“Airbnb” Fransada turistlərə aid vergi ödənişlərini ikiqat artıracaq

posted in: Vergi, Xəbər | 0

Daşınmaz əmlakın icarəsi sahəsində ixtisaslaşmış “Airbnb” internet platforması tərəfindən bildirilmişdir ki, Fransanın bütün şəhərlərində turistlərin yerləşdirilməsi üzrə 13,5 milyon avro məbləğində vergi ödəyəcək ki, bu da keçən il ödənilmiş məbləğdən iki dəfə artıqdır.

Bildirilmişdir ki, şirkət Fransada turistlərdən avtomatik vergi yığımının və website üzərindən mənzillərin əvvəlcədən sifarişi üçün pul ödənişlərinin əhatə dairəsini bu il genişləndirərək 15 min bələdiyyəyə çatdıracaq və bununla da yerli idarəetmə orqanları üçün böyük maliyyə töhfəsi verən ilk internet platforması olacaq. Şirkətdən verilən məlumata görə, bu il “Airbnb” Paris şəhərinin bələdiyyəsinə daha çox turist vergisi köçürəcək – 6,9 milyon avro.

Keçən il “Airbnb” məlumat yaymışdı ki, 2017-ci ilin may ayının 1-dək şirkət bütün dünya üzrə 275 yurisdiksiya ilə müqavilə imzalayaraq ümumilikdə 240 milyon dollardan artıq turist vergisi və istehlak vergisi köçürüb.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

100 illiyin Mühasibi – Ödənişsiz Mühasibat Tədris Təcrübə layihəsi!

posted in: muhasibat, Xəbər | 0

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixində imzaladığı Sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 – cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərə öz töhfələrini vermək məqsədi ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və  Mühasibat.Az  “100 illiyin Mühasibi” layihəsini ərsəyə gətirdilər.

Layihə haqqında ətraflı məlumat:

Layihə çərçivəsində 5 mühasib 5 ay ərzində ödənişsiz olaraq həm təlim, həm praktiki təcrübə keçmək imkanı qazanacaqlar. Namizədlər sırasından test və müsahibə əsasında 5 nəfər seçilərək, 5 ay müddətində təlim (Maliyyə Elm-Tədris Mərkəzi – 3 ay) və praktiki təcrübə (Mühasibat.Az – 2 ay) keçəcəklər. Layihənin sonunda iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir. Göstərdikləri nəticələrdən asılı olaraq, layihə iştirakçılarından birinci yerin sahibi layihə başa çatdıqda işlə təmin olunacaq. Digər 4 iştirakçı isə layihəni uğurla bitirdikləri halda işlə təmin olunması üçün əməkdaşlıq etdiyimiz şirkətlərə tövsiyyə ediləcəkdir. Layihə 01.03.2018 – 01.08.2018 tarixləri ərzində baş tutacaqdır.

 İştirakçılara dair tələblər:

  • Mühasibat uçotu və audit ixtisas üzrə 4-cü kurs tələbələri və ya həmin ixtisas üzrə ali təhsilini bitirmiş şəxslər;
  • Komandada işləmək bacarığı;
  • İntizamlılıq və məsuliyyətlilik.
  • Bu sosial layihədən daha çox insanın məlumatlı olması üçün postu paylaşmalı və 3 nəfər mühasibat uçotu sahəsində təhsil almış dostunu işarələməli (tag).

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər özləri haqqında məlumatı 19 fevral 2018-ci il tarixinə qədər elektron ünvanlarına göndərmələri xahiş olunur. Mövzu yerinə “100 illiyin mühasibi” qeyd etməyi unutmayın.

Əlaqə vasitələri:

Telefon: +994 (012) 404-81-59; +994 (012) 598-20-70

E-mail:

Website: www.tedris-maliyye.gov.az 

www.muhasibat.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Malların təsərrüfatdaxili yerdəyişməsini necə rəsmiləşdirməli?

posted in: Vergi, Xəbər | 0

Sual: Məhsulların istehsalını və satışını həyata keçirən müəssisə tərəfindən həmin məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdirilməlidir?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.5-ci bəndinə əsasən, pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

Qeyd olunanlara əsasən:

İstehsalçı müəssisə tərəfindən istehsal olunan məhsulların özünəməxsus təsərrüfat obyektlərində (subyektlərində) pərakəndə qaydada satışının həyata keçirilməsi məqsədilə həmin məhsulların istehsal müəssisəsindən pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə rəsmiləşdirilir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

IFRS 9-un tətbiqinin praktik aspektlərinə dair təqdimat keçirilib

posted in: Xəbər | 0

7 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə bank nümayəndələri üçün “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9-un tətbiqinin praktik aspektləri”nə (IFRS 9) dair təqdimat keçirilib.

Tədbirdə ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların nümayəndələri iştirak ediblər.

“Ernst&Young “şirkətinin təmsilçisi tərəfindən keçirilən təqdimatda IFRS 9-un praktik aspektləri ilə bağlı məlumat verilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Mənbə: bbn.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.