Mühasiblər haqqında maraqlı lətifələr (8-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

– Bizim mühasib hara yoxa çıxıb?

– Şef, o kazinoya gedib!

– Ola bilməz! İş vaxtı?

– Hə. Şef. Axı, bu, illik balansı yola vermək üçün yeganə şansdır!

 

Axşam işdən sonra mühasib spirtli içki içir və elə stol arxasında yatıb qalır. Səhər yuxudan oyanır – başı möhkəm ağrıyır! Gözü stolun üzərində axşam oynadığı preferans oyununun nəticələri qeyd olunmuş rəqəmlərə sataşır və deyir:

– İlahi! Otuz ildir mühasib işləyirəm ilk dəfədir ki, dördtərəfli balans görürürəm!

 

Bankda işə düzəlmək istəyən şəxs ora gəlir

– Eşitmişəm yeni mühasib axtarırsınız:

– Hə, elədir və köhnə mühasibi də həmçinin… ….Ələ keçirsək öldürəcəyik əclafı..

 

Mühasibatlığa bir kişi daxil olur və soruşur:

– Söyləyin, əmək haqqı burada verilir?

– Bəli, burada verilir.

– Salam, mənim soyadım Yekundur.

 

Müəssisədə vergi yoxlaması həyata keçirilir. Hər şey düzdür, heç nəyə irad tutmaq mümkün deyil. Mühasib buna çox sevinir. Vergi müfəttişi də həmçinin: –

– Siz cərimə olunursunuz!

– Axı, niyə? Elə indi özünüz dediniz ki, hər şey düzgündür.

– Vergi müfəttişliyini ələ saldığınıza görə.

Məqalənin 7-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Digər məqalələrimizi bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat uçotunu öyrənənlərin bilməli olduğu əsas terminlər (5-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Yazışma hesabları – ikili qeydiyyat metodu zamanı hesablar arasında qarşılıqlı əlaqə zamanı ortaya çıxır.

Kredit – mühasibat uçotunun bir hissəsi (sağdakı hissə), hansı ki, öhdəliklərlə bağlı hesabların artımını, aktivlərlə bağlı hissənin isə azalmasını göstərir.

Kreditorlar – müəssisənin borclu olduğu hüquqi və fiziki şəxslər.

Kreditor borcu – müəssisənin digər təşkilatalara və ya fiziki şəxslərə borcu.

Klirinq – mallara, qiymətli kağızlara və xidmətlərə görə banklar və dövlət arasında qarşılıqlı öhdəliklər üzrə nağdsiz hesablaşma sistemi.

LIFO  – (Last In, First Out, «axırda gəlib — birinci getmək») – mühasibat uçotunda maddi-material ehtiyatları üzrə üsul, daxil olan və ya hazırlanan məhsul dəstinin son qiymət üzrə dəyərləndirilməsi.

Mühasibat uçotunun beynəlxalq standartları – beynəlxalq təşkilatlar tərəfindən yüksək peşəkarlıqla işlənib hazırlanmış mühasibat uçotuna dair qaydalar külliyyatı, metod və üsullar.

Əlavə dəyər vergisi (ƏDV) – mallara, iş və xidmətlərə tətbiq edilən dolayısı vergi, hansı ki, istehsalın hər mərhələsi və məhsulun satışı bundan ötrü baza rolunu oynayır.

Qeyri-maddi aktivlər – uzunmüddətli istifadə olunan (bir ildən artıq) obyektlər pullla dəyərləndirilirlər və gəlir gətirirlər, amma müəssisə üçün maddi dəyər təşkil etmirlər.

Qeyri-rezidentlər – ölkə ərazisində daimi yaşamayan (o cümlədən müvəqqəti yaşayan) fiziki şəxslər, eləcə də beynəlxalq təşkilatlar, onların filialları və nümayəndəlikləri.

Netto – malın qablaşdırılma qutusuz çəkisi.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Digər məqalələrimizi bu linkə daxil olaraq oxuya bilərsiniz.

Sahibkarlığın yeni təsnifatı hansı dəyişikliklərə səbəb olacaq

posted in: Xəbər | 0

Sahibkarların təsnifatı yeni prinsiplə aparılacaq.

Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna dəyişikliklə bağlı fərman imzalayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanuna dəyişiklikləri şərh edərkən bildirib ki, əsas məqsəd sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin artırılması, hər bir növ sahibkarlıq subyektinin ayrı-ayrılıqda dəstəklənməsinə nail olmaqdır: “Sahibkarlıq subyektlərinin fərqləndirilməsi ünvanlılığa səbəb olmaqla sahibkarlarla işin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Yeni qanun sahibkarlıq subyeklərinə dövlət dəstəyinin səmərəliliyini artıracaq, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri ilə müvafiq qurumlar arasında əlaqənin müasir meyarlar əsasında qurulmasına şərait yaradacaq”.

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, yeni yanaşma sahibkarlarla işin qurulmasında diferensiallığı artıracaq, dövlət dəstəyindən və güzəştlərdən istifadə zamanı konkretliyi təmin edəcək: “Nazirlər Kabinetinin təsnifatına uyğub olaraq kiçik və orta müəssisələr üçün həm dövriyyə, həm də işçilərin sayına uyğun olaraq fərqləndirmələr həyata keçirilirdi. Kiçik və orta müəssisələr sadələşdirilmiş vergi subyekti kimi vergi güzəştlərindən istifadə etmək hüququna malik idilər. Sadələşdirilmiş vergi subyektləri Bakıda fəaliyyət göstərdikləri halda, dövriyyənin 4%-i, rayonlarda isə dövriyyənin 2%-i həcmində vergi ödəyirdilər. Sadələşdirilmiş vergi subyektlərinin dövriyyəsi 200 min manatdan çox olduqda isə onlar sadələşdirilmiş vergi subyektləri deyil, daha iri və ya əlavə dəyər vergisi ödəyicisi hesab edilirdilər. Bu sıraya mikro sahibkarların əlavə edilməsinə ehtiyac var idi. Beləliklə, yeni dəyişikliklər həmin qrupa aid sahibkarlarla bağlı mürəkkəbliyi aradan qaldıracaq”.

Ekspertin fikrincə, qanuna edilmiş dəyişikliklər sahibkarlıqla bağlı son dövrlərdə aparılan institusional islahatların tələblərinə uyğun bəzi məsələlərin də həllini tapmasına kömək edəcək: “Bir müddət əvvəl Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, eləcə də Kreditlərə Zəmanət Fondu yaradılıb. Təhlillər göstərir ki, sadələşdirilmiş vergi subyektləri, yaxud kiçik və orta sahibkarlar vergi güzəştlərindən istifadə etsələr də, onların, xüsusən də mikro sahibkarların kredit resurslarına çıxış imkanları məhduddur. Bu kateqoriyaya aid sahibkarlar girov təklif edə bilmədikləri üçün Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən faydalana bilmirdilər. Nəticədə, xüsusən də daha kiçik sahibkarlıq subyektləri həm kreditlərə, həm də bazara çıxış imkanları baxımından çətinliklərlə üzləşirdilər. Sahibkarların qruplara ayrılması və mikro sahibkarlığın fərqləndirilməsi artıq onların bu cür problemlərinin həllinə imkan verəcək. Dövlət onların ayrıca dəstəklənməsinə geniş şərait yaradacaq”.

İqtisadçı Radi Fətullayev də o fikirdədir ki, indiyədək sahibkarların konkret meyarlara bölünməməsi dövlət tərəfindən verilən maliyyə güzəştləri, digər imtiyazlar zamanı bir sıra hallarda problemlərə gətirib çıxarırdı ki, kiçik sahibkarlar ümumi sahibkarlığa dəstək tədbirləri sırasında diqqətdən kənarda qalırdı. Yeni meyarlar isə artıq bu cür pərakəndəliyi aradan qaldıracaq, hər bir sahibkarlıq subyektinə fərdi yanaşmaq mümkün olacaq.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rusiyada sabiq Baş mühasib mühakimə olundu

posted in: Xəbər | 0

Aviasiyaya Dövlət Nəzarəti Idarəsinin sabiq Baş mühasibi dələduzluğa görə mühakimə olundu.

Aviasiyaya dövlət nəzarəti idarəsinin keçmiş baş mühasibi Lyudmila Mozolyeva dələduzluqda ittiham olunaraq, iki il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb. Bu haqda 2018-ci il yanvarın 31-də Peterburq məhkəmələrinin birləşmiş mətbuat-xidməti məlumat verib. Belə ki, Sankt-Peterburqun Oktyabrskiy rayon məhkəməsi dələduzluqda ittiham edilən Lyudmila Mozolyeva barəsində hökmü elan edib.  Məhkəmə istintaqı zamanı məlum olub ki, sözügedən idarənin maliyyə-iqtisadi şöbəsinin rəisi və baş mühasibi işləyən Mozolyeva, faktiki fəaliyyət göstərməyən bir şirkətlə tərəfdaşlıq edib. O, saxta sənədlər tərtib edərək proqram təminatına görə, həmin fəaliyyətsiz şirkətə müəyyən məbləğlərdə pul köçürmələri edib. İşlədiyi dövlət nəzarəti idarəsində isə proqram təminatı ilə bağlı hər hansı bir iş görülməyib. Beləliklə, bu yolla aviasiyaya dövlət nəzarəti idarəsindən 400 000 rubl pul oğurlanıb. Sabiq baş mühasib öz təqsirini etiraf edib və məhkəmə onun barəsində iki il müddətində şərti azadlıqdan məhrumetmə ilə bağlı hökm çıxarıb. Qadının barəsində iki il ərzində sınaq müddəti təyin edilib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.