Vergi Qanunvericiliyinə dəyişiklik ediləcək

posted in: Vergi, Xəbər | 0

“Vergiləri tam və vaxtında ödəyən intizamlı vergi ödəyiciləri vergi orqanları tərəfindən həmişə dəstək görəcək”.

Bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müşaviri Manaf Bayramov deyib.

“Əgər vergi ödəyicisi saxta bəyannamələr təqdim edirsə, vergiləri vaxtında ödəmirsə, vergidən yayınma hallarına yol verirsə, buna uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərt tədbirlərlə üzləşəcək”, – deyə M. Bayramov vurğulayıb.

Nazir müşaviri bu ilin hərtərəfli islahatlar üçün hazırlıq ili olduğunu qeyd edib: “Vergi orqanları tərəfindən qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Şəffaf uçot aparmaq üçün maneələrin aradan qaldırılması barədə vergi ödəyicilərinin təkliflərini gözləyirik”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda nə qədər vergi ödəyicisi olduğunu bilirsinizmi?

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda vergi ödəyicilərinin sayı açıqlanıb.

“Hazırda ölkəmizdə 917 min vergi ödəyicisi var, onların 30 mini ƏDV, qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir”.

Bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, ƏDV ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi ümumi vergi daxil­olmalarının təxminən 1/3-ni təşkil edir. Nazir müavini qeyd edib ki, sadələşdirilmiş vergi ödəyicilərinin ödədiyi vergilərin həcmi ötən il 371,5 mln. manat olub və bu, ümumi vergi ödəmələrinin 5,3%-i deməkdir: “İnkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm bir neçə dəfə yüksəkdir. Ona görə də kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməli, bu kateqoriyaya aid sahibkarların ödədikləri vergilərin həcmi artmalıdır. Büdcəyə ödənilən vergilərin həcminin artması ölkədə yaşayan hər bir vətəndaşın rifah halının daha da yaxşılaşmasında mühüm əhəmiyyətə malikdir. Ödənilən vergi müəllimin, həkimin, torpaqlarımızın müdafiəsini təmin edən əsgərlərin təminatının gücləndirilməsinə, vətəndaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunmasına sərf edilir. Ona görə də cəmiyyətin hər bir üzvündə könüllü vergiödəmə mədəniyyəti formalaşmalı, bu, insanların daxilindən gələn vərdişə çevrilməlidir”.

Nazir müavini bildirib ki, 2018-ci il vergi sistemində yeni inzibatçılığa keçid ili kimi müəyyən edilib. Vergi xidmətinin qarşısında qoyulmuş yeni vəzifələrə və tələblərə uyğun olaraq vergi orqanlarına etimad yüksəldilməlidir: “Vergilər Nazirliyi biznes qurumları ilə faydalı və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulmasında maraqlıdır. Nazirlik qarşı tərəfdən də eyni münasibəti gözləyir, hər bir sahibkarı dürüst, vicdanlı, şəffaf olmağa dəvət edir. Vergi ödəyicisi öz vəzifələrini və məsuliyyətini başa düşməli, unutmamalıdır ki, vergiləri vaxtında və tam həcmdə ödəmək Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş borcudur. Vergi orqanı vergi yığmır, dövlətin müəyyən etdiyi vergilərin sahibkarlar tərəfindən dövlət büdcəsinə ödənilməsinin təmin olunmasına nəzarət edir. Sahibkar elə işləməli, işini elə qurmalıdır ki, vergi orqanı onun təqdim etdiyi sənədlərə şübhə ilə yanaşmasın, fəaliyyətini araşdırmağa ehtiyac yaranmasın. Ən yaxşı və düzgün yol şəffaflıqdır. Şəffaflıq tərəflər arasında qarşılıqlı inam və etibarı artırır, biznes təmsilçisinə etimadı yüksəldir, inkişafa səbəb olur, iqtisadiyyatı gücləndirir”.

Sahib Ələkbərov vurğulayıb ki, nazirlik vergi yığılmasından könüllü vergi ödənilməsinə keçidi qarşıya hədəf qoyub və bu yanaşma vergi ödəyicisinin ünvanına getmədən, ödəyicinin özünün vergiləri doğru, düzgün və dəqiq hesablayaraq büdcəyə ödəməklə  vətəndaşlıq borcunu yerinə yetirməsini nəzərdə tutur.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda bəzi aksizli mallara tətbiq edilən imtiyazlar ləğv oluna bilər

posted in: Xəbər | 0

Dünən Dövlət Gömrük Komitəsinin sədri (DGK) Aydın Əliyev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə DGK-dan məlumat verilib.

Məlumata görə, A.Əliyev qeyd edib ki, Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb.

N.Kərimov isə Komitə ilə əməkdaşlığa çox böyük önəm verdiklərini bildirib, bu əlaqələrin dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Görüşdə eyni zamanda Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri tərəfindən təqdim olunan bir sıra məsələlər barəsində müzakirələr aparılıb. Belə ki, palata üzvləri kontrafakt məhsullara qarşı mübarizə, paralel idxal, qacaqmalçılığa, xüsusilə aksizli malların qaçaqmalçılığına qarşı mübarizə tədbirləri, gömrük anbarlarının fəaliyyəti və tikintisi ilə bağlı məsələlər, gömrük təmsilçiliyi ilə əlaqədar yaranan problemlər, xüsusilə gömrük bəyannamələrinin doldurulması zamanı yol verilən səhvlərin düzəlişi, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə qaydaları və.s məsələlərlə bağlı həyata keçirilən tədbirlərlə maraqlanıblar.

Kontrafakt məhsullara, eləcə də qaçaqmalçılığa qarşı mübarizə istiqamətində aparılan işlərdən danışan DGK sədri konkret olaraq aksizli malların qaçaqmalçılığına gəlincə, gömrük orqanlarının bu kimi hallara qarşı da mübarizə apardığını, lakin bəzi hallarda tütün məmulatlarının, spirtli içkilərin gətirilməsi ilə bağlı mövcud qanunvericilikdə nəzərdə tutulan xüsusi imtiyazlardan kommersiya məqsədləri üçün istifadə edildiyini, bu kimi halların qarşısının alınması üçün artıq müəyyən təkliflərin hazırlanaraq hökumətə təqdim olunduğunu diqqətə çatdırıb.

Gömrük anbarlarının fəaliyyəti və tikintisi ilə bağlı məsələyə də aydınlıq gətirən Komitə sədri Azərbaycanın istər giriş-çıxış qapılarında, istərsə də Bakıda kifayət qədər gömrük anbarlarının fəaliyyət göstərdiyini, gələcəkdə zərurət yaranarsa yeni gömrük anbarlarının tikintisi məsələsinin nəzərdən keçiriləcəyini bildirib.

“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə etmiş şirkətlərin qanunvericilikdə nəzərdə tutulmuş sənədləri qaydasında olarsa, heç bir problem yaşana bilməz”, – deyən DGK sədri bu istiqamətdə infrastrukturun daha da genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Paralel idxal məsələsinə də toxunan Komitə sədri bu kimi halların qarşısının alınması ilə bağlı mövcud qanunvericilikdə heç bir məsuliyyətin nəzərdə tutulmadığını, lakin palata üzvləri tərəfindən verilən təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.

Gömrük təmsilçiliyi məsələsinə gəlincə, A.Əliyev bildirib ki, indi bütün gömrük prosedurları elektron formada həyata keçirilir və vasitəçi olmadan istənilən hüquqi və fiziki şəxs bu elektron xidmətlərdən istifadə edə bilər. Gömrük bəyannamələrinin doldurulması zamanı yol verilən səhvlərin düzəlişinin gömrük orqanlarının fəaliyyətində müəyyən problemlər yaratdığını, əlavə vaxt itkisinə səbəb olduğunu bildirən DGK sədri bu proseslərdə şirkətlər tərəfindən daha peşəkar təmsilçilərə müraciət olunmasının vacibliyini diqqətə çatdırıb.

DGK rəhbərliyinin gömrük işinin bütün istiqamətlərdə beynəlxalq standartlara uyğun aparılmasında, eləcə də gömrük xidmətinin səmərəliliyinin artırılması və şəffaflığın təmin edilməsində maraqlı olduğunu vurğulayan DGK sədri Aydın Əliyev Azərbaycan gömrüyündə istər AmCham üzvü olan, istərsə də digər konsaltinq şirkətlərinin müvafiq monitorinq apara biləcəklərini diqqətə çatdırıb.

Görüşdə eyni zamanda yaxın perspektivdə qaldırılan məsələlərin daha konkret və detallı müzakirəsi üçün AmCham üzvü olan şirkətlərin rəhbərləri ilə gömrük rəsmiləri arasında toplantıların keçirilməsi qərara alınıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 88
Bakı şəhəri, 12 mart 2018-ci il
“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki
və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik
xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar
tarixli 1 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 noyabr tarixli 3388 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası” üzrə:

2.1. adına və 1.1-ci bəndinə (hər iki halda) “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri əlavə edilsin;

2.2. 1.3-cü bəndinə “nümayəndəliyin” sözündən sonra “və ticarət nümayəndəsi aparatının” sözləri əlavə edilsin;

2.3. 1.4-cü bəndinə “nümayəndəliyin binasında,” sözlərindən sonra “habelə ticarət nümayəndəsi aparatının yerləşdiyi binada,” sözləri əlavə edilsin;

2.4. 2.1-ci bəndə “əməkdaşları” sözündən sonra “və ticarət nümayəndələri” sözləri əlavə edilsin;

2.5. 2.1.2-ci yarımbəndin əvvəlinə “ticarət nümayəndəsinin mənzilində, habelə” sözləri əlavə edilsin; 2.6. 2.1.6-cı yarımbəndə “diplomatların” sözündən sonra “, ticarət nümayəndəsinin” sözləri əlavə edilsin;

2.7. 2.1.7-ci yarımbənddə “və onun” sözləri “, ticarət nümayəndəsinə və onların” sözləri ilə əvəz edilsin;

2.8. 3.1-ci bəndə “əməkdaşlarının” sözündən sonra “və ticarət nümayəndələrinin” sözləri, “əməkdaşı” sözündən sonra “və ticarət nümayəndəsi” sözləri, “mühasibatlığı” sözündən sonra “, ticarət nümayəndəsinə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilsin;

2.9. 4.1-ci bəndə “Qaydanın” sözündən sonra “1 nömrəli” sözləri əlavə edilsin;

2.10. aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin: “4.1-1. Ticarət nümayəndəsi tərəfindən təmsilçilik xərcləri ilə bağlı hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq hər bir ticarət nümayəndəsi tərəfindən hər ay təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında tərtib olunur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir.”;

2.11. 4.2-ci və 4.3-cü bəndlərə “əməkdaşı” sözündən sonra “və ticarət nümayəndəsi” sözləri əlavə edilsin;

2.12. 5.1-ci bəndə (hər iki halda) “əməkdaşlarına” sözündən sonra “ticarət nümayəndələrinə” sözləri, “konsulluğun” sözündən sonra “, habelə ticarət nümayəndəsi aparatının” sözləri əlavə edilsin;

2.13. 5.2-ci bəndə “rəhbəri” sözündən sonra “, ticarət nümayəndəsinə münasibətdə isə ticarət nümayəndəsinin özü” sözləri əlavə edilsin;

2.14. Qaydaya əlavənin yuxarı sağ küncünə “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri, “əlavə” sözünün əvvəlinə “1 nömrəli” sözləri əlavə edilsin;

2.15. Qaydaya bu qərarın əlavəsində göstərilən məzmunda 2 nömrəli əlavə daxil edilsin (əlavə olunur).

  1. Bu qərar 2017-ci il 15 noyabr tarixindən tətbiq edilir.

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 12 mart
tarixli 88 nömrəli qərarına

 “Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik
nümayəndəliklərindəki və konsulluqlarındakı
diplomatik xidmət əməkdaşlarına və ticarət
nümayəndələrinə təmsilçilik xərclərinin
ödənilməsi Qaydası”na 2 nömrəli əlavə


                                                                                                                                                                                      

(ticarət nümayəndəsi aparatının adı)


  ilin                                 ayı üzrə ticarət nümayəndəsinə ayrılmış təmsilçilik xərclərinin ödənilməsinə dair aylıq

 

HESABAT FORMASI

 

(valyuta ilə)

 

 

Ayın əvvəlinə qalıq

 

Ay ərzində müəyyən edilmiş təmsilçilik xərci

Ay ərzində təmsilçilik xərci üzrə Ayın sonuna istifadə edil- məmiş təm-

silçilik xərci

 

 

 

Qeyd

xərclərin istiqaməti məbləği ödənilib
Cəmi

Hesabata əlavə olunmuş sənədlərin sayı               ədəd

 

Tərtib etdi                                                                                           

(ticarət nümayəndəsinin adı, soyadı, atasının adı)            (imza)

 

             
(tarix)

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.