Bu qurumların əmək haqları artırılıb

posted in: Xəbər | 0

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama görə, sözügedən şəxslərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşları martın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb.

Maaş artımı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinə da şamil edilib. Prezidentin müvafiq sərəncamı ilə onların da aylıq əməkhaqları martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısı Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırığı verib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında kiçik dəyişiklik edib

posted in: Xəbər | 0
Ali Məhkəmənin Aparat rəhbəri və hakimlərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavələr veriləcək.

Ali Məhkəmənin sədrinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 100 faizi həcmində əlavə veriləcək.

Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında müvafiq dəyişiklik edib.

İndiyə qədər Ali Məhkəmənin sədrinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində əlavə verilib. Qərara əsasən bundan sonra Ali Məhkəmənin sədrinin müavinləri üçün nəzərdə tutulan xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində əlavə 50 faizə qaldırılıb. Eyni zamanda Ali Məhkəmənin Aparat rəhbərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində əlavə veriləcək. İndiyə qədər Ali Məhkəmənin Aparat rəhbərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavə verilməyib.

Dəyişiklikdə ilk dəfə olaraq Ali Məhkəmənin hakimlərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində əlavə verilməsi də əksini tapıb. Bundan əvvəl Ali Məhkəmənin hakimləri üçün xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavələr verilməyib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

18 yaşına çatmayan işçilərin hüquqları – Çoxumuz bunları bilmirik

posted in: Xəbər | 0

Mövzuya keçməzdən əvvəl bildirmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyası və Əmək Məcəlləsinə əsasən 15 yaşı olan hər bir fərd əmək qabiliyyətli hesab olunur və onların əmək fəaliyyətinə cəlb olunmasına icazə verilir.

Bəs 15 yaşına çatmayanlar?

İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000-1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3000-5000 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi qanunvericilik bu hissədə çox dəqiqdir.

Mövzu ilə əlaqədar ətraflı şəkildə 18 yaşı tamam olmayan işçilərin bilinməyən və ya az bilinən, lakin mütləq bilinməsi gərəkən hüquqlarını izah etməyə çalışacağıq.

Əvvəla bildirək ki, əksər müəssisələrin əmək müqaviləsində başlıca qeyd etdiyi sınaq müddəti şərti 18 yaşına çatmayan işçilərə aid edilmir.

Həmçinin yaşı 18-dən az olan işçilər işəgötürən tərəfindən attestasiya da oluna bilməzlər.

18 yaşına çatmayan işçilərin digər başlıca hüquqları aşağıdakı kimidir:

  • 16 yaşınadək işçilər üçün həftəlik 24 saat, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan çox olmayaraq iş saatı tətbiq edilməlidir.
  • Bu iş saatlarını nəzərə almaqla 18 yaşına çatmayan işçilər həm əsas, həm də əlavə iş yerlərində çalışa bilər və bu iş yerlərində iş saatının cəmi yuxarıda göstərilən müddətləri ötməməlidir.
  • Yaşı 16-dan az olan işçilərə 1 iş ili üzrə 42, 16 yaşdan 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir.
  • Bu kateqoriya işçilərin azyaşlı olması və ya peşə səviyyəsinin aşağı olması səbəbinə görə işə qəbulundan imtina qadağandır.
  • Əmək şəraiti ağır, zərərli işlər, yeraltı işlərdə, şaxta, tunellər, spirtli içki satan və ya daşınan, saxlanan, əxlaqi kamilliyə zərərli iş yerlərində, bar, kazino, gecə klublarında, həmçinin icbari ümumi orta təhsil almaq imkanından məhrum edən iş yerlərində çalışmaq bu kateqoriya işçilər üçün qadağandır.
  • yaşı 18-dən az olan işçilər mütləq tibbi müayinədən keçməklə işə qəbul olunur və 18 yaşı tamam olanadək hər il işəgötürənin hesabına tibbi müayinədən keçməlidir.
  • 16 yaşdan 18 yaşınadək kişi işçilər ümumi işlərlə yanaşı 15 kq-dan artıq yükü əl ilə daşımağa, 10 kq-dan artıq yükü 1.5 metr hündürlüyə qaldırmağa, xanım işçilər isə 10 kq-dan artıq yükü əl ilə daşımağa, 5 kq-dan artıq yükü 1.5 metr hündürlüyə qaldırmağa cəlb oluna bilməz.
  • 16 yaşdan 18 yaşınadək işçilər ümumiyyətlə bütün gün 10 kq-dan artıq yükün daşıma və qaldırılması işinə cəlb oluna bilməz.
  • yaşı 16-dan az olan xanım işçilər bütün iş günü yükün qaldırılma və daşınması işinə cəlb oluna bilməz.
  • yaşı 18-dən az olan işçi axşam saat 20:00-dan növbəti gün səhər 07:00-dək olan işlərə, iş vaxtından artıq işlərə, bayram və istirahət günü işləməyə cəlb edilə, həmçinin məzuniyyətə göndərilə bilməz.

Yekunda isə qeyd edək ki, yaşı 18-dən az olan işçilər qısaldılmış iş rejimində çalışsa da, əmək haqqı yaşlı işçilərlə gördükləri işə uyğun dərəcədə olmalı və onların əmək müqaviləsinə peşəkarlığına və ya ixtisasının kifayət dərəcədə olmadığına görə işəgötürən tərəfindən xitam verilə bilməz.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşinizi sürətləndirəcək klaviatura kombinasiyaları (1-ci hissə)

posted in: Xəbər | 0

Klaviaturada həyatınızı yüngülləşdirə biləcək kombinasiyalar!

Windows

  • Tez keçid düymələrini yaratmaq. Bundan ötrü mausun sağ düyməsi ilə ikon üzərinə basın, tez keçid üçün (bu sizin iş stolunuzda var (raboçiy stol) ) kombinasiyanı daxil edin. Misal üçün, Word proqramından ötrü Ctrl-Alt-W.
  • Pəncərələr arasında keçid. Alt-Tab – lazım olan pəncərəni seçin, bundan sonra düyməni buraxın. Və ya Windows düyməsini saxlayın, Tab üzərinə basın ki, panel üzərindəki tapşırıq düymələri üzərilə hərəkət edib, sizə lazım olan pəncərəni tapasınız, tapdıqdan sonra Enter düyməsini basın. İstənilən bu metodlardan birinə Shift düyməsini əlavə etsəniz, onda pəncərə seçimi əks istiqamətdə baş tutacaq.
  • İş sotoluna keçid: Windows – D düyməsi.
  • Kontekstli menyü. Mausun sağ düyməsinə basmaq əvəzinə Shift-F10 basın. Sonra ox işarəli düymələrin köməyilə menyünü aşağı-yuxarı  gəzdirin.
  • Söndürmək. Kompüteri tez söndürməkdən ötrü Windows, ardınca da U düymələrinə basın. Bu düymə ilə siz pauza vermək üçün S düyməsinə də basa bilərsiniz, U-ya söndürmək və ya R-ə isə restart üçün müraciət edə bilərsiniz.
  • Daha ümumi olanlar. Siz əlbəttə, bunları bilirsiniz, amma kompüterlə təzə işləməyə başlayanlar üçün ən məşhur kombinasiyaları xatırlatmaq lazımdır: Ctrl-O – açmaq, Ctrl-S – qoruma, Ctrl-N – yeni sənəd açmaq, Ctrl-W – pəncərəni bağlamaq, Ctrl-C – kopya etmək, Ctrl-V – yerləşdirmək, Ctrl-X – kəsmək. Ctrl-Z – ləğv etmək (geriyə), Ctrl-Y – qoymaq (irəli). MS Office-də dəyişdirmə buferinin məzmununu görmək üçün Ctrl-C düyməsinin üzərinə iki dəfə basmaq lazımdır. Ctrl-Home – sənədlərin başlanğıcına, Ctrl-End – isə sonuna keçid etmək üçündür.
  • Menyü. Siz Alt düyməsinə basdıqda menyu peyda olur, hansı ki, onunla ox işarələrindən istifadə etməklə işləmək lazımdır. Alt + işarəli hərf, menyünün hər bir varinatından istifadəni və ya sadəcə bu variant üçün daha sürətli istifadədən ötrü düymələri yadda saxlayır.
  • Windows (Explorer).  Windows-E – ilə Mənim kompüterim (Moy kompyuter) işə salınır.

Mac əməliyyat sistemi

  • Dock-a keçid: Option-Cmd-D – Dock-u göstərmək/gizlətmək.
  • Digərlərinin hamısını gizlətmək: Cmd-Option-H olduğunuz pəncərədən başqa yerdə qalanların hamısını gizlədir. Bu isə sizin ekranınızı yüngülləşdirir.
  • Pəncərəni bağlamaq: Cmd-W açıq olan fəal pəncərələri bağlayır. Option-Cmd- W isə qalan bütün açıq pəncərələri bağlayır.
  • Kataloqu genişləndirmək: Option-Cmd-ox işarəsi sağa – kataloqları və Finder siyahısındakı kataloq altlıqlarını genişləndirir.
  • İrəli və geri: Cmd-{ andCmd-}Finder, Safari və Firefox proqramları ilə işləyir.
  • Ekranı kopya etmək: Cmd-Shift-4 – seçilmiş ekran hissəsinin kopya olunması üçün sərhədləri müəyyənləşdirir.
  • Çıxış: Shift-Cmd-Q – çıxış 2 dəqiqədən sonra həyata keçir. Shift-Option-Cmd-Q – çıxışı dərhal təmin edir.
  • Zibil qutusunun təmizlənməsi: Shift-Cmd-Delete.
  • Safari-də yeni pəncərə: Cmd-T.
  • Yardım: Cmd-shift-?.
  • CD yüklənməsi. C üzərinə basın və işə düşmə anında (melodiyadan dərhal sonra) CD-ni yükləyin.
  • Başqa şöbədən yükləmə. Option-Cmd-Shift-delete – Cd və ya disk kimi digər şöbə tapılana qədər ilkin yükləməyə başlayır.
  • Əlavə məlumat. Cmd-Option-I əlavə məlumatla bağlı pəncərəni aşır, hansı ki, sizə bir pəncərədə çoxlu faylları və qovluqları görməyə imkan yaradır.
  • Yatan rejim, yenidən yükləmə və ya kompüterin söndürülməsi. Cmd-option-eject, Cmd-ctrl-eject və Cmd-Option-ctrl-eject.
  • Məcburi söndürmə: Cmd-opt-Esc.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.