İşsizlik müavinəti ləğv edildi

posted in: Müavinət, Xəbər | 0

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarları ləğv edilib.

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 608

Bakı şəhəri, 28 dekabr 2017-ci il

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 675-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 13 iyun tarixli 2980 nömrəli Sərəncamının 1.2-ci bəndinin və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765- VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 90; 2011, № 5, maddə 449; 2017, № 4, maddə 620, № 5, maddə 999) ləğv edilsin.

2. “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 76 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 313; 2004, № 9, maddə 750; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2012, № 2, maddə 179; 2014, № 6, maddə 747; 2016, № 7, maddə 1339, № 11, maddə 1976; 2017, № 3, maddə 500) ləğv edilsin.
3. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                                                                Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Azərbaycanda 18 şirkətin əmlakı qiymətləndiriləcək

posted in: Xəbər | 0

“Azərbaycan Sənaye Korporasiyası” ASC 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədi ilə tender elan edib.

Tender 5  lot üzrə keçirilir.

Tenderə əsasən, “Aqroinvestkom” MMC, “İnter Tobakko” MMC, “Şəki-İpək” ASC, “Şəki Aqro İndastriz” MMC, “Kainat” ASC, “Pərvanə” MMC, BOT MMC, “İnter Textile” ASC, “Mingəçevir İzolit” ASC, “Şəki Kərpic” MMC, “Azəralüminium” ASC, “Bakı Glass” MMC, “Ceneral Konstrakşn” MMC, “Steel Structures” MMC, “İnter Peşəkar İdman Klubu” MMC, “CTS Agro” MMC, “Det-Al Alüminium” MMC və “Det-Al Metal DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinin əmlakları qiymətləndiriləcək.

Tenderdə hər bir lot üzrə iştirak haqqı 300  manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə maliyyə və şirkətlərin əmlakının qiymətləndirilməsi sahəsində təcrübəyə malik hüquqi şəxslər iştirak edə bilərlər. Tenderdə iştirak etmək üçün iddiaçılar müvafiq sənədləri yazılı surətdə təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 fevral 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə 26 fevral 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 27 fevral 2018-ci il saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C nömrəli ünvanda açılacaq.

Qeyd edək ki, prezident İlham Əliyev ötən il noyabrın 6-da “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASK ASC) yaradılması haqqında fərman imzalayıb. Səhmləri dövlətə məxsus olan ASK ASC dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Ötən ilin dekabrın 4-də prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Eyni zamanda, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının “Azərbaycan Beynəlxalq Bankı”ndan aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə verilib. “Azərbaycan Sənaye Korporasiyası” 500 mln. manatlıq kapitalla fəaliyyətə başlayacaq.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rusiyada banklar iki qrupa bölünəcək

posted in: Xəbər | 0

Bu ildən Rusiyada fəaliyyət göstərən banklar malik olduqları kapitalın məbləğinə görə iki qrupa bölünəcək.

Bu iş Rusiya Bankının (Mərkəzi Bank) ölkədə çoxsəviyyəli bank sisteminin yaradılmasına dair ötən il müəyyən etdiyi plana uyğun olaraq həyata keçiriləcək və ilin sonuna qədər yekunlaşdırılacaq.

Plana əsasən, kapitalı azı 300 mln. rubl (təxminən 9 mln. manat) qədər olan banklara baza lisenziyalı kredit təşkilatı, kapitalı azı 1 mlrd. rubl (təxminən 30 mln. manat) olan banklara isə universal bank statusu veriləcək. Bununla belə, banklar gələcəkdə kapitalın məbləğindən asılı olaraq statuslarını dəyişə biləcəklər.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Əmək qanunvericiliyi və kadr işinin praktik təşkili” üzrə təlim

posted in: Xəbər | 0

Maliyyə Elm-Tədris Mərkəzi insan resursları üzrə karyeralarını qurmaq istəyən şəxsləri “Əmək qanunvericiliyi və kadr işinin praktik təşkili” üzrə təlimlərə dəvət edir.

Bu proqram Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun qurularaq, ölkənin əmək qanunvericiliyi (zərurət yaranarsa dövlət qulluğu qanunvericiliyi) sistemini, ondan irəli gələn tələbləri, əmək münasibətlərinin yaranmasını, rəsmiləşdirilməsini, kadr işinin praktiki formada izahını özündə əks etdirir. Eyni zamanda işçinin və işəgötürənin əsas hüquq və vəzifələri, əmək funksiyası, iş vaxtı və onun tənzimlənməsi, əmək müqaviləsi, onun növləri, hazırlanması, sənədləşdirilməsi, müqaviləyə xitam verilməsi qaydaları öyrədilir. Təlim kursunda işçinin istirahət hüququ, məzuniyyətin növləri, müddətləri, onun rəsmiləşdirilməsi, əmək və icra intizamı, mükafatlandırma, intizam tənbehi, işçinin və iş yerlərinin attestasiyası və digər bu kimi məsələlər tədris edilir. Siz kursda əmək qanunvericiliyi və kadr kargüzarlığı barədə zəruri məlumatları və təcrübəni əldə edərək müəssisədə kadr işini nəzəri və praktiki olaraq sərbəst şəkildə apara biləcəksiniz
Tədris dili: Azərbaycan dili
Təlimin müddəti (saat): 24 saat (6 həftə)
Təlimin ümumi qiyməti – 200 AZN

Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50
E-poçt ünvanı: ;

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.