlər.
  • “ASTERİON” MMC (VÖEN: 1404078821) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., Nəsimi r., Z.Əliyeva küç., ev 55, m. 45 ünvanına bildirə bilərlər.
  • “UCUZ TAKSİ “ MMC ( VÖEN: 1803344911) fəaliyyətini dayandırmağı elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 39, mənzil 13 ünvanına bildirə bilərlər.
  • “R.N.T” MMC (VÖEN: 1600264381) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 38, mənzil 62 ünvanına bildirə bilərlər.
  • “PİRAMİDA-NTV -3” MMC (VÖEN: 2200540861) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Yevlax şəhəri, F.Əmirov küçəsi 55 ünvanına bildirə bilərlər.
  • “AFRODİTA-MARS” MMC (VÖEN:2200541111) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Yevlax şəhəri, F.Əmirov küçəsi 55 ünvanına bildirə bilərlər.
  • “MAVİ DƏNİZ KRONA”  MMC (VÖEN: 2200541091) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Yevlax şəhəri, F.Əmirov küçəsi 55 ünvanına bildirə bilərlər.
  • “EYFEL KF” MMC (VÖEN: 7200193541) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Tərtər rayonu, Buruc kəndi ünvanına bildirə bilərlər.
  • “AZƏRİ 2011” MMC (VÖEN: 7200192061) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Tərtər rayonu, Buruc kəndi ünvanına bildirə bilərlər.
  • “XƏZRİ 2011” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: 7200193411) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Tərtər rayonu, Buruc kəndi ünvanına bildirə bilərlər.
  • “TİNGÇİ” Kənd Təsərrüfatı MMC (VÖEN: 4500243721) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Quba r., Timiryazev kəndi, ünvanına bildirə bilərlər.
  • “AzGeolojiTədqiqat” MMC (VÖEN: 2003066401) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai r., Y.Səfərov küç., 10, m.3 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda 5 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “UİLLİ ƏND MEYRİS S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700851421) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q, STN Plaza, 11-ci  mərtəbə ünvanına bildirə bilərlər.
  • “LONDEKS RESORSİZ S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1300981111) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q, STN Plaza, 11-ci  mərtəbə ünvanına bildirə bilərlər.
  • “MAMMOET KASPİAN B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1300008311) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., İzmir küç., 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Europe (Central Asia) Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilər.
  • “Polpharma Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN:1301844261) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., İzmir küç., 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Europe (Central Asia) Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilərlər.
  • “SHİKUN AND BİNUİ-S.B.İ. İNFRASTRUCTURE LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1001840381) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, Dəmirçi Tower 16-cı mərtəbə ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nizamnamə kapitalı 412.000 manat olan tibb müəssisəsi yaradıldı

posted in: Vergi, Xəbər | 0

Vergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 412.000 manat olan tibb müəssisəsi yaradılıb.

Kommersiya qurumunun adı: “SUM MODERN MEDİCAL” MMC.

Qeydiyyat nömrəsi (VÖEN): 2904772041.

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ5004, Sumqayıt şəhəri, Səməd Vurğun 1 mkr ev. 122.

Nizamnamə kapitalı: 412.000 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: BAXŞALİYEV ŞAHİN MƏHƏRRƏM OĞLU.

Dövlət qeydiyyatına alındığı tarix: 12 fevral 2018

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.