Auditorlar barədə lətifələr (1-ci hissə)

posted in: Audit, Məqalə, Xəbər | 0

Sirkdə arenaya atlet çıxır. Ağır girləri atıb-tutur, dəmir çubuqları əlləri ilə əyir və s. hərəkətlər edir. Sonra aparıcı çıxaraq ona sıxmaq üçün bir limon verir. Atlet limonu da sıxır.

Aparıcı üzünü zala tutub deyir:

– Kim bu limondan bir damcı da olsa şirə sıxıb çıxara bilsə, ona min rubl pul veriləcək!

Zalda sükut hökm sürür.

– Beş min rubl mükafat veriləcək!!!

Bu zaman 80 yaşlarında bir arıq kişi arenaya qalxır və limonun şirəsini stəkana sıxır. Zaldakılar şokdadır, atlet isə az qala özündən gedib…

Aparıcı:

– Siz buna necə nail oldunuz???

– Mən bütün ömrüm boyu vergi müfəttişi işləmişəm…

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarında kiçik dəyişiklik edilib

posted in: Müavinət, Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 605
Bakı şəhəri, 28 dekabr 2017-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il
24 may tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqqı
ödənilən ictimai işlərin təşkili Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bəndə “işaxtaran” sözündən sonra “və ya işsiz” sözləri əlavə edilsin;
1.2. 2.7-ci bənd üzrə:
1.2.1. birinci hissənin ikinci cümləsində “işsizlik müavinəti (təqaüd)” sözləri “işsizlikdən sığorta ödənişi” sözləri ilə əvəz edilsin;

1.2.2. ikinci hissəyə “Əmək qanunvericiliyi” sözlərindən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilsin və həmin hissədən “, habelə işsizlik müavinəti almaq hüququ” sözləri çıxarılsın;
1.3. 3.1-ci bənddə “dövlət büdcəsinin vəsaitinin cəlb edilməsi” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr” sözləri ilə əvəz edilsin;
1.4. 3.2-ci bənd ləğv edilsin;
1.5. 3.3-cü bənddə “İctimai işlərin görülməsi üçün dövlət büdcəsinin vəsaitinin cəlb edildiyi hallarda” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr hesabına” sözləri ilə əvəz edilsin;
1.6. Qaydalara əlavə – “Ərazi məşğulluq proqramına uyğun
______rayonu (şəhəri) üzrə görülmüş haqqı ödənilən ictimai işlər barədə aylıq arayış”ın cədvəlində “Ümumi işin həcmində dotasiyanın ödənilən hissəsi” sütunu ləğv edilsin.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                     Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşsizlik müavinətinin minimum məbləğinin təsdiq edilməsi qərarında kiçik dəyişiklik edilib

posted in: Müavinət, Xəbər | 0

 

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 606
Bakı şəhəri, 28 dekabr 2017-ci il
“İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və
ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün
minimum məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86
nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 501; 2005, № 12, maddə 1223; 2008, № 10, maddə 938; 2011, № 5, maddə 449; 2016, № 2 (II kitab), maddə 374) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədən “İşsizlik müavinətinin minimum məbləği 75 (yetmiş beş) manat və” sözləri çıxarılsın;

1.2. 2-ci hissədə “İşsizlik müavinətinin və peşə” sözləri “Peşə” sözü ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda auditor xidmətləri bazarı təhlil olunacaq

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının  Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir.

2017-ci il 29 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Auditor xidmətinin keyfiyyətinə kənar nəzarətin aparılması və onun nəticələrinə dair icmalın hazırlanması barədə;

2. Auditor xidmətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi barədə;

3. Məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi barədə;

4. Azərbaycanda auditor xidməti bazarının təhlili barədə.

Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır. Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə ölkədə auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq, onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.