Ödənişsiz məzuniyyət maksimum nə qədər ola bilər?

posted in: Xəbər | 0

Sual: Müәssisә rәhbәrliyi tәrәfindәn işçilәr uzun müddәtә ödәnişsiz mәzuniyyәtә göndәrilә bilәrmi?

Cavab: Kollektiv müqavilәlәrdә, belә müqavilәlәr bağlanmadığı hallarda әmәk müqavilәlәrindә nәzәrdә tutulan şәrtlәrlә vә qaydalarda, işin normal ahәngini pozan amillәr – tәbii fәlakәt, istehsalat qәzaları vә operativ surәtdә qarşısı alınmayan digәr hallar mövcud olduqda, işәgötürәnin tәqsiri olmadan istehsalın, axın xәttinin vә işin dayandırılması ilә әlaqәdar olaraq işçilәr qrup halında ödәnişli, yaxud ödәnişsiz mәzuniyyәtә buraxıla bilәrlәr. Bu halda ödәnişsiz mәzuniyyәtin müddәti, işçinin bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada müәyyәn edilmiş әsas mәzuniyyәtinin ikiillik müddәtinin cәmindәn çox olmamalıdır. İşәgötürәnin tәqsiri üzündәn istehsalın, axın xәttinin vә işin dayandırıldığı hallarda işçilәrin qrup halında ödәnişsiz mәzuniyyәtә buraxılması yolverilmәzdir. Bu hal işәgötürәnin tәqsiri üzündәn boşdayanma hesab edilir vә işçilәrә bu Mәcәllәnin 169-cu maddәsindә nәzәrdә tutulmuş mәblәğdә әmәk haqqı ödәnilir.

Mənbə: labourrights-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Çində ƏDV islahatı özünü doğruldub

posted in: Vergi, Xəbər | 0

Çin Xalq Respublikasının vergi administrasiyasının ictimaiyyət üçün açıqlamasında qeyd edilmişdir ki, mənfəət vergisinin əlavə dəyər vergisi ilə əvəz olunması sayəsində müəssisələr 2 trilyon yuan (317 milyard ABŞ dolları) məbləğində vəsaitə qənaət etmişlər.

Bundan əlavə, sahibkarlar və innovasiya şirkətləri üçün vergi güzəştləri 2017-ci ildə vergi yükünü daha 500 milyard yuan (79,4 milyard ABŞ dolları) azaltmışdır.

Vergi yığımındakı artım isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artmışdır.

Qeyd edək ki, Çində mənfəət vergisinin əlavə dəyər vergisi ilə əvəz olunması 2012-ci ildə pilot layihə kimi başlanılmış, 2016-cı ildən isə bütün ölkə ərazisində tətbiq edilmişdir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əməkdaşlara məxsus 68.500 manat pulu mənimsəyən Baş mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Tibb mərkəzinin mühasibi əməkdaşların 2 milyon rubldan çox pul vəsaitini mənimsəyib.

Kemerovo vilayətinin sakini, tibb mərkəzinin mühasibi əməkdaşlara ödənilməsi nəzərdə tutulan 2 milyon rubldan çox pulu öz şəxsi hesabına köçürüb.

Bu haqda Rusiya Federasiyası DİN-nin Krasnodar diyarı üzrə polis idarəsinin mətbuat xidməti məlumat verib. Belə ki, Rusiya DİN-nin Novorossiysk şəhəri üzrə polis idarəsinə şəhərdəki tibb mərkəzlərinin birindən müraciət daxil olub və bildirilib ki, audit yoxlaması keçirilərkən müsəssisədə 2 milyon 300 min rubl (təxminən 68.500 manat) çatışmazlıq aşkar olunub.

Keçirilmiş operativ yoxlama nəticəsində polis əməkdaşları müəyyən ediblər ki, pulların mənimsənilməsində təşkilatın Baş mühasibinin əli var. İstintaq versiyasına görə, qadın tibb mərkəzinin əməkdaşları üçün ayrılan əmək haqqını və ezamiyyə üçün ayrılan pul vəsaitlərini il ərzində qanunsuz olaraq öz şəxsi bank hesabına köçürüb. Qeyri-qanuni hərəkətlərini ört-basdır etməkdən ötrü sabiq Baş mühasib mühasibat proqramına düzgün olmayan məlumatlar daxil edib.

Cinayət əməli üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü hissəsi ilə – “Mənimsəmə və ya israfetmə” – cinayət işi qaldırılıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Özbəkistanda vergi orqanlarının səlahiyyətləri azaldılır

posted in: Vergi, Xəbər | 0

Dövlət başçısının «Sahibkarlıq fəaliyyətinin inkişafına dəstək sisteminin və biznes şəraitinin yaxşılaşdırılması ilə bağlı köklü təkmilləşdirmə tədbirləri haqqında» fərmanına əsasən, ölkənin Dövlət Vergi Komitəsi ticarət və xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsinə nəzarət funksiyasını yaxın zamanlarda itirə bilər. Sənəddə Vergi Komitəsi ilə yanaşı, bir sıra digər dövlət orqanlarının da səlahiyyətlərinin bir hissəsinin İstehlakçıların Hüquqlarını Mühafizə Agentliyinə verilməsi nəzərdə tutulur.

Hazırda ölkənin iqtisadi, o cümlədən vergi sistemində yeni islahatların aparılmasına başlanılmışdır. Baş Nazir Abdulla Aripovun rəhbərlik etdiyi xüsusi komissiya bu il aprelin 1-dək vergi və büdcə siyasətinin təkmilləşdirilməsi ilə bağlı Konsepsiya, iyulun 1-dək isə yeni redaksiyada Vergi Məcəlləsi layihəsinin hazırlanmasını başa çatdırmalıdır.

Bu sənədlərdə fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmlərinin sadələşdirilməsi, kiçik və iri biznes subyektləri üçün vergi yükünün maksimum cilalanmasına şərait yaradan metodların tətbiqi, ümumi vergi yükünün azaldılması, istehsal və xidmət sektorunun inkişafında vergilərin stimulverici rolunun gücləndirilməsi, qeyri-səmərəli vergi və yığımların ləğvi kimi məsələlərə yenidən baxmaq nəzərdə tutulur.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.