Daşınmaz əmlakın icarəyə verilməsi

posted in: Xəbər | 0

Hüquqi şəxs tərəfindən daşınmaz əmlakın vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsə icarəyə verilməsi zamanı mənfəət vergisi və ya ödəmə mənbəyində tutulan vergi üzrə hansı vergi öhdəlikləri yaranır?

Vergi Məcəlləsinin (VM) 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir VM-in 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər 124-cü maddə üzrə vergitutma obyekti deyildir (VM, maddə 124.3).

Qeyd olunanlara əsasən:

Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs (və ya VÖEN-i olan fiziki şəxslər) tərəfindən icarə haqqı hüquqi şəxsə ödənilərkən ödəmə mənbəyində vergi tutulmur və ödənilən icarə haqqı hüquqi şəxsin ümumi gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb edilir və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verilir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşsizlikdən sığorta ödənişi haqqında bilmədiklərimiz

posted in: Xəbər | 0

İşsizlikdən sığorta ödənişi, kimlərə şamil edilir və məbləği necə müəyyən edilir?

XÜLASƏ

01 yanvar 2018-ci il tarixdən “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi, əmək haqları üzrə işçinin hesablanmış əmək haqqından və işəgötürənin əmək haqqı fondundan ayrı-ayrılıqda 0.5% işsizlikdən sığorta haqqının tutulmağa başlanması, İşsizlikdən sığorta fondunun büdcəsinin 2018-ci il üçün 89.040.000 AZN müəyyən edilməsi kimi addımlardan sonra bu qanunun kimlərə şamil olunacağı, kimlərin sığorta ödənişi ala biləcəyi və sığorta ödənişinin məbləği hər kəs üçün maraqlıdır.

ƏSAS HİSSƏ

01 yanvar 2018-ci ildən etibarən artıq ilk dəfə olaraq Azərbaycan Respublikasında müəyyən kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi alaraq işsiz qalacaqları dövrü kompensasiya etmiş olacaqlar. Yeni qanuna görə yalnız aşağıda göstərilən iki kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olacaqlar.

1) dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi

2) işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş işçilər

Göründüyü kimi öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilən şəxslər üçün işsizlikdən sığorta ödənişi verilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı diqqət yetirilməli digər vacib məqam yuxarıda göstərilən iki kateqoriya şəxslər “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata alınmış olmalıdır.

Qanuna əsasən bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı iki il ərzində 9 aydan artıq ola bilməz. Bu müddət işsizlikdən sığorta haqqı almaq barədə ilk müraciətdən sonrakı birinci il üçün 6 ay, ikinci il üçün isə 3 ay olmaqla müəyyən edilmişdir. Qeyd etmək mümkündür ki, şəxsə təyin olunan işsizlikdən sığorta ödənişi yalnız qanunda müəyyən olunmuş hallarda (yeni işə başladıqda, pensiyaya çıxdıqda, ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunduqda, hərbi xidmətdə olduqda və s) dayandırıla bilər.

İşsizlikdən sığorta ödənişi almağın qaydası barədə bildirdikdən sonra işsizlikdən sığorta ödənişinin məbləği barədə məlumat verilməsini zəruri hesab edirik.

Məlum olduğu kimi işçilərin ixtisarı ilə əlaqədar Əmək Məcəlləsinə edilmiş yeni düzəlişlərdə işçinin stajı əsas götürülür. İşsizlikdən sığorta ödənişi verilərkən də eyni qaydada işçinin stajı mühüm əhəmiyyət kəsb etməkdədir. Həmçinin sığorta ödənişi məbləği hesablanarkən işçinin itirilmiş orta aylıq əmək haqqı məbləği də əsas hesab olunur.

Qeyd etmək mümkündür ki, işsizlikdən sığorta ödənişi məbləğinin üç növü vardır.

1) əsas sığorta ödənişi. (bunu aşağıda izah edəcəyik)

2) sığorta ödənişinə əlavə. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin əsas sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin bu əlavəni almaq hüququ var.

3) Minimum sığorta ödənişi. Bu məbləğ ikinci il üçün müraciət olunan zaman 3 ay müddətinə və minimum əmək haqqı məbləğində (hazırda 2018-ci il 01 yanvar tarixindən etibarən 130 AZN) müəyyən edilir.

İşsizlikdən əsas sığorta ödənişinin məbləği ilkin müraciət zamanı birinci il üçün 6 ay ərzində aşağıdakı qaydada müəyyən olunur.

1) işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – orta aylıq əmək haqqının…

  • işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faizi
  • sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faizi
  • sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faizi ödənilir.

2) işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – minimum sığorta ödənişi məbləğində.

Yekunda isə qeyd etmək mümkündür ki, sığorta ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Akkreditivlərlə hesablaşma barədə

posted in: bank, Xəbər | 0

Akkreditivə əsasən, ödənişçinin bankda açılmış cari hesabından müəyyən məbləğdə pul benefisiar (alıcı bank) banka köçürülür. Amma, bu məbləğ alıcının ödəniş hesabına köçürülmür.

Akkreditivdə pulun benefisiarın hesablaşma hesabına köçürülə biləcəyi şərtlər göstərilir. Məsələn, alıcı öz bankına pulun malların ödəyicisi tərəfindən və ya göstərilən xidmətlərlə bağlı alındığını təsdiqləyən və ödəyici ilə bağlı hər hansı bir iddianın qalmaması ilə əlaqədar dəqiq bir faktura və ya təslim sənədini təqdim etməlidir.

Akkreditivin istifadə müddəti olur. Əgər, həmin istifadə müddəti ərzində akkreditivin fəaliyyət şərtləri yerinə yetirilməyibsə, onda alıcı bank həmin məbləği ödəyici banka qaytarır və ödəyici bank da həmin məbləği ödəyicinin bankdakı cari hesabına geri qaytarır.

Akkreditivlər üzrə qismən ödənişə də icazə verilir. Akkredetivlər geri qaytarıla biləngeri qaytarıla bilməyən ola bilər. Geri qaytarıla bilən akkreditivi ödəyici heç bir səbəb göstərmədən onun müddəti bitənə kimi istənilən vaxt ərzində geri qaytara bilər. Geri qaytarıla bilməyən akkredetivi isə ödəyici yalnız onun müddəti bitdikdən sonra geri ala bilər.

Ödəniş şərtlərinə əsasən akkredetivlər akseptli (pul sənədinin ödənməsinə razılıq haqqında qeyd) və ya akseptsiz ola bilər. Akseptlərlə ödəniş şərtləri bunları nəzərdə tutur: pulun benefisiarın hesablaşma hesabına köçürülməsi üçün, akkreditiv şərtlərinin yerinə yetirilməsinə əlavə olaraq, ödəyicinin və ya ödəyicinin səlahiyyətli şəxsinin aksepti tələb olunur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İl ərzində daxil olan və eyni zamanda silinən əsas vəsaitə əmlak vergisi hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 1

Sual: Hüquqi şəxs 2017-ci ildə yaradılmışdır. 2017-ci ilin 1 iyul tarixində balansa əsas vəsait qəbul etmişdir (dəyəri 150.000 manat). Lakin 30 sentyabrda digər şirkətə satılmışdır. 2017-ci il dövr üçün əmlak vergisi hesablanmalıdır?

Cavab: Bildiririk ki, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanan zaman müəssisənin əmlakının hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Göründüyü kimi, hesabat ilində əldə olunan əsas vəsaitin dəyəri istər hesabat ilinin əvvəlinə, istərsə də sonuna daxil olmadığından həmin məbləğə əmlak verigisi də hesablanmır.

Bax: Vergi Məcəlləsinin 114.6-cı və 202-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.