Vergilər Nazirliyi sahibkarlara tam şəffaf fəaliyyət göstərmək üçün bu ilin sonuna qədər vaxt verib

posted in: Vergi, Xəbər | 0

“Bu gün vergi ödəyicilərinin qarşısında vergilərin vaxtında və tam ödənilməsi, vergi öhdəliklərinin şəffaflaşdırılması, uçotun dürüst aparılması və digər bir sıra tələblər qoyulub”.

Bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.

O bildirib ki, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə tam əməl etməli, ikili mühasibatın aparılmasına yol verməməli, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, müxtəlif yollar və sxemlərlə vergidən yayınmalar tam aradan qaldırılmalıdır.

X.Abdullayevin sözlərinə görə, sənədləşmələr qaydasında olmadığı təqdirdə, vergi orqanları tərəfindən müvafiq sanksiyalar tətbiq ediləcək: “Müəyyən çətinlikləri nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonunadək vaxt verilir. 1 yanvar 2019-cu ildən bütün vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər. Keçid dövründə vergi hesablamaları və ödənişləri real vəziyyəti əks etdirməklə həyata keçiriləcək”.

Nazirin müşaviri yeni dövrdə vergi orqanlarının da qarşısına qoyulmuş tələbləri tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Bu gün vergi orqanlarının ən ümdə vəzifəsi vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərməkdir. Sahibkarların öz vergi öhdəliklərini rahat yerinə yetirmələri üçün vergi ödəyicilərinə göstərilən xidmətlər onların gözləntilərinə və tələblərinə uyğun formada qurulacaq və təkmilləşdiriləcək. Vergilər Nazirliyi ödəyicilərə kifayət qədər xidmətlər təklif edir və qarşılıqlı etimad şəraitində onları eşitməyə, qanuni tələblərinə baxmağa, kömək göstərməyə həmişə hazırdır”.

X.Abdullayev vergi ödəyiciləri ilə münasibətdə onların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb: “Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi dəqiqləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicilərinin iştirakı ilə araşdırılacaq, Apelyasiya Şurasının fəaliyyəti fəallaşdırılacaq, vergi administrasiyası daha açıq şəkildə çalışacaq”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişikliklər edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”ni “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndə “sığortası” sözündən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilsin;

1.2. 2.1.2-ci yarımbəndə “uçotdan çıxarılması,” sözlərindən sonra “sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması,” sözləri əlavə edilsin;

1.3. 3.1.3-cü yarımbəndə “sığorta haqlarının” sözlərindən sonra “və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda sığorta haqqının” sözləri əlavə edilsin;

1.4. 3.1.8-ci yarımbəndə “sığortası” sözündən sonra “və işsizlikdən sığorta” sözləri əlavə edilsin;

1.5. 3.1.10-cu yarımbəndə “etmək” sözündən sonra “və işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək” sözləri əlavə edilsin;

1.6. 3.1.11-ci yarımbənd çıxarılsın;

1.7. aşağıdakı məzmunda 4.1.3-1-ci və 4.1.3-2-ci yarımbəndlər əlavə edilsin:

“4.1.3-1. sığortaedənlərdən öz işçilərinin işsizlikdən sığorta edilməsini, sığorta haqlarının düzgün hesablanmasını, vaxtında və tam məbləğdə sığortaçıya ödənilməsini tələb etmək;

4.1.3-2. sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;”.

2. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İdxal mallarının anbara mədaxili necə həyata keçirilir?

posted in: Xəbər | 0

Sual: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №– qərarının 57 nömrəli əlavəsi olan №– MTQA-01 “Malların təhvil-qəbul aktı” formasında mallar üç növdə mədaxil olunub: qaimə-faktura; elektron qaimə-faktura; malların alış aktı. Tərtib olunmuş forma idxal mallarının anbara mədaxili üçün istifadə olunursa, (bildiyimiz kimi, idxal əməliyyatları gömrük bəyannaməsi ilə mədaxil olunur.) Nə üçün sözü gedən formada gömrük bəyannamələri qeyd olunmamışdır? Xahiş edirik sorğumuzu cavablandırasınız ki, tərtib etdiyimiz ciddi hesabat blanklarında yalnışlığa yol verməyək.

Cavab: Bildiririk ki, “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoice) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır.

Ciddi hesabat blankının forması ilə bağlı isə aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Bax: Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli və 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası və Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

4 xarici şirkətin filialı və 20 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “GE GRİD GMBH” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1302679451) 20 yanvar 2018-ci il tarixli qərarı ilə fəaliyyətinə xitam verildiyini və bununla əlaqədar ləğv edildiyini elan edir. Bütün tələblər, bildirişlər, iddialar yaxud sorğular Filialın kreditorları tərəfindən birinci elan dərc edildiyi gündən iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanına bildirə bilərlər.
  • “Bakı Monolit Beton” MMC (VÖEN: 1603209671) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.
  • “Bak – Beton” MMC (VÖEN: 1603209391) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.
  • “AURA” MMC – nin (VÖEN: 1300338511) ümumi yığıncağı 19.02.2018-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, ev 105 ünvanına bildirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyyəçi) tərəfindən ödəniləcəkdir.
  • “NEF İNSTİTUTİON” MMC (VÖEN: 1901302691) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,Suraxnı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv “Q” bina 15, mənzil 11 ünvanına bildirə bilərlər.
  • “OVERLUX BY AFANDİ TRAVEL” MMV (VÖEN: 1403568231) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə 4 mkr., ev 2, mənzil 22 ünvanına bildirə bilərlər.
  • “Azərqarant Sıgorta” ASC (VÖEN: 1300122001) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 72 ünvanına bildirə bilərlər.
  • “Kristal-EL” MMC (VÖEN: 1303507171) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,Yasamal rayonu, General A.Abbasov küçəsi, ev 16, mənzil 20 ünvanına bildirə bilərlər.
  • “V.S.-DİZAYN” MMC (VÖEN: 1400643231) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev 241, mənzil 70 ünvanına bildirə bilərlər.
  • “V+A” MMC (VÖEN: 1900349601) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V y/s, ev 4, mənzil 60 ünvanına bildirə bilərlər.
  • “Bal Evi” MMC (VÖEN: 7700434911) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Xaçmaz rayonu, Rəhim-Oba kəndi ünvanına bildirə bilərlər.
  • “Tamariks” MMC (VÖEN: 1403058841) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu,Cəlil Məmmədquluzadə küçəsi, ev 40 ünvanına bildirə bilərlər.
  • “Kommunal Xidməti və Abadlaşdırma Müəssisəsi” MMC (VÖEN: 1700875691) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbayıl rayonu, Neftçilər prospekti, ev 2A, mərtəbə 2, qapı 1 ünvanına bildirə bilərlər.
  • “HORVATH MAK” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1400636741) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu,Nizami küçəsi, ev 77/9, mənzil 42 (AZ1010) ünvanına bildirə bilərlər.
  • “GƏNCƏ KONSALTİNQ” MMC (VÖEN: 2300691311) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Heydər Əliyev prospekti, bina 99, mənzil 11 ünvanına bildirə bilərlər
  • “Murad” Kiçik Müəssisəsi (VÖEN: 1800205231) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxaov qəsəbəsi, İnşaatçilar küçəsi,ev 16 ünvanına bildirə bilərlər.
  • “FANKOİL- SERVİS” MMC (VÖEN: 3101622671) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Saray ŞTQ, Koroğlu ev 24A ünvanına bildirə bilərlər.
  • “Sinerci Oil And Qas Suppies” MMC (VÖEN: 1700847841) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbayıl rayonu, Neftçilər prospekti, ev 127, mənzil 17 ünvanına bildirə bilərlər.
  • “MM-CN” MMC (VÖEN: 1301383301) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 149 ünvanına bildirə bilərlər.
  • “VETKO GREY İSTƏN LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1700750611) şirkətin 1 mart 2018-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini və bununla əlaqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının təsviyyəsini elan edir. Bütün tələblər,bildirişlər,iddialar yaxud sorğular Filialın kreditorları tərəfindən bu elan dərc edildiyi gündən iki ay ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Salyan Şossesi,ev 17-ci km ünvanına bildirə bilərlər.
  • “SM-81” MMC (VÖEN: 1503890631) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, E.İsakzadə küçəsi, ev 4,mənzil 12 ünvanına bildirə bilərlər.
  • “NN” MMC (VÖEN: 1500560901) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, E.İsakzadə küçəsi ,ev 8, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “KONGSBERG OİL and GAS TECHNOLOGİES AS” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1303532411) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, Port Baku Taries Biznes Mərkəzi, Cənub Qülləsi,9-cu mərtəbə, AZ1010 ünvanına bildirə bilərlər.
  • “NL” MMC (VÖEN: 1200220711) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Əli İsazadə (Binə qəs.), ev 1 A, mənzil 26 ünvanına bildirə bilərlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.