Səyyar vergi yoxlaması zamanı inventarizasiya barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

1. Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması barədə əsaslandırılmış qərar Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilir.

İnventarizasiyanın aparılması müddəti bir qayda olaraq 10 gün müəyyən edilir, vergi ödəyicisi və vergi orqanının nümayəndələri tərəfindən inventarizasiya siyahıları imzalandıqdan sonra inventarizasiya bitmiş hesab olunur. Müstəsna hallarda (inventarizasiya aparılan obyektlərin müxtəlif ərazilərdə yerləşməsi, iş həcminin çox olması, vergi ödəyicisi inventarizasiyanın nəticələri ilə razılaşmadıqda və s.) inventarizasiyanın müddəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsaslandırılmış qərarı ilə, səyyar vergi yoxlamasının keçirildiyi müddətdən çox olmayaraq artırıla bilər.

2. Əmlakın faktiki mövcudluğunun yoxlanılmasının başlanılmasına qədər vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən inventarizasiya başlanan vaxt sonuncu mədaxil və məxaric sənədləri və ya maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar alınır.

Vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən inventarizasiya başlanana qədər uçot məlumatları üzrə əmlakın qalığının müəyyən edilməsi üçün reyestrlərə (hesabatlara) əlavə edilmiş bütün mədaxil və məxaric sənədlərinə “inventarizasiyaya qədər “ __ “ (tarix)” qeydi edilərək dərkənar qoyulur.

İnventarizasiya başlanana qədər maddi məsul şəxslər əmlaka dair bütün mədaxil və məxaric sənədlərinin mühasibata verilməsi, onların mühasibat registrlərində əks olunması, maddi məsuliyyətlərinə verilmiş bütün qiymətlilərin mədaxil və məxaric olunması haqqında iltizam verirlər.

Maddi məsul şəxs öhdəsində olan əmlakdan kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün verdikdə və ya kənardan borc, yaxud başqa qaydada saxlanmaq üçün əmlak aldıqda, eyni zamanda inventarizasiya yerində onun özünə məxsus əmlakı olduqda onları aydın şəkildə verdiyi izahatda göstərməlidir.

Əmlakın alınması üçün pul vəsaiti verilmiş təhtəlhesab şəxslərdən və ya vəkalətnamə verilmiş məsul şəxslərdən eyni qaydada iltizam alınır.

3. Əmlakın faktiki mövcudluğu haqqında məlumatları əks etdirən inventarizasiya siyahıları və ya inventarizasiya aktları (bundan sonra – inventarizasiya siyahıları) iki nüsxədən az olmamaqla tərtib olunur.

4. İnventarizasiya zamanı əmlakın faktiki; mövcudluğu onların sayılması, çəkilməsi və ölçülməsi yolu ilə müəyyən olunur.
Vergi ödəyicisi əmlakın faktiki mövcudluğunun müəyyən olunmuş müddətdə tam və dəqiq yoxlanılması üçün lazım olan şəraiti yaratmalıdır (yüklərin çəkilməsi və daşınması üçün fəhlə qüvvəsi, texniki düzgün tərəzi, ölçü və nəzarət cihazları və ölçü tarası ilə təmin etməlidir və s.).

Malsatanların açılmayan qablarında (taralarında) saxlanılan mal və materialların sayı seçmə yolu ilə onların bir hissəsinin sayılması nəticəsində müəyyən edilə bilər. Qablaşdırılmamış materialların çəkisi (həcmi) ölçmələr və texniki hesablamalar əsasında müəyyən olunur.

5. İnventarizasiya siyahıları hesablama texnikası və ya digər növ təşkilat texnikasından istifadə edilməklə və həmçinin əl ilə yazılmaqla doldurula bilər.

İnventarizasiya siyahıları mürəkkəblə və ya diyircəkli qələmlə aydın və dəqiq yazılır, pozuntulara və qaralamalara yol verilmədən doldurulur.

İnventarizasiya olunan qiymətlilərin və obyektlərin adı və onların sayı nomenklatur üzrə və uçotda qəbul edilmiş ölçü vahidləri ilə göstərilir.

İnventarizasiya siyahılarının hər bir səhifəsinin aşağı hissəsində material qiymətlilərinin sözlə yazılmaqla sıra nömrələrinin sayı, hansı ölçü vahidi ilə (ədədlə, kiloqramla, metrlə və s. ilə) ifadə olunmasına baxmayaraq həmin səhifədəki maddi qiymətlilərin natural göstəricilərinin ümumi cəmi göstərilir.

Əmlakın faktiki qalığının inventarizasiyası maddi məsul şəxslərin bilavasitə iştirakı ilə aparılır.

Şəxsi və ya məsuliyyətli mühafizəyə götürülən, icarəyə, yuyulmağa və təkrar emala qəbul edilən əmlaka ayrıca inventarizasiya siyahıları tərtib edilir.

İnventarizasiya siyahılarında taralar növləri, məqsədli təyinatı və istismar vəziyyətinin keyfiyyəti (təzə, istifadə olunmuş, təmir tələb edən və s.) üzrə göstərilir.

Səhvlərin düzəldilməsi inventarizasiya siyahılarının bütün nüsxələrində düzgün olmayan məlumatların üstündən xətt çəkilməsi və onun üstündən düzgün məlumatların yazılması yolu ilə aparılır. Düzəlişlərin aparıldığı bütün hallarda inventarizasiya siyahılarına izahatlar əlavə olunmalı və düzəlişlər vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) və maddi məsul şəxs (şəxslər) tərəfindən imzalanmalıdır.

6. İnventarizasiya siyahılarında doldurulmamış sətirlərin qalmasına yol verilmir, sonuncu səhifələrdə doldurulmamış sətirlər xətlənir.
İnventarizasiya siyahılarının sonuncu səhifələrində qiymətlərin yoxlanılması, məbləğlərin cəmlənməsi və ümumi məbləğin hesablanması haqqında qeydlər olunur və vergi orqanının inventarizasiyasını keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanır.

7. İnventarizasiya siyahıları vergi orqanının inventarizasiyasını keçirən vəzifəli şəxsi (şəxsləri) və maddi məsul şəxslər tərəfindən imzalanır. İnventarizasiya siyahılarının sonunda maddi məsul şəxslər əmlakın vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən yoxlanılmasının onların iştirakı ilə aparıldığını və onlara etirazlarının olmaması barədə və ya inventarizasiyanın nəticələrinə öz xüsusi münasibətini (etirazını) bildirməklə müvafiq qeydlər aparır və imza edirlər.

8. Əmlakın inventarizasiyası bir neçə gün ərzində aparıldığı hallarda maddi qiymətlilərin saxlandığı yerlər (bina, otaq, tikili, anbar və s.) günün axırında vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən möhürlənir və cavabdeh şəxsə təhvil verilir.

9. İnventarizasiyanın rəsmiləşdirilməsi üçün sahə xüsusiyyətləri nəzərə alınmaqla müvafiq nazirliklər, komitələr (birliklər) tərəfindən təsdiq olunmuş formalardan (hesabatlardan da) istifadə edilə bilər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək pensiyaları haqqında bilmədiklərimiz

posted in: Xəbər | 0

“Əmək pensiyaları haqqında” AR-nın Qanunu Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.

Sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sosial sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə huquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir.

Fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunanın uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır.

Pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Yaşa və əlilliyə görə əmək pensiyası 3 hissədən ibarətdir: 
– baza hissəsi
– sığorta hissəsi
– yığım hissəsi

Ailə başçısını itirməyə görə əmək pensiyası 2 hissədən ibarətdir: 
– baza hissəsi
– sığorta hissəsi

Gözlənilən pensiya ödənişi müddəti – “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması üçün istifadə olunan göstəricidir.

Əmək pensiyasının 3 növü var:
1. Yaşa görə
2. Əlilliyə görə
3. Ailə başçısını itirməyə görə

Qanunvericiliklə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri – 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların (kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Yaşa görə əmək pensiyasının baza hissəsi əmək pensiyalarının birinci pilləsi olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: 
SH = PSK/T, burada:
SH — yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: 
SH = PSK/(TxK), burada:
SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K — sığorta davamiyyəti əmsalıdır.

Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilmişdir.

Mənbə: sspf.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“ASAN İmza” ilə bağlı yeni tarif müəyyən olunub

posted in: Xəbər | 1

Ötən ilin sentyabrından dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanılıb.

Dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırıması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədilə yeni tarif müəyyən olunub.

Tarif “ASAN İmza” dövlət və ya bələdiyyə sertifikatının istifadəsi müddətində (3 il ərzində) başqa əlavə xərclər olmadan 58 manat məbləğində birdəfəlik ödənişi nəzərdə tutur.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Alman-Azərbaycan Xarici Ticarət Palatasında təcrübə proqramı

posted in: Xəbər | 0

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Azərbaycanda Almaniya iqtisadiyyatının rəsmi təmsilçisidir. Biz Alman və Azərbaycan şirkətlərini onların öz biznes fəaliyyətlərində dəstəkləyirik və ildə bir neçə dəfə şəbəkədaxili görüşlərin keçirildiyi tədbirləri təşkil edirik.

Praktika (Biznes xidmətləri şöbəsi)

Alman-Azərbaycan Xarici Ticarət Palatasının Biznes Xidmətləri şöbəsinə təcili olaraq praktikant axtarılır.

Təcrübə müddəti:

  • 3-6 aya qədər

Əsas vəzifə və öhdəlikləri:

  • Biznes xidmətləri üzrə fəaliyyətlər zamanı komandaya dəstək
  • Araşdırmalar, bazarın təhlili və işgüzar tərəfdaşlıq axtarışı sahələrində dəstək
  • Nümayəndə heyəti səfərləri, AHK-nın üzvləri üçün nəzərdə tutulan sosial tədbirlər və digər tədbir və layihələrə hazırlıq
  • Aİ-Azərbaycan Biznes Forumuna hazırlıq
  • Sənəd və hesabatların tərcüməsi
  • İnzibati tapşırıqlar

Tələblər:

  • İqtisadi-siyasi elmlər, beynəlxalq münasibətlər sahəsi üzrə 4-cü kurs bakalavr tələbəsi və ya magistratura təhsili
  • Azərbaycan və ingilis dilində mükəmməl yazılı və şifahi dil biliyi
  • Alman dilini bilənlərə üstünlük verilir
  • 09:00-dan 18:00-a qədər işləmək bacarığı
  • İqtisadi və siyasi münasibətlər sahəsində biliklərin olması
  • Tez öyrənmə qabiliyyəti və analitik düşünmə bacarığı
  • Yaxşı ünsiyyət və komandada işləmək bacarığı
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Dəqiqlilik və çeviklik

Bizim təklifimiz:

  • Azərbaycan və Almaniya arasındakı dinamik iqtisadi münasibətlərə baxış imkanı
  • Müxtəlif sahəli fəaliyyət diapazonu
  • Layihələrin hazırlanmasında iştirak
  • Zəngin iş təcrübəsinin əldə olunması
  • Gənc, açıqfikirli komanda ilə işləmək imkanı

Müraciət etmək üçün Sizdən tərcümeyi halınızı müraciət məktubu ilə birlikdə “AHK Azərbaycan / DL üçün praktikant” başlığı ilə praktikum(at)ahk-baku.de elektron ünvanına göndərməyinizi xahiş edirik. Tez göndərilən müraciətlər seçim mərhələsində daha erkən dəyərləndiriləcəkdir.

Mənbə: www.ahk-baku.de

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.