“Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin qərarı

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 76
Bakı şəhəri, 6 mart 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17
oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi
orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi
orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi
sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə
Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına
köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişikliklər
edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1904) ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 3.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.6-cı yarımbənd əlavə edilsin:

   “3.2.6. məqsədli təqaüdlərin ödənilməsinə.”.

  1. 3.3-cü bənddə “faizi” sözü “faizinədək olan məbləği” sözləri ilə əvəz edilsin və həmin bənddən “(lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla)” sözləri çıxarılsın.

Azərbaycan Respublikasının
Baş naziri                               Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Google-da işlə bağlı qeyri-adi faktlar (4-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Google-da müntəzəm olaraq Elton John səviyyəli ulduzların konsertləri keçirilir.

Google fan-mağazasında bütün Silikon vadisində satılan ən yaxşı suvenirlər satılır: ən son dəb geyimlər, mexaniki, rəqs edə bilən robotlar və s.

Hər cümə günü Google-də ənənəvi əyləncə məclisləri təşkil edilir. Pivə və ya şərab bokalı arxasında əməkdaşlar həftə ərzində nələrə nail ola bildikləri ilə bağlı müzakirələr aparır, planlarını bir-birilə bölüşür və sadəcə boşboğazlıq edirlər.

Bütün bu səadətə baxmayaraq, hansı ki, Google əməkdaşlarını əhatə edir, iş prosesi zamanı yersiz həssaslığa yer yoxdur. Hər bir əməkdaşdan işə can yandırması və yalnız yaxşı nəticələrə nail olunması tələb edilir.

Proqramçılardan biri belə nəql edir ki, əgər kimsə özündə səmərəliliyi ehtiva edən hər hansı bir şifrə yaza bilirsə, rəhbərlik həmin şifrəni “emal edin” işarəsi ilə geri qaytarır. Çünki o, əhatəli təhlil aparmayacaq: bir elementə görə tərifləyib və izah etməyəcək ki, konkret olaraq nəyi isə düzəltmək lazımdır.  Təxmin edilir ki, öz şifrəsini necə ideal vəziyyətə sala biləcəyini hər bir əməkdaşın özü bilməlidir.

Əməkdaşlardan ötrü Google – iş deyil. Google – bu bir həyatdır.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Aİ yüksək texnologiyalı şirkətlərdən yeni vergi tutmaq niyyətindədir

posted in: Vergi, Xəbər | 0

Avropa İttifaqında yüksək texnologiyalı şirkətlər üçün 1%-dən 5%-ə qədər yeni verginin tətbiqi planlaşdırılır. “Reuters” agentliyinin yaydığı məlumata əsasən, bu vergi bütün dünya üzrə illik dövriyyəsi 579 milyon avrodan artıq olan, Avropada isə minimum 10 milyon təşkil edən korporasiyalar üçün nəzərdə tutulmuşdur.

Hazırda sənədin əhatə dairəsinə “Google”, “Amazon”, “Airbnb” və “Uber” kimi sərhədlər üzərindən fəaliyyət göstərən şirkətlər düşür. Bununla belə, yeni vergi öhdəliyi striminq xidmətləri göstərən şirkətlərə (“Netflix”), eləcə də online oyunlar, “bulud” texnologiyaları və ya informasiya texnologiyası hazırlayan müəssisələrə aid edilməyəcək.

Verginin hesablanması şirkətin ofisinin faktiki yerləşmə məkanında deyil, istifadəçilərin əsas seqmentinin harada yerləşməsindən asılı olacaq. Başqa sözlə desək, vergi reklamın harada göstərilməsinə, eləcə də reklam kontentinin tədarükçülərinin harada yerləşməsinə uyğun olaraq tutulacaq.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ƏDV bəyannaməsi: E-Qaimə yoxsa E-VHF tarixini əsas götürməli?

posted in: Vergi, Xəbər | 0

Sual: Təmsil etdiyim tikinti təşkilatı aprel ayı üçün təsdiq olunmuş aktlara əsasən görülmüş işlərə, göstərilmiş xidmətlərə görə elektron qaiməni 30 aprel 2017-ci il tarixinə təqdim etmişdir. Lakin elektron vergi hesab faktura 3 may 2017-ci il tarixinə təqdim edilmişdir. Belə olan təqdirdə təmsil etdiyim tikinti təşkilatı görülmüş işlərə, göstərilmiş xidmətlərə görə dövriyyəni hansı ay üçün nəzərə almalıdır? (aprel yoxsa may)

Cavab: Bildiririk ki, ƏDV tutulan əməliyyatın vaxtı sifarişçi müqavilə üzrə təqdim edilmiş malların, göstərilmiş xidmətlərin, görülmüş işlərin dəyərini 30 gün müddətində ödədikdə ödəmənin həyata keçirildiyi vaxt, 30 gündən gec ödədikdə malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildiyi halda isə malların, xidmətlərin, işlərin təhvil verilməsi tarixi hesab olunur.

Odur ki, aprel ayında tərəfinizdən görülmüş işlərin, göstərilmiş xidmətlərin dəyəri işlərin (xidmətlərin) təhvil verildiyi gündən 30 gün keçdikdən sonra ödənildikdə işlərin (xidmətlərin) təhvil verildiyi tarixdən (30.04.2017-ci ildən) 5 gün müddətində verilən elektron vergi hesab-fakturanın tarixi (03.05.2017-ci il) ƏDV vergi tutulan əməliyyatın vaxtı hesab olunur.

Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 166-cı və 176.3-cü maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.