Əmək müqaviləsi bildirişləri ilə bağlı 2,8 milyon müraciət olub

posted in: Xəbər | 0

Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə əvvəlki illə müqayisədə 42,6% çox olmaqla 9 mln. 340 min 808 dəfə müraciət edilib.

Bu göstərici ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ildə “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub.

Ötən il portala müraciətlərin 40,6%-ni məhz əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə yönələn müraciətlər təşkil edib.

2017-ci ildə nazirliyin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti yüksək istifadə göstəricisi ilə seçilən e-xidmətlərdən olub. Keçən il bu e-xidmətə 1 053 700 dəfə müraciətin qeydə alınması onun ictimai əhəmiyyətindən, sığortaedənlərin maraq dairəsində olmasından xəbər verir. Həmçinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (2 825 065 müraciət), “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (526 272 müraciət), “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (481 915 müraciət), “İş yerinə dair arayış” (337 749 müraciət), “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (297 939 müraciət), “Sığortaolunanın onlayn uçota alınması” (256 709 müraciət) və s. e-xidmətləri geniş istifadə olunan e-xidmətlər sırasında olublar.

“Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”,  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”,  “Sığortaolunanlara məlumatların verilməsi” və digər e-xidmətlərə də 2017-ci il ərzində böyük maraq müşahidə edilib.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın elektron xidməti vətəndaşların istifadəsindədir. Qarşıdakı dövrdə nazirliyin fəaliyyət sahələri üzrə yeni avtomatlaşdırılmış sistemlərin yaradılması nəzərdə tutulur ki, bu da göstərilən e-xidmətlərin sayının daha da artmasına imkan verəcək.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarında kiçik dəyişiklik edilib

posted in: Müavinət, Xəbər | 0
“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 607
Bakı şəhəri, 28 dekabr 2017-ci il
“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-
ci il 21 sentyabr tarixli 311 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, №7, maddə 1343, №11, maddə 1977) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənddən “və işsizlik müavinəti” sözləri çıxarılsın;
1.2. 1.2-ci bənd ləğv edilsin.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                  Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək kitabçasının forması və tərtibi Qaydalarında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

 

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 602
Bakı şəhəri, 28 dekabr 2017-ci il
“İşçilərin əmək kitabçasının forması və onun tərtibi
Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli
qərarında dəyişikliklər edilməsi haqqında

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2a bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci abzasda “işsizlik müavinətləri alanlar üçün isə işsizlik müavinətinin ödənilməsinin başlanması, dayandırılması və başa çatdırılması” sözləri “işsizlikdən sığorta ödənişi alanlar üçün isə sığorta ödənişinin başlanması və dayandırılması” sözləri ilə əvəz edilsin;
1.2. üçüncü abzasda “işsizlik müavinəti alanlar üçün isə – müavinətin təyin edilməsi, ödənilməsinin dayandırılması və başa çatması” sözləri “işsizlikdən sığorta ödənişi alanlar üçün isə – sığorta ödənişinin təyin edilməsi və ödənilməsinin dayandırılması” sözləri ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                                                     Artur Rasi-zadə

 

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

19 manata professional excel təlimi

posted in: Excel, Xəbər | 0

Sadəcə 19 manat ödəməklə başlanğıc səviyyədən yüksək səviyyəyə qədər professional şəkildə excel təlimi keçə bilərsiniz. Bu imkanı sizin üçün Udemy saytı yaradır. Dərslər isə San Fransiskoda təhsil almış, Microsoft Sertifikatına sahib və 10 ildən artıq təcrübəsi olan Kyle Pew tərəfindən tədris olunur. Əgər siz Excel biliklərinizi başlanğıc səviyyədən yüksəyə və daha da irəliyə aparmaq istəyirsinizsə, onda bu kurs sizin üçündür. Bəs onda nə gözləyirsiniz? Elə indi linkə daxil olaraq qeydiyyatdan keçin və videoları izləyin.

Nə öyrənəcəksiniz?

  • Başlanğıc səviyyədən yüksək səviyyəyə doğru excel;
  • Ən çox istifadə olunan Excel funksiyaları;
  • Microsoft Excel əsasları haqqında təməl biliklərin yaranması;
  • Macros və VBA vasitəsilə gündəlik işlərinizi avtomatlaşdıraraq Microsoft Excel-in tam gücündən istifadə etmək;
  • Ən populyar alətlərdən olan PivotTables vasitəsilə, dinamik hesabatlar hazırlamaq;
  • IF, VLOOKUP, INDEX, MATCH kimi dinamik funksiyaların kilidini açaraq müdirinizi heyrətləndirmək.

Bu kurs Excel 2013 ilə yaradılmışdır. Lakin bütün xüsusiyyətlər Excel 2010, 2016-da işləyəcək. Ən çox da Excel 2007-də.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.