3 xarici şirkətin filialı və 17 şirkət ləğv olundu

posted in: Xəbər | 0

  • “ND Services” ( VÖEN: 1803024651) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov rayonu  ŞTQ, Muxtar Fətəliyev  prospekti, ev 31, mənzil 10 ünvanına bildirə bilərlər.
  • “Dəniz Yolu NMS” MMC  (VÖEN: 1602503721) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski, ev 94, mənzil 3 ünvanına bildirə bilərlər.
  • “MƏKKƏ” MMC (VÖEN: 1400179611) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, M.Rəfili  küçəsi, ev 9, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “MOBİCLEAN” MMC (VÖEN: 1700959791) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,Səbayıl rayonu, Neftçilər prospekti, ev 83, mənzil 34  ünvanına bildirə bilərlər.
  • “BECOM” MMC (VÖEN: 9900082831)  ləğv olunduğunu elan  edir. Kreditorlar tələblərini Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 9, mənzil  3 ünvanına bildirə bilərlər.
  • “HİCOM” MMC (VÖEN: 9900082701) )  ləğv olunduğunu elan  edir. Kreditorlar  tələblərini Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 9, mənzil  3 ünvanına bildirə bilərlər.
  • “GE GRİD GMBH” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1302679451) 20 yanvar 2018-ci il tarixli qərarı ilə fəaliyyətinə xitam verildiyini və bununla əlaqədar  ləğv edildiyini elan edir. Bütün tələblər, bildirişlər, iddialar yaxud sorğular Filialın kreditorları tərəfindən birinci elan dərc edildiyi gündən  iki ay ərzində  Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanına bildirə bilərlər.
  • “Kristal – EL “ MMC (VÖEN: 1303507171) ləğv olunduğunu elan  edir.Kreditorlar  iki ay ərzində tələblərini Bakı şəhəri, Yasaml rayonu, General A. Abbasov küçəsi, ev 16, mənzil 20 ünvanına bildirə bilərlər.
  • “Pedaqogika nəşriyyatı” (VÖEN: 1400160101) ləğv olunduğunu elan  edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova, ev 195, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “AZƏRİ-HS” MMC (VÖEN: 5500312861) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini İmişli şəhəri, T.İsmayılov, ev 30 ünvanına bildirə bilərlər.
  • “HORVATH  MAK” şirkətinin Azərbaycan Respublikasindakı filialı (VÖEN: 1400636741) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, mənzil 42 ünvanına bildirə bilərlər.
  • “Bayholding  İnvestment  Limited” Şirkətinin Nümayəndəliyi (VÖEN: 9900015821) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı şəhəri, Səbayıl rayonu, Mehdi Hüseyn küçəsi, ev 6 ünvanına bildirə bilərlər.
  • “Rauche Medikal” MMC (VÖEN: 1400952181) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 43, mənzil 31 ünvanına bildirə bilərlər.
  • “Caspian Corrosion” MMC ( VÖEN: 1701380301) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi,  ev 41, mənzil 75 ünvanına bildirə bilərlər.
  • “LEDGER” MMC (VÖEN: 1503722941) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı şəhəri, N. Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev, mənzil 27 ünvanına bildirə bilərlər.
  • “Dekon-TT”  MMC  (VÖEN: 2904546251)  ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 54 ünvanına bildirə bilərlər.
  • “REFLEX İNŞAAT” MMC  (VÖEN: 2904546381) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 54 ünvanına bildirə bilərlər.
  • “ADLER-LM” MMC (VÖEN: 2904546121) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 54 ünvanına bildirə bilərlər.
  • “BEKLER-TT” MMC (VÖEN: 2904546401) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 54 ünvanına bildirə bilərlər.
  • “BEKLER-LM” MMC (VÖEN: 2904546531) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 10/27a, mənzil 54 ünvanına bildirə bilərlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İstehsalat təqvimi dəyişildi – Yeni təqvim!

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar 2018-ci il üçün iş vaxtı normasının təshih edilməsi haqqında məlumat

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi barədə sərəncam verilmişdir.
Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilərək aprel və oktyabr aylarının aylıq iş vaxtı norması təshih olunacaqdır.
Faylı yükləyin: [Download not found]

 

AZƏRBAYCAN RESPUBLİKASININ
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
KOLLEGİYASI

QƏRAR

№ 18

 20 dekabr  2017-ci il

2018-ci il üçün

İŞ  VAXTININ  NORMASI

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar

Yeni il bayramı;

20 yanvar

Ümumxalq hüzn günü;

8  mart

Qadınlar günü;

20, 21 , 22, 23, 24 mart

Novruz bayramı;

9 may

Faşizm üzərində qələbə günü;

28 may

Respublika günü;

15 iyun

Azərbaycan xalqının milli qurtuluş  günü;

15,16 iyun

Ramazan  bayramı;

26 iyun

Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

22, 23 avqust

Qurban bayramı;

9  noyabr

Azərbaycan Respublikasının Dövlət  bayrağı günü;

31 dekabr

Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının milli qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun  tarixləri  istirahət günləridir.

2018-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına və “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə” Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 2018-ci il 6 fevral tarixli 1/1 nömrəli Qərarına əsasən 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır.

2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 7-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı, 1-i səsvermə qabağı iş günləridir), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan, 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşməsinə görə verilən istirahət günü), iş günü hesab edilməyən 17 bayram (2-si istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə və 1 Ümumxalq hüzn günü vardır (241+108+17+1+1-3 = 365).

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2018-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təşkil edir (232 x 8 + 9 x 7 = 1919 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq  tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2018-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1919 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Faylı yükləyin:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında” 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2018-ci il 07 fevral tarixli 3 nömrəli Qərarı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli Qərarı

Mənbə: www.mlspp.gov.az

Cəmi 50 manata “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqi” movsuzunda təlim

posted in: Maliyyə, Xəbər | 0

“Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda keçirilən təlim.

Hörmətli həmkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2018-ci il 19 – 23 fevral tarixlərində saat 10:00-12.00 arası “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda keçirilən təlimin üçüncü mərhələsinə start verilir.

 Təlimdə iştirak qaydaları:

 Təlim ASK üzvləri üçün ödənişsizdir. Qeyri üzvlər üçün ödəniş 50 (əlli) manat məbləğində olacaqdır.

 ASK üzvləri təlimdə iştirak haqqında təsdiq maili ilə məlumatlandırılacaqlar. Əlavədə təlim proqramı ilə tanış ola bilərsiniz.

 Təlimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır.

https://ask10.typeform.com/to/Maz15S

 Təlimin keçirildiyi ünvan: ASK ofisi, Ak. Həsən Əliyev küç., 57

Qeyri üzvlər ödənişi təsdiq edən sənədi mail olaraq öncədən təqdim etməlidirlər.

 Ödəniş aşağıda qeyd olunan hesaba köçürülməlidir:

Azərbaycan Beynəlxalq Bankı
Xətai  filiali

 

H/H:AZ20IBAZ3806001 944 9555144 215

Kod: 805625

VÖEN: 1500284011

Bankın rekvizitləri

Adı:ABB Xətai  filiali

Kod: 805625

VÖEN: 9900001881

М/H: AZ03NABZ01350100000000002944

  1. .I.F.T. : İBAZАZ2Х

Hörmətlə,

Elmira Balıyeva

Azərbaycan Sahibkarlar Konfederasiyası

Dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsi

Tel: (994 12) 465 72 42

Aytən Seyidəliyeva

Azərbaycan Respublikasının Auditorlar Palatası

Kadr hazırlığı şöbəsinin müdür müavini

Tel: (994 12) 564 80 62

(994 55) 866 44 29

“Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” qanunda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 28
Bakı şəhəri, 2 fevral 2018-ci il
“Azərbaycan Respublikasında minimum istehlak səbətinin
tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli
qərarında dəyişiklik edilməsi barədə

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 837-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 dekabr tarixli 3446 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 554; 2009, № 4, maddə 292; 2014, № 2, maddə 201, № 6, maddə 737; 2016, № 5, maddə 955) 2-ci hissəsində “elmi idarə və müəssisələri” sözləri “elmi müəssisə və təşkilatları” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                           Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.