Sumqayıt Kimya Sənaye Parkının auditoru açıqlanıb

posted in: Audit, Xəbər | 0

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin 2017-ci ildəki maliyyə-təsərrüfatı fəaliyyətinin auditi ilə bağlı elan edilmiş kotirovka sorğusunun nəticəsi açıqlanıb.

Tender Komissiyasının 30 mart 2018-ci il tarixli qərarına əsasən, sorğunun qalibi “Baker Tilly Audit Azerbaijan” MMC qalib elan edilib.

Mənbə: fins.az

“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 125
Bakı şəhəri, 3 aprel 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may
tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin
tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr 2153, 2159) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5.5-ci bəndə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

2. 5.5-2-ci bəndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

3. 5.42-ci bəndin beşinci abzasında “Nazirlər Kabineti” sözləri “Prezidenti” sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                                                  Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Dövlət rüsumu haqqında” qanunda yenidən kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506; Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 912-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.13-cü, 18.15-18.25-ci, 18.35-18.47-ci və 30.2-ci maddələr ləğv edilsin.

2. 19-cu maddənin adında “İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər” sözləri “Əmtəə nişanının qeydə alınması ilə bağlı hüquqi hərəkətlər” sözləri ilə əvəz edilsin.

3. 30.4-cü maddədən “sınaqların aparılaraq” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dövlət bugünədək hansı borcları bağışlamışdır? – Maraqlı müəllif araşdırması

posted in: Xəbər | 0
06 mart 2018-ci il tarixli “Məcburi dövlət sosial sığortası sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası qanununun 01.04.2018-ci il tarixdən qüvvəyə minməsi ilə Azərbaycan dövləti tərəfindən daha bir mütərəqqi addım atılmış və əsas olaraq sahibkarların vəziyyətini yaxşılaşdıran islahatlar həyata keçirilmişdir. Bu hissədə xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 15.2-ci maddəsinə əsasən dövlət iqtisadiyyatın inkişafına şərait yaradır və azad sahibkarlığa təminat verir. Bu kimi qanunlar isə sırf konstitusion normalardan irəli gəlir.
Mövzuya keçməzdən bildirək ki, adıçəkilən qanunun tətbiqi nəticəsində “Sosial sığorta haqqında” qanuna əsasən məcburi dövlət sosial sığorta haqqı ödəmək öhdəliyi olan şəxslər (işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s) tərəfindən Dövlət
Sosial Müdafiə Fonduna 01.01.2006-cı il tarixdən 01.04.2018-ci il tarixinədək ödənilməmiş sığorta haqları tam məbləğdə silinir.
Bu qanunun qəbulundan sonra xüsusilə sahibkarlıq subyektlərinin fəaliyyətinə bir daha dövlət dəstəyinin şahidi olduq.
Bəs 2018-ci ilə qədər dövlət tərəfindən başqa hansı güzəştlər olmuş və ya hansı borclar bağışlanmışdır?
Bu sualın cavabını vermək üçün xronologiyaya diqqət yetirmək kifayət edir.
Mövzu çərçivəsində xronologiya üzrə bağışlanmış bir sıra borclar barədə məlumatı təqdim edirik.
– 29.12.1992-ci il tarixli qanunla kənd təsərrüfatı təyinatlı bəzi müəssisələrin 170 milyon 559 min rubl məbləğində olan bank ssudaları üzrə borcları dövlət tərəfindən ödənilmişdir.
– 13.06.1997-ci il tarixli qanunla 1997-1999-ci illər üzrə vergi borclarını tam həcmdə ödəyən dövlət idarə, müəssisə və təşkilatların 01 yanvar 1997-ci il tarixədək olan borcları 50% azaldılmış, maliyyə sanksiyaları üzrə ödənməli olan məbləğlər isə tam həcmdə bağışlanmışdır.
– 09.12.1997-ci il tarixli qanunla isə büdcədən maliyyələşən idarə və təşkilatların məcburi dövlət sosial sığortası üzrə ödənilməmiş sığorta haqları və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə bağışlanmışdır.
– 26.03.1999-cu il tarixli qanunla sovxoz, kolxoz və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan emal müəssisələrindən başqa digər hüquqi və fiziki şəxslərin 01.01.1999-cu il tarixə olan vergi, peniya və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə silinməklə bağışlanmışdır.
– 16.05.2000-ci il tarixli qanunla sovxoz, kolxoz və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan, o cümlədən quşçuluqla məşğul olan emal müəssisələrindən başqa digər hüquqi və fiziki şəxslərin 01.01.2000-ci il tarixə olan məcburi dövlət sosial sığortası üzrə ödənilməmiş sosial sığorta haqları və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə bağışlanmış, həmçinin dövlət mülkiyyətində olan, nəzarət zərfi dövlətə məxsus olan və 01.01.2000-ci ilədək özəlləşdirilmiş müəssisə və təşkilatların 01.01.2000-ci il tarixə olan məcburi dövlət sosial sığortası üzrə ödənilməmiş sığorta haqlarının 50, 70 və 80 faizi ödənilibsə, qalan hissəsi və maliyyə sanksiyaları üzrə borcları bağışlanmışdır.
– 11.06.2001-ci il tarixdə verilmiş fərmana əsasən qanunvericiliklə ləğv edilmiş kolxoz və sovxozların, işğal altında olan rayonlarda olan təsərrüfat subyektlərinin, 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramına əsasən özəlləşdirilmiş, özəlləşdirilməsi aparılmış müəssisələrin dövlət büdcəsinə, büdcədənkənar dövlət fonduna, nəzarət zərfi dövlətə məxsus banka olan borcları tam həcmdə bağışlanmışdır.
– 26.09.2003-cü il tarixli fərmana əsasən 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramına və dövlət əmlakının özgəninkiləşdirilməsinin II dövlət proqramına uyğun olaraq özəlləşdirilməyə açıq elan edilmiş və idarəetməyə verilmiş dövlət müəssisələrinin sosial ödənişlərlə (pensiya və müavinətlərlə) bağlı fərmanın qüvvəyə minmə tarixinə olan borcları dövlət büdcəsi hesabına ödənərək bağışlanmışdır.
– 08.02.2006-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən qəzetlərin “Azərbaycan” nəşriyyatına olan 31.12.2001-ci ilədək olan borcları (398 046.2 AZN (keçmiş məzənnə ilə)) dövlət büdcəsi hesabına ödənərək bağışlanmışdır.
– 13.12.2007-ci il tarixli 199 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin pansionat və sanatoriyalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin 01.01.2002-ci il tarixədək istifadə etdikləri elektrik enerjisi, su, təbii qaz və kanalizasiya xidmətlərinə görə olan borcları, həmçinin suya görə “Azərbmingeokaptaj” respublika ekspedisiyasına olan 01.01.2007-ci il tarixə borcları tam həcmdə dövlət büdcəsi hesabına bağışlanmışdır. Həmin qərarla adı qeyd olunan şəxslərin digər xidmətlərə görə olan borcları da tam həcmdə bağışlanmışdır.
– 29.07.2008-ci il tarixli 173 saylı Nazirlər Kabinetinin qərarı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin 01.04.2008-ci il tarixə olan vergi, peniya və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə bağışlanmışdır.
–  29.12.2009-cu il tarixli 207 saylı fərmanla əhalinin təbii qazdan istifadə ilə əlaqədar 327 milyon AZN məbləğində olan borcu tam həcmdə dövlət büdcəsi hesabına ödənərək bağışlanmışdır.
– 09.08.2010-cu il tarixli 148 saylı Nazirlər Kabinetinin qərarına əsasən “Azərenerji” ASC və “Azərbaycan Hava Yolları” QSC-nin SOCAR-a olan 01.01.2010-cu il tarixə olan borcları tam həcmdə bağışlanmışdır. Həmin qərarla həmçinin “Azərenerji” QSC-nin bir sıra dövlət idarələri və nazirliklərə olan borcları da tam həcmdə silinərək bağışlanmışdır.
– 08.04.2011-ci il tarixli 405 saylı fərmana əsasən əhalinin 01.02.2011-ci il tarixə içməli su və kanalizasiya xidmətləri üzrə “Azərsu” ASC-yə olan 294.2 milyon AZN məbləğində borcları dövlət büdcəsi hesabına ödənilərək bağışlanmışdır.
– 10.08.2011-ci il tarixli 133 saylı Nazirlər Kabinetinin qərarı ilə “Azərsu” ASC-nin bir sıra dövlət müəssisələrinə olan 01.02.2011-ci il tarixə olan borcları dövlət büdcəsindən ödənilməklə tam həcmdə bağışlanmışdır.
– 30.12.2016-cı il tarixli qanuna əsasən vergi ödəyicilərinin 01.01.2017-ci il tarixə ödənilməmiş vergilər üzrə hesablanmış faizlərlə əlaqədar şəxsi hesablarındakı borcları tam həcmdə silinərək bağışlanmışdır.