Köklük ilə mübarizə metodu – “Şəkər vergisi”

posted in: Vergi, Xəbər | 0

Böyük Britaniyada içkilərin tərkibindəki şəkər miqdarına görə içki istehsalçılarından vergi alınacaq.

Qanunun tətbiqi 6 Aprel Cümə günü başlayıb.

İngilis ictimaiyyətində “şəkər vergisi” adlandırılan qanun, 100 millilitr içkinin tərkibindəki şəkərin 5 qramı aşması halında, litr başına 18 pens vergi alınmasını nəzərdə tutur.

100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması halında isə litr başına 24 pens vergi alınacaq.

İngiltərədə “şəkər vergisi” qanunu 2016-ci ilin Mart ayında qəbul edilib, lakin istehsalçılara lazım olan dəyişikliyin aparılması üçün iki il möhlət verilmişdi. “Şəkər vergisi”, içkilərdə şəkər miqdarının azaldılmasını, beləliklə, köklük və köklük ilə mübarizə aparılmasını hədəfləyir.

Qanun qüvvəyə minməzdən əvvəl İngiltərədəki bir çox içki istehsalçı məhsullarındakı şəkər miqdarını azaldıb.Dünyanın ən məşhur içki istehsalçılarından biri olan Coca-Cola, İngiltərədə istehsal olunan iki məhsulunda istifadə etdiyi şəkər miqdarını azaldıb. Sprite-ın 100 millilitr şəkər miqdarı 6,9 qramdan 4,6 qrama, Fanta-nın 100 millilitr şəkər miqdarı da 6,6 qramdan 3,3 qrama endirilib.

Dünyanın bir çox ölkəsində Sprite və Fanta çox daha çox şəkər ehtiva edir. Sprite-ın 100 millilitri 10 qramadək, Fanta-nın 100 millilitr isə 11,5 qramadək şəkər ehtiva edə bilir.

Fransa, Belçika, İrlandiya, Portuqaliya, Estoniya, Norveç, Meksika və Cənubi Afrikada qeyri-sağlam qidalanma, köklük və diabet ilə mübarizə üçün şəkərli içkilərə əlavə vergi tətbiq edilməsi gündəmdədir. Almaniyada da oxşar bir “şəkər vergisi” tələb edilir. “Şəkər vergisi”nə qarşılıq, tərəvəz və meyvənin əlavə dəyər vergisindən azad olmasını təklif edilir.

Mənbə: marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu ölkədə ƏDV dərəcəsi artırılıb

posted in: Vergi, Xəbər | 0

2018-ci il aprel ayının 1-dən Cənubi Afrika hökuməti əlavə dəyər vergisinin dərəcəsini 14 faizdən 15 faizə qaldırmaq barədə qərar vermişdir. Ölkənin vergi xidməti bununla əlaqədar «ƏDV dərəcəsinin artırılması üzrə təlimat» hazırlayaraq nəşr etmişdir.

Təlimatda tranzaksiyalar üçün vergitutmanın müəyyənləşdirilməsinin qaydalarına da yer verilmişdir. Aprelin 1-dən həyata keçirilən tranzaksiyalardan xüsusi tədarük qaydası və ya konkret tarif qaydası tətbiq olunmadığı halda, ƏDV yeni dərəcə ilə tutulmalıdır. Bundan əlavə, təlimatda digər məsələlərlə əlaqəli qaydalar da verilmişdir:

· qiymətləndirmə;

· 14 faizlik ƏDV də daxil olmaqla, müqavilə şərtləri;

· hesablaşma və uçotla bağlı müəssisələrin · sistemlərində aparılan dəyişikliklər;

· idxal edilən mallarla əlaqəli konkret qaydalar;

· ƏDV formalarında edilmiş dəyişikliklər və s.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dünya Banklarında maaşlar – Kim nə qədər qazanır?

posted in: bank, Xəbər | 0

Dartmouth Partners dünyanın nəhəng banklarında analitik vəzifəsində çalışanların əmək haqqlarını öyrənib.  Qeyd edək ki, göstərilən əmək haqqları işə yeni başlayan analitiklərin bir il ərzində aldıqları məvaciblərdir.

Barclays

Baza əmək haqqı – 50 min funt sterlinq

Orta bonus məbləği – 11 min funt sterlinq

Citigroup

Baza əmək haqqı – 50 min funt sterlinq

Orta bonus məbləği – 15 min funt sterlinq

UBS

Baza əmək haqqı – 50 min funt sterlinq

Orta bonus məbləği – 15 min funt sterlinq

Deutsche Bank

Baza əmək haqqı – 50 min funt sterlinq

Orta bonus məbləği – 16 min funt sterlinq

Credit Suisse

Baza əmək haqqı – 50 min funt sterlinq

Orta bonus məbləği – 19 min funt sterlinq

JPMorgan

Baza əmək haqqı – 50 min funt sterlinq

Orta bonus məbləği – 26 min funt sterlinq

Goldman Sachs

Baza əmək haqqı – 50 min funt sterlinq

Orta bonus məbləği – 28 min funt sterlinq

Morgan Stanley

Baza əmək haqqı – 50 min funt sterlinq

Orta bonus məbləği – 32 min funt sterlinq

Bank of America Merrill Lynch

Baza əmək haqqı – 50 min funt sterlinq

Orta bonus məbləği – 41 min funt sterlinq

 

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

İcarəyə götürülmüş əmlakın kommunal xərcləri hansı halda gəlirdən çıxılır?

posted in: Vergi, Xəbər | 0

Sual: Hüquqi şəxs vergi ödəyicisi olmayan fiziki şəxsdən daşınmaz əmlak icarəyə götürüb və müqavilə şərtlərinə əsasən elektrik və qaz xərcləri icarəyə götürən hüquqi şəxsin öhdəliyi hesab edilir. Lakin “Azərişıq” və “Azəriqaz” tərəfindən qaimə-faktura, vergi hesab-faktura əmlakın sahibinin adına gəlir. Bu halda vergitutma baxımından xərc sənədi olaraq hansı sənəd qəbul edilir və ya etmək olar?

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Göründüyü kimi, hər iki metodun tələbi vergi ödəyicisinə məxsus olan və sənədləşdirilmiş xərclərin gəlirən çıxılmasıdır. Sənədləşdirilməsi digər şəxsin adına olan təsərrüfat obyektinə görə ödənilən xərclərin gəlirlərdən çıxılması isə vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir.

Sözügedən xərclərin gərlidən çıxılması üçün icarədar kommunal xidmətlərini yerinə yetirən şəxslərlə öz adından müvafiq müqavilələri bağlamalı və təqdim edilən sənədlərdə də xidmətlərin alıcısı kimi məhz icarəyə götürən hüquqi şəxs olmalıdır.

Bax: Vergi Məcəlləsinin 130-cu – 136-cı maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.