Sadələşdirilmiş vergi ödəyicisinin dövriyyəsi azalarsa 6%-dən 4%-ə necə keçə bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər. Məsələn, 6 faiz ödəyici. Bəs dövriyyəm azalsa yenidən 4 faizli ödəyici necə ola bilərəm?

Cavab: Bildiririk ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya müvafiq hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur.

Müvafiq olaraq, sorğunuzda sözügedən şəxs ilin sonunadək sadələşdirilmiş vergini 6 faiz dərəcə ilə tətbiq etməli, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan az olduqda növbəti ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına 4 faiz dərəcəli ilə tərtib olunan “Sadələşdirilmiş verginin bəyannaməsi”ni təqdim etməlidir.

Bax: Vergi Məcəlləsinin 218.1-ci və 218.2-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu şirkət 3 illik maliyyə hesabatlarının auditinə 219.480 manat xərcləyəcək

posted in: Audit, Xəbər | 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC 2017-2019-cu illər üçün maliyyə hesabatlarının auditinə dair elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

Tenderin qalibi “PwC Azerbaijan” audit şirkəti olub.

Bu məqsədlə şirkətə 219.480 manat ödəniləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Özəl vergi məsləhətçisi və onun göstərdiyi xidmətlər

posted in: Vergi, Xəbər | 0

Dünyanın əksər ölkələrində özəl vergi məsləhəti xidmətindən geniş istifadə olunur. Bu xidmət vergi  ödəyicilərinin işini xeyli sadələşdirməklə yanaşı, sahibkarların vergi problemlərinin həllində, vergilərin düzgün hesablanmasında və dövlət büdcəsinə ödəmələrin  vaxtlı-vaxtında həyata keçirilməsində məsləhətçi rolunu oynayır. Vergi məsləhəti peşəkar fəaliyyətin bir növü olaraq, sifarişçiyə (məsləhət alana) vergilər sahəsində qanunla tənzimlənən vəzifələrin yerinə yetirilməsi üçün  yardımçı ola bilən xidmət növüdür.

Vergi məsləhətçisinin göstərdiyi xidmətlər

Xeyli müddətdir özəl vergi məsləhətçisi kimi calışan Aslan Şükürov hesab edir ki, vergi məsləhətçisi yüksək səviyyəli hüquqi-iqtisadi biliklərə malik və xüsusi hazırlıq keçən mütəxəssis olmalıdır. Onun sözlərinə görə, vergi məsləhəti üzrə xidmətləri bir neçə istiqamətə ayırmaq olar: «Vergi məsləhəti, vergi ekspertizası, sənədlərin tərtib edilməsi, ödəyicinin  maraqlarının təmsil olunması, cari vergilərin ödənilməsinin əlverişli yolları, vergi  planlaşdırılması və s.  Bu istiqamətlərin hər biri öz növbəsində müxtəlif xidmət növlərinə bölünə bilər. Sifarişçinin sualları vergi məsləhətçisi tərəfindən müxtəlif formalarda cavablandırılır. Məsələn, ekspress məsləhət, möhlətli cavab məsləhəti, yazılı və ya şifahi  məsləhət və s. Adətən, vergi məsləhəti birdəfəlik məsləhətlər çərçivəsində həyata keçirilməklə, vergi  məsləhətçisinin işinin əsasını təşkil edir. Ekspress məsləhət vergi məsləhətinin çox çətin  növüdür. Çünki sifarişçinin hansı  suallarla müraciət edəcəyi əvvəlcədən məlum olmur. Burada suallar qısa formada və sifarişçinin haqqını  ödədiyi zaman kəsiyində cavablandırılmalıdır. Belə bir rejimdə  böyuk təcrübəyə və informasiya bazasına, həmçinin sıx qarşılıqlı əlaqəyə malik olan məsləhətçilər işləyə bilirlər».

Bundan başqa, həlli çətin olan, ciddi qanunvericilik qaydalarına əsaslanan sualları cavablandırmaq üçün möhlətli məsləhətlərdən istifadə etmək lazım gəlir.  Aslan Şükürovun fikrincə, belə formanın tətbiqi zamanı vergi məsləhətçisinin ixtiyarında düşünmək, ekspertlərin rəyini öyrənmək, qanunvericiliyi araşdırmaq üçün kifayət qədər vaxt olur.

Bəzən sifarişçi vergi məsləhətçisindən ona yazılı cavab verməyi xahiş edir. Belə bir hal sifarişçinin vergi orqanları ilə mübahisələri zamanı yaranır və məsləhətçinin yazılı rəyi ekspert rəyinin  funksiyasını  yerinə yetirir və yaxud sifarişçi bütün hüquqi məsuliyyəti vergi məsləhətçisinin üzərinə qoymağa çalışır. Vergi ekspertizası sifarişçinin tələbi əsasında, vergiqoymanın  nəticələrini və  əlverişli vergi mühütini öyrənmək üçün müəyyən bir sahənin (bəyannamələrin,  təsərrüfat əməliyyatlarının və s.) təftişinə yönəlmiş ardıcıl iş və tədbirlərdən ibarətdir. Buraya vergi  auditi, sənədlərin vergi ekspertizası (müqavilələr, bəyannamələr, ilkin uçot sənədləri),vergi yoxlamaları aktları üzrə iş, sazişlər bağlanarkən sifarişçinin vergi öhdəliyinin qiymətləndirilməsi daxildir.

Göründüyü kimi, vergi ekspertizası üzrə sadalanan istiqamətlər çərçivəsində vergi məsləhətçisi işin vəziyyəti haqqında əsaslandırılmış qiymət verə bilən peşəkar ekspert kimi çıxış edir. Aslan Şükürovun sözlərinə görə, vergi ekspertizası sifarişçiyə problemləri, nöqsanları  üzə çıxarmaq, vergi ödəyən zaman əlverişli yollardan istifadə etmək imkanı verir. Məsələn, vergi auditi vergilərin nə dərəcədə düzgün və vaxtında  ödənilməsi haqqında məlumat verir. Vergi öhdəliklərinin qiymətləndirilməsi konkret təsərrüfat əməliyyatlarının və sazişlərin vergiyə cəlb edilməsinin müxtəlif variantlarından ibarətdir. Bir çox sahibkarlar vergi qanunvericiliyinin bütün mürəkkəbliyini nəzərə alaraq vergilərin ödənilməsi işini məsləhətçilərə tapşırırlar.

Mütəxəssis bildirdi ki, şifarişçi ilə məsləhətçi arasında olan münasibətlər müqavilə yolu ilə rəsmiləşdirlir. Sifarişçi tərəfindən verilən tapşırığın məzmunundan və məsləhətin istiqamətindən asılı olaraq, müqavilələr üç müxtəlif forma – birdəfəlik, abonent və layihə müqaviləsi əsasında bağlanılır.

Birdəfəlik müqavilə tərəflər arasındakı görüş üçün nəzərdə tutulmaqla, sifarişçinin konkret sualı vergi məsləhətçisi tərəfindən  cavablandırıldığı  halda  bağlanılır. Abunə müqaviləsi isə tərəflər arasında müəyyən bir müddət üçün bağlanılır ki, bu zaman kəsiyində də (hər gün, həftədə bir dəfə və s.) məsləhətçi müqavilə şərtlərinə uyğun olaraq sifarişçinin suallarını cavablandırır.

Beynəlxalq təcrübə

Bəzi ölkələrin təcrübəsində ilkin dövrlərdə vergi məsləhətçilərinin funksiyalarını vəkillər həyata keçirmişlər. Onlar, əsasən, öz sifarişçilərinə mirasların və hədiyyələrin bağışlanması məsələləri ilə əlaqədar məsləhətlər verirmişlər.

Vergi məsləhətçisi əksər dünya ölkələrində vergi orqanlarının işini yüngülləşdirməklə yanaşı, dövlət orqanları ilə vətəndaşlar arasında körpü rolunda çıxış edir.

Rusiya Federasiyasında belə bir institut son on ildə formalaşmağa başlayıb. İlk vaxtlarda bu məsləhət Rusiyanın Vergilər Nazirliyi və onun tədris mərkəzi tərəfindən həyata keçirilirdi.

Qazaxıstanda özəl vergi məsləhəti son illər xeyli inkişaf edib və təşkilatlanma dövrünü keçib. Hətta bu ölkədə 2002-ci ilin mart ayında  ictimai birlik kimi Vergi Məsləhətçiləri Palatası təsis olunub. Hazırda palatanın özəyini yüksək səviyyəli mütəxəssislər təşkil etməklə yanaşı, onun idarəetmə orqanına 12 şura  üzvü daxildir.

Almaniyada vergi məsləhətçilərinin xidmətindən təxminən  dörd milyon vətəndaş sistemli şəkildə istifadə edir, iki  milyon nəfər isə vergi birliklərinin və onun assosiasiyalarının üzvüdür.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Azərikard” auditor seçir

posted in: Audit, Xəbər | 0

“Azərikard” MMC 2016 və 2017-ci illərin maliyyə göstəriciləri üzrə audit baxışının və həmin illər üzrə maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin keçirilməsi üzrə açıq tender elan edir.

Tender aprel ayının 19-da baş tutacaq.

Tenderdə iştirak haqqı 1 lot üzrə 300 manat məbləğində təşkil edir.

İştirak etmək istəyənlər Bakı şəhəri, Bülbül prospekti, 54 ünvanı ünvanına müraciət edə bilərlər.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.