Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

posted in: Vergi, Xəbər | 0

Aprelin 3-də Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində Vergilər və Təhsil nazirliklərinin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər.

Tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə çıxış ediblər. Bildirilib ki, ölkəmizdə işəgötürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulmasını nəzərdə tutan yeni bir layihəyə start verilib. Bu layihə ali təhsil ocaqlarında xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə gənclərin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsi və möhkəmləndirilməsini, peşəkar kadr kimi yetişdirilməsini, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur. Qeyd edilib ki, bu layihənin həyata keçirilməsi ölkədə kadr hazırlığında yeni bir yanaşmanı müəyyən edəcək, insan resurslarının dövlət qurumlarının və əmək bazarının tələbatları nəzərə alınmaqla savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi yetişdirilməsinə şərait yaradacaq.

Əməkdaşlıq çərçivəsində qarşıdakı dövrdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq, müasir standartlara cavab verən kadr hazırlığı proqramları, təhsil müəssisələri üçün vahid vergi proqramının tərtibi və digər sənədlər hazırlanacaq, müəllim və tələbə heyəti bu qurum tərəfindən keçirilən təlim və seminarlara cəlb ediləcəklər.

Çıxış edən natiqlər layihənin elm, təhsil və təcrübənin bir-birini tamamlamasına xidmət etdiyini və gələcək peşəkar kadrların yetişdirilməsinə böyük təkan verəcəyini bildiriblər.

Sonra Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi vergilər nazirinin müavini Sahib Ələkbərov və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıblar.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

8 xarici şirkətin filialı və 23 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “Bakı Monolit Beton” MMC (VÖEN: 1603209671) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.
  • “Bak Beton” MMC (VÖEN: 1603209391) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.
  • “Elektro Təchizat” MMC (VÖEN: 2903770251) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Sumqayıt şəhəri, 3-cü mkr., ev 13/16, mənzil 26 ünvanına bildirə bilərlər.
  • “NM – MASTERS” MMC (VÖEN: 1700481721) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. Ev 8 ünvanına bildirə bilərlər.
  • “LEDGER” MMC (VÖEN: 1503722941) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, N.Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 43, mənzil 27 ünvanına bildirə bilərlər.
  • “ABE CATERİNG” MMC (VÖEN: 1803017341) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Şəhər şossesi 5, ev 2, mənzil 4D ünvanına bildirə bilərlər.
  • “Azərqarant Sığorta” ASC (VÖEN: 1300122001) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 72 ünvanına bildirə bilərlər.
  • “STAR 2017” MMC (VÖEN: 1902997091) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs.), ev 18, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “ADVENTURE” MMC (VÖEN: 1902991701) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs.), ev 20, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “EVENT COMPANY” MMC (VÖEN: 1803265711) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Vidadi (Maştağa qəs.), ev 24 A, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “DREAM 2017” MMC (VÖEN: 2004152971) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 15, mənzil 0 ünvanına bildirə bilərlər.
  • “Sinerci Oil and Qas Suppies” MMC (VÖEN: 1700847841) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu,Neftçilər prospekti, ev 127, mənzil 17 ünvanına bildirə bilərlər.
  • “Aristokrat R.İ.M” MMC (VÖEN: 1601244711) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, A.M. Cümə küçəsi, ev 11, mənzil 36 ünvanına bildirə bilərlər.
  • “İNTEREX SERVİCE GROUP LLP” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 1303096641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 1B, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “NOVACOTEK TRANSPORTATİON AND DELİVERY SERVİCES LLP” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 1402766351) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Cavad xan küçəsi, ev 62, mənzil 28 ünvanına bildirə bilərlər.
  • “İBİT CASPİAN SERVİCES  LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1303474161) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 117 ünvanına bildirə bilərlər.
  • “SPUTNİK” firması (VÖEN: 1400433491) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Məmmədyarov küçəsi, ev 9A, mənzil 27 ünvanına bildirə bilərlər.
  • “TRAST-AUDİT-KONSALTİNG” MMC (VÖEN: 1300288641) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Zərdabi prospekti, ev 45, mənzil 34 ünvanına bildirə bilərlər.
  • “TRANS LİNKS CO.LTD” MMC (VÖEN: 1600498671) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 5.ev 21 ünvanına bildirə bilərlər.
  • “VÜSALƏ-F” Kiçik Müəssisəsi (VÖEN: 1100017851) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ 5-ci massiv, ev 6/9, mənzil 141 ünvanına bildirə bilərlər.
  • “VVİPSON CAPİTAL MANAGEMENT UK LİMİTED” şirkəti Azərbaycan Respublikasındakı filialının (VÖEN: 1402534591) ləğv olunduğunu elan edir.
  • “Nippon Koei UK Co., LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1302525561) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 235A, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “AZƏR MÜHAFİZƏ” MMC-nin 1 saylı Mühafizə Şöbəsi (VÖEN: 1902225971) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 7 , mənzil 27 ünvanına bildirə bilərlər.
  • “GÜNƏŞ 2017” MMC (VÖEN: 2004084781) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov ev 32, mənzil 102 ünvanına bildirə bilərlər.
  • “STTEL-CO” MMC (VÖEN: 1002212861) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Z.Qəmbərov küçəsi , ev 1, məhəllə 3184/87, mənzil 21 ünvanına bildirə bilərlər.
  • “ABB AS” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 9900070471) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, Landmark Ofis Plaza, 12-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “METAL PROFİ LUX” MMC (VÖEN: 1503226781) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 6,məhəllə 851 ünvanına bildirə bilərlər.
  • “KONGSBERG OİL AND GAS TECHNOLOGİES AS” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1303532411) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, Port Baku Tauers Biznes Mərkəzi Cənub Qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
  • “NİM MÜHƏNDİSLİK İNŞAAT ÇELİK ENDÜSTRİ SANAYİ VE TİCARET ANONİM” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 2001367111 ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,Xətai rayonu, Nobel prospekti, ev 165 ünvanına bildirə bilərlər.
  • “VETKO GREY İSTƏN LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1700750611) şirkətinin 1 mart 2018-ci il tarixli qərarı əsasında fəaliyyətinə  xitam verdiyini  və bununla əlaqədar Azərbaycan Respublikasinda dövlət qeydiyyatının təsviyyəsini elan edir. Filialin kreditorları tərəfindən bütün tələblər, bildirişlər, iddialar yaxud sorğular  bu elan dərc edildiyi gündən iki ay ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Salyan şossesi, ev 17-ci km. ünvanına bildirə bilərlər.
  • “CASPİAN CORROSİON CONTROL” MMC (VÖEN: 1701380301) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41, mənzil 75 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

69 yaşlı mühasibdən külli miqdarda oğurluq

posted in: muhasibat, Məqalə, Xəbər | 0

69 yaşlı qadın mühasib voronejlilərin yarım milyon rublunu oğurlayıb.

Voronej şəhərinin polis idarəsi Voronej sakini, 69 yaşlı qadına qarşı qaldırılan cinayət işinin istintaqını başa çatdırıb. O, özgə pullarının mənimsənilməsində ittiham olunur.

Bağçılıq qeyri-kommersiya cəmiyyətində mühasib vəzifəsində işləyən pensiyaçı qadın, xidməti vəzifəsindən sui-istifadə edərək 412 min rublun (təxminən 12.000 manat) arxasına keçib. Bu pullar üzvlük haqlarından ibarət olub və qadın onları kassaya mədaxil etməyib. Bağçılıq təsərrüfatının mühasib əməkdaşı mənimsənilən pulları özünə xərcləyib.

Bu günlərdə pensiyaçı mühasiblə bağlı cinayət işinə baxılması üçün məhkəməyə təhvil verilib. Bu haqda Rusiya Federasiyasının Voronej vilayəti üzrə polis idarəsi məlumat verib. Külli miqdarda mənimsəməyə görə qadını 6 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək haqqı artımı ilə bağlı büdcəyə yenidən baxıla bilər

posted in: Xəbər | 0

“2018-ci ilin dövlət büdcəsinə yenidən baxılmasının əsas səbəblərindən biri məhz neftin qiymətidir”

“Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılması bu ilin I rübünün nəticələrindən asılı olacaq. Komitə sədri əlavə edib ki, ehtiyac yaransa, may ayında 2018-ci ilin dövlət büdcəsinə baxıla bilər.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılmasının əsas səbəblərindən biri məhz neftin qiymətidir: “Çünki neftin qiyməti dövlət büdcəsində 45 ABŞ dolları nəzərdə tutulub və birinci rüb üçün isə neftin orta qiyməti 65 dollardan yuxarı olub.

“Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, seçki ərəfəsində xüsusilə büdcədən maliyyələşən təşkilatlarda əmək haqqının artırılması ilə bağlı çoxlu sənədlər imzalanıb. Bu sənədlərin də icrasının təmin olunması məqsədilə təbii ki, əlavə vəsaitlərə ehtiyac yaranır”, — iqtisadçı əlavə edib.

Ekspertin sözlərinə görə, bu vəsaitlərin qaynağı böyük ehtimalla neft sektorundan daxil olan vergilər olacaq: “Çünki neftin baha satılması daxil olan vergilərin həcminin artmasına gətirib çıxarır. Proqnozlaşdırmaq mümkündür ki, Dövlət Neft Fondundan da ayırmaların həcminə yenidən baxıla bilər. Cari ilin may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması gözləniləndir”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov da açıqlamasında deyib ki, Azərbaycan iqtisadiyyatında artıq müəyyən canlanma var: “Bu, ölkəmizin iqtisadiyyatının bütövlükdə inkişafı ilə bağlıdır. Artıq Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi inkişaf mərhələsinə qədəm qoyub”.

“İkincisi, büdcədə neftin qiyməti 45 dollardan götürülüb. Bu gün artıq dünya bazarında neftin qiyməti 70 dollara yaxınlaşıb. Bu da dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinə yenidən baxılmasına imkan yaradır. Bu, Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsində müsbət meyldir”, — iqtisadçı deyib.

Onun fikrincə, Azərbaycanın apardığı sosial yönümlü iqtisadi inkişaf siyasətinin reallaşması kontekstində millət vəkili Ziyad Səmədzadənin dediyində böyük həqiqət var və büdcəyə yenidən baxıla bilər: “Yəni sosial yönümlü iqtisadi inkişaf siyasətini aparan Azərbaycanda bu gün canlanmaqda olan iqtisadiyyat imkan verir ki, 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılsın”.

Mənbə: sputnik.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.