Maliyyə cinayətləri ilə bağlı seminar keçirilib

posted in: Maliyyə, Xəbər | 0

Bakıda beynəlxalq ekspertlər maliyyə cinayətləri ilə mübarizə üzrə tədbirlər haqqında seminar keçirib.

Birgünlük treninq 2016-cı ildən bu assosiasiyanın üzvü olan Kapital Bank-ın bilavasitə təşəbbüsü ilə keçirilib.

Nüfuzlu maliyyə və ticarət təşkilatı olan Amerika Banklar Assosiasiyası (BAFT) 13 mart tarixində Bakıda “Financial Crime Compliance Workshop 2018” adlı maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirib.

Birgünlük treninq 2016-cı ildən bu assosiasiyanın üzvü olan Kapital Bank-ın bilavasitə təşəbbüsü ilə keçirilib. Qeyd etmək lazımdır ki, Bakı ilə yanaşı Honq Konq və Orlandoda da (Florida ştatı, ABŞ) belə seminar keçiriləcək.

Maliyyə cinayətləri ilə mübarizə heç vaxt öz aktuallığını itirməyib. Müxtəlif sorğuların da göstərdiyi kimi, ötən il dünyada şirkətlərin 49%-i bu və ya digər şəkildə maliyyə və iqtisadi cinayətlərlə üzləşib. Bu kontekstdə maliyyə sahəsində çalışan əməkdaşların ixtisaslarının artırılmasının əhəmiyyəti daha da artır.

Seminarın iştirakçıları maliyyə cinayətləri ilə mübarizə sahəsində zəruri normativ tələblər, adekvat daxili təşkilatın mövcudluğunun, o cümlədən müştərilər üçün risklərin müəyyən olunması və azaldılması üçün “üç müdafiə xətti” prinsipinə əməl olunmasının vacibliyi haqqında öyrənib, həmçinin terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində yeni tendensiyalar və standartlarla tanış olub. Bankir və komplayens mütəxəssislərinə müştərilərin eyniləşdirilməsi üzrə məsələ və tədbirlərə aid normativ tələblər barədə məlumat verilib.

Azərbaycan iqtisadiyyat baxımından Cənubi Qafqazın ən böyük ölkəsidir. “Cənub Qaz Dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub”, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bütün dünyadan investisiyaları cəlb edir və eyni zamanda beynəlxalq ticarətin və digər ölkələrin iqtisadi inkişafına xidmət edir. Beynəlxalq arenada sürətlə nüfuz yığan Azərbaycan regionun iri nəqliyyat və maliyyə mərkəzinə çevrilir. Bu səbəbdən də maliyyə sektorunun iştirakçıları üçün maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə baxımından son tendensiyalar və öncül metodikalar barədə biliklərin vacibliyi önəmlidir.

Kapital Bank tərəfindən dəstəklənənə BAFT-ın bu seminarı azərbaycanlı bankirlərin ixtisaslaşmasının artmasına böyük töhfə verəcək və fırıldaqçılıqla səmərəli mübarizəyə kömək etməklə, maliyyə sektorunun gələcək inkişafını dəstəkləyəcək.

Mənbə: kapitalbank.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bahar kampaniyası fürsəti! – Financial Accounting (F3) təlimi

posted in: muhasibat, Xəbər | 0

Bu təlim beynəlxalq sertifikasiya imtahanlarına hazırlaşan şəxslərə köməklik məqsədi daşıyan xüsusi bir təklifdir.

Tədris dili: ingilis dili

Tədris müddəti: 50 saat

Təlimin qiyməti: 249 manat.

Əlaqə vasitələri:

Email: ,

Telefon: (012) 404 81 59.

Son qeydiyyat tarixi: 20 mart 2018-ci il.

Təlimçi: Alim Babayev.

Alim Babayev ACCA Advanced Diploma in Accounting and Business sertifikatına sahibdir. ACCA member olmaq üçün qalan professional səviyyə imtahanları verməkdə davam edir. Hazırda “Big Four” audit şirkətlərindən biri olan Deloitte&Touche şirkətində auditor vəzifəsində işləyir.

Təlimçi haqqında daha ətraflı məlumata bu linkdən baxa bilərsiniz – https://www.linkedin.com/in/alim-babayev/

Mənbə: tedris-maliyye.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İl yarım təcrübə ilə 45.000 manat oğurlayan mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Stavropoldan olan mühasib 1,5 milyon rublu (45.000 manat) mənimsəyib.

Yessentuki şəhərindəki uşaq bağçasında mühasib işləmiş şəxs dövləti 1,5 milyon rubl dəyərində aldadıb. Hadisə barədə Rusiya Federasiyası DİN-nin Stavropol diyarı üzrə polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qadın uşaq bağçasında cəmi il yarım işləyib və pulların mənimsənilməsi zamanı öz xidməti vəzifəsindən sui-istifadə edib. Mühasib, pulları özünün bank hesabına köçürübmüş.

Hazırda qadın istintaq altındadır. Əgər, müstəntiqlər onun günahkar olduğunu sübut edə bilsələr, onda mühasib 10 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilər. Şübhəli yaşayış yerini tərk etməməklə bağlı iltizam verib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nəşriyyat fəaliyyəti zamanı elektron qaimə-faktura verilməsi

posted in: Xəbər | 0

Nəşriyyat fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən sifarişçi müəssisəyə kitab nəşri ilə bağlı xidmətlər göstərildiyi halda, sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidirmi?

Vergi Məcəlləsinin (VM) 16.1.11-6-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

VM ilə müəyyən olunan hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur (VM, maddə 71-1).

Bunlarla yanaşı,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura – bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim olunan ilkin uçot sənədidir.

Qeyd olunanlara əsasən:

Nəşriyyat fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən göstərilən kitab nəşri xidmətlərinə görə sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.