“Sumqayıt Kimya Sənaye Parkı” Auditor seçir

posted in: Audit, Xəbər | 0

İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC ötən ilki maliyyə təsərrüfat fəaliyyətinin auditinin aparılması üçün kotirovka sorğusu elan edib. Kotirovka təklifləri martın 29-a qədər Parkın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanında (“Demirchi Tower” iş mərkəzi) qəbul olunur. Əlaqələndirici şəxs Abbas Mamedovdur (tel.: (012) 488 80 65).

Təklifllərə martın 30-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nağd pul dövriyyəsi – Bunları bilmək maraqlıdır (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Nağd ödənişlər – bu, bir qayda olaraq təşkilatlar üçün çox rahat bir üsuldur. Lakin, istənilən qaydada istisnalar da mövcuddur. Bəzən, misal üçün, kiçik, birfədəlik alış-veriş zamanı təşkilatlar üçün nağd şəkildə ödəmə üsulu daha rahatdır. Bundan əlavə, işçilərlə hesablaşma zamanı da nəğd pullardan istifadə olunur.

Təşkilatların nağd ödənişlərinə də Mərkəzi bank tərəfindən nəzarət olunur, baxmayaraq ki, obyektiv səbəblərə görə nəzarət imkanları çox məhduddur. Vergilərin bir sıra ölkələrdə elə də coşqu ilə ödənilməməsi, heç kimə sirr deyil və dövlət də bunu yaxşı bilir. O səbəbdən dövlət qurumları nağd pul dövriyyəsini məhdudlaşdırmaqdan ötrü çalışırlar ki, müəssisə və təşkilatlar pul ödənişlərini daha çox nağdsız formada həyata keçirsinlər.

Nağd pul ödənişlərinə nəzarəti həyata keçirməyi Mərkəzi banklar kommersiya banklarının üzərinə qoyurlar, hansı ki, təşkilatların bank hesabları, məhz həmin banklarda açılır. Kommersiya bankları müştərilərinə standart hesablamalar əsasında icazə verilən pul vəsaitlərinin qalıqlarını təsdiqləməlidirlər və təşkilatlar müəyyən olunmuş limitdən artıq nağd məbləğləri ola biləcəyi günlərdə kommersiya banklarına əmək haqqı ilə bağlı cədvəlləri təqdim etməlidirlər.

Əgər müəssisədə nağd pul vəsaitləri təyin olunmuş limiti keçərsə, onda müəssisə artıq nağd pul kütləsini kommersiya bankına təhvil verməyə borcludur. Lakin, əmək haqqı ödənilən günlərdə müəssisədə böyük məbləğdə pul kütləsi ola bilər.

Nağd pul vəsaitləri ilə bağlı təşkilatlar arasında hesablaşmalardan ötrü limit də tətbiq oluna bilər. Misal üçün, Rusiya Mərkəzi bankı hüquqi şəxslər arasında (eləcə də hüquqi şəxslər və fərdi sahibkarlar arasında) bu cür bir sövdələşmə üçün 100 min rubl limit təyin edib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ələt Azad Ticarət Zonasında şirkətlərin qeydiyyatı prosesinə başlanılır

posted in: Xəbər | 0

“Bu ilin sonuna Ələt Azad Ticarət Zonasında şirkətlərin qeydiyyatdan keçirilməsinə başlanacaq”.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

T. Ziyadovun sözlərinə görə, hazırda Milli Məclisdə bununla bağlı qanun layihəsi müzakirə olunur və artıq  sənəd ikinci oxunuşdan keçib.

“Qanunvericilik üçüncü oxunuşdan da keçdiyi halda bu ilin sonunda şirkətlərin qeydiyyatı prosesinə başlanılacaq”,- deyə baş direktor əlavə edib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək haqqını yığım sığortasına ödəyənlər üçün bəd xəbər!

posted in: Xəbər | 0

Qanunvericilikdə həyatın yığım sığortasının inkişafı və əmək münasibətlərinin şəffaflaşması üçün vergi və məcburi dövlət sosial sığorta haqları güzəştləri nəzərdə tutulub. Məsələn, əmək müqaviləsi ilə çalışan şəxslər üçün minimum 3 illik bağlanılan həyatın yığım sığortası müqaviləsi vergi və məcburi dövlət sosial sığorta haqlarından azaddır.

Hazırda bir çox şəxslər çalışdıqları şirkət vasitəsilə əməkhaqlarını həyat sığortasına köçürərək 3 ilin sonunda həm ödənilməyən vergi və məcburi dövlət sosial sığorta haqları, həm də investisiya gəlirləri hesabına yüksək qazanc götürürlər.

2017-ci ildə həyatın yığım sığortası üzrə həyat sığortası şirkətləri tərəfindən 138 milyon manat sığorta haqları toplanmışdır. 2016-cı ildə bu məbləğ təxminən 80 milyon manat idi. Yəni təkcə ötən 2 il ərzində, 218 milyon manat əməkhaqqı həyat sığortasına yönəldilib.

Sığorta sektoruna sızan məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) qanunvericilikdəki güzəştlərin məhdudlaşdırılması üçün təkliflər hazırlayıb. Həyat sığortası şirkətləri bu təşəbbüsdən narahatdırlar.

Azərbaycan Sığortaçılar Assosiasiyasının(ASA)  sədri Mustafa Abbasbəyli bildirdi ki, əgər məhdudiyyətlər tətbiq edilərsə həyat sığortası sahəsində müəyyən geriləmələr ola bilər.

“Güzəştlər  tək sığorta bazarı üçün yox, ümumi sahibkarlıq mühiti üçün önəmlidir. Bu güzəştlər əmək münasibətlərinə müəyyən şəffaflıqlar gətirir, rəsmi müqavilələrin bağlanmasını, əmək haqlarının rəsmi göstərilməsini təşviq edir. Bu baxımdan güzəştlər önəmlidir. Biz imtiyazların olduğu kimi saxlanılmasının tərəfdarıyıq”.

DSMF mövcud güzəştlərin gəlirlərini azaltdığından narahat ola bilər. Sığortaçıların hesablamalarına görə, DSMF-nin və Vergilər Nazirliyinin əldə edə bilmədiyi gəlirlər cüzidir:

“Biz son 3 ili təhlil etmşik. İmtiyazlar nəticəsində, həm Dövlət Sosial Müdafiə Fondu , həm də Vergilər Nazirliyi ildə cəmi 35 milyon manat vergi və məcburi sosial sığorta haqlarını itirir. Bu məbləğin təxminən yarısı Vergilər Nazirliyinə, yarısı da DSMF-yə düşür. DSMF-yə düşən məbləğ büdcəsinin 0,8%-ni təşkil edir. Kifayət qədər kiçik məbləğdir. Buna görə biz düşünürük ki, mövcud imtiyazların olduğu kimi saxlanılmasının sığorta bazarından daha çox sahibkarlığa töhfəsi var”.

Sızan məlumatlara görə, DSMF həyat sığortasına yönəldilən əmək haqqına məhdudiyyətlərin tətbiq edilməsini müzakirə edir.

“Hazırda maaş məhdudiyyətsiz şəkildə həyat sığortasına yönəldilə bilər. Əldə etdiyimiz məlumata görə, DSMF maaşa məhdudiyyətlər tətbiq  etməyi nəzərdə tutur.  DSMF bununla bağlı qanunvericiliyə dəyişiklik təşəbbüsü ilə çıxış etmək istəyir”,- Mustafa Abbasbəyli əlavə etdi.

“Sosial sığortalar haqqında” Qanuna əsasən 3 ildən az olmayan müddətdə həyatın yığım sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığortalardan (22% və 3% ) azaddır.

Vergi Məcəlləsi ilə 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikası sığortaçılarına ödədikləri sığorta haqları həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 il müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.

Mənbə: marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.