Bu ölkədə kriptovalyuta əməliyyatlarına görə bəyannamə tələb olunur

posted in: Xəbər | 0

Bəyannamələrin verilməsi ilə bağlı son tarix ərəfəsində ABŞ Vergi Xidməti vergi ödəyicilərinə kriptovalyuta əməliyyatları nəticəsində əldə etdikləri gəlirlər barədə məlumat verməyin zəruriliyini xatırlatmışdır.

Xəbərdarlıq bildirişində göstərilmişdir ki, bu gəlirlər barədə məlumatın təqdim edilməməsi ağır nəticələrə səbəb ola bilər.

Vergi Xidmətinin normativ tələblərinə uyğun olaraq, ABŞ-da rəqəmsal valyutalar federal vergitutma məqsədləri ilə əmlak obyektləri qismində qiymətləndirilir. Kriptovalyuta üçün eynilə əmlak aktivləri üçün tətbiq olunan qaydalar tətbiq edilir.

Hazırda dünyada 1500-dən artıq kriptovalyuta mövcuddur. ABŞ-ın Vergi Xidmətində qeyd edildiyi kimi, kriptovalyutalar anonim təbiətli olduğuna görə, vergi ödəyicilərinin çoxu bu aktivlərdən əldə etdikləri gəlirləri gizlətməyə cəhd göstərirlər. ABŞ qanunlarına əsasən, vergidən yayınmanın «qiyməti» vətəndaşa beş ilə qədər həbs cəzasına və ya 250 min dollar pul vəsaitinə başa gələ bilər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergidən yayındığına görə həbsxanaya düşən məşhur

posted in: Vergi, Xəbər | 0

Dünyada DMX adı ilə tanınmış (əsl adı Earl Simmons-dur) amerikalı reper və aktyor 1,7 milyon dollar məbləğində vergini dövlətdən gizlətdiyini etiraf edəndən sonra ona bir il həbs cəzası kəsilmişdir. Əvvəlcə prokurorluq reperə beş il həbs cəzası tələb etsə də, məhkəmə prosesinin gedişində hakim bu tələbi həddindən artıq sərt adlandırmışdı: «O, yaxşı insandır, lakin törətdiyi cinayət cəzasız qalmamalıdır».

İstintaq orqanları DMX-nin 2000-ci ildən bu yana vergi ödəmədiyini, gəlirlərinin məbləğini müxtəlif yollarla vergi orqanlarından gizlətdiyini aşkar etmişdir. 2011 və 2012-ci illərdə o, bəyannamələrdə gəlirlərinin məbləğini göstərməmişdir. İstintaq orqanlarının məlumatına görə, bu illərdə reperin gəlirləri, müvafiq olaraq, 353 min və 542 min dollar təşkil etmişdir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gilan Holding Mühasib-Xəzinədar axtarır

Mühasib-xəzinədar (Gilan-TN MMC)

Tikinti Materialları

Tam iş günü (Full-time)

1 ildən 3 ilə qədər

Azərbaycan / Bakı

Bakalavr

Biznesin İdarə Edilməsi, Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat

Dillər: Azərbaycan dili (Səviyyə – Ana dili)

İT bilikləri: MS Word,MS Excel,MS Outlook

Öhdəliklər:

  • Gündəlik qaimələrin proqrama daxil edilməsi və nəzarət edilməsi;
  • Xəzinə əməliyyatlarının yerinə yetirilməsi və hesabatların hazırlanması;
  • Bank əməliyyatlarının icra olunması;
  • ƏDV depozit əməliyyatlarının (yalnız mədaxil-məxaric) yerinə yetirilməsi;
  • Təhtəl hesabların izlənilməsi, hesabatların tələb olunub aidiyyatı xərclərə müxabirləşmələrin verilməsi.

Namizəddə tələblər:

  • Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
  • Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilməli;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlilik qabiliyyəti, birgə iş/komandada işləmə qabiliyyəti olmalıdır.

Müraciət etmək üçün bu linkə daxil olun.

Mənbə: gilanholding.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində digər vakansiyaları bu linkə daxil olaraq izləyə bilərsiniz.

Köklük ilə mübarizə metodu – “Şəkər vergisi”

posted in: Vergi, Xəbər | 0

Böyük Britaniyada içkilərin tərkibindəki şəkər miqdarına görə içki istehsalçılarından vergi alınacaq.

Qanunun tətbiqi 6 Aprel Cümə günü başlayıb.

İngilis ictimaiyyətində “şəkər vergisi” adlandırılan qanun, 100 millilitr içkinin tərkibindəki şəkərin 5 qramı aşması halında, litr başına 18 pens vergi alınmasını nəzərdə tutur.

100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması halında isə litr başına 24 pens vergi alınacaq.

İngiltərədə “şəkər vergisi” qanunu 2016-ci ilin Mart ayında qəbul edilib, lakin istehsalçılara lazım olan dəyişikliyin aparılması üçün iki il möhlət verilmişdi. “Şəkər vergisi”, içkilərdə şəkər miqdarının azaldılmasını, beləliklə, köklük və köklük ilə mübarizə aparılmasını hədəfləyir.

Qanun qüvvəyə minməzdən əvvəl İngiltərədəki bir çox içki istehsalçı məhsullarındakı şəkər miqdarını azaldıb.Dünyanın ən məşhur içki istehsalçılarından biri olan Coca-Cola, İngiltərədə istehsal olunan iki məhsulunda istifadə etdiyi şəkər miqdarını azaldıb. Sprite-ın 100 millilitr şəkər miqdarı 6,9 qramdan 4,6 qrama, Fanta-nın 100 millilitr şəkər miqdarı da 6,6 qramdan 3,3 qrama endirilib.

Dünyanın bir çox ölkəsində Sprite və Fanta çox daha çox şəkər ehtiva edir. Sprite-ın 100 millilitri 10 qramadək, Fanta-nın 100 millilitr isə 11,5 qramadək şəkər ehtiva edə bilir.

Fransa, Belçika, İrlandiya, Portuqaliya, Estoniya, Norveç, Meksika və Cənubi Afrikada qeyri-sağlam qidalanma, köklük və diabet ilə mübarizə üçün şəkərli içkilərə əlavə vergi tətbiq edilməsi gündəmdədir. Almaniyada da oxşar bir “şəkər vergisi” tələb edilir. “Şəkər vergisi”nə qarşılıq, tərəvəz və meyvənin əlavə dəyər vergisindən azad olmasını təklif edilir.

Mənbə: marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.