Rusiyada prezident əhalinin borcunu sildi

posted in: Xəbər | 0

Rusiya Prezidenti Vladimir Putin vergi amnistiyası haqqında qanunu imzalayıb.

Bununla da əhalinin əmlak və nəqliyyat vergiləri üzrə borcları silinəcək. Duma deputatlarının fikrincə, bu, büdcəyə 150 milyard rubla başa gələcək.

Qanunvericiliyə görə, daşınmaz əmlak, torpaq sahələri və nəqliyyat sahəsi üzrə yığılan vergilər üzrə fiziki şəxslərin borcları, həmçinin 2015-ci il yanvarın 1-nə olan cərimələr üzrə borclar sıfırlanacaq. Bununla yanaşı, fərdi sahibkarların 1 yanvar 2017-ci ilədək sığorta haqları və cərimələr üzrə borcları bağışlanacaq.

Qanun Dövlət Duması tərəfindən qəbul edilib və Federasiya Şurası tərəfindən təsdiq edilib.

Mənbə: mediaxeberleri.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İdxal gömrük rüsumlarının yeni dərəcələri ilə bağlı qərar qüvvəyə mindi

posted in: Xəbər | 0

Bu gündən Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərar qüvvəyə minib.

Bununla bağlı sənədi Baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qaydaya əssən, ölkəyə gətirilən minik avtomobilləri üçün (yük-sərnişin avtomobil-furqonları və idman avtomobilləri də daxil olmaqla) rezin şinlərə 15 dollar idxal gömrük rüsumu tətbiq ediləcək.

Dəmiryol və ya tramvay yollarının təmiri və ya texniki xidməti üçün nəzərdə tutulmuş özügedən və ya özügetməyən nəqliyyat vasitələrinə (məsələn, vaqon-emalatxanalar, kranlar, şpalvuran maşınlar, yoldüzəldən maşınlar, nəzarət-ölçü vaqonları və yola baxış üçün nəqliyyat vasitələri) gömrük rüsumu tətbiq edilməyəcək.

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, yalnız sıxılmadan alışan porşenli daxili yanma mühərrikli (dizel və ya yarımdizel), mühərrikinin silindrlərinin işçi həcmi 2500 sm3-dən çox olan, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillərin ölkəyə idxalı zamanı da gömrük rüsumu tətbiq edilmir.

Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar-məxsusi olaraq hava limanlarında istifadə üçün gətirilən avtobuslara görə də gömrük rüsumu tətbiq edilməyəcək.

Digərlərlərinə görə isə mühərrikinin silindrlərinin işçi həcminin hər 1 kubsantimetrinə 0.7 dollar idxal gömrük rüsumu tutulacaq.

Mühərrikinin silindrlərinin işçi həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan avtomobillərə hər kubsantimetrə görə 0.7 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq. İstismar olunmuş avtomobillər üçün isə bu rəqəm 1.2 dollar olacaq.

Mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan avtomobillərdən də hər kubsantimetrə görə də 0.7 ABŞ dolları rüsum tutulacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rüşvəti geri qaytaran təftişçi

posted in: Xəbər | 0

 

Rusiyada aldığı rüşvəti geri qaytarmağa cəhd edən polis əməkdaşı saxlanılıb. Belə ki, Rusiya DİN-nin şəhər idarəsi nəzarət-təftiş idarəsinin müfəttişi, 34 yaşlı polis mayoru şöbələrdən birinə yoxlamaya gedib. Həmin şöbənin mühasibinin işində qanun pozuntuları aşkar edib. Bu işi ört-basdır edəcəyini vəd edərək, mühasibdən 500.000 rubl rüşvət alıb. Lakin, sonra iş istənilən kimi getməyib. Üzərinə götürdüyü “öhdəliyi” yerinə yetirə bilməyəcəyini dərk edən vicdanlı mayor rüşvəti geri qaytarmaq qərarına gəlib. Elə pulları geri qaytararkən də onu həbs ediblər. Hazırda ona qarşı cinayət işi qaldırılması barədə istintaq yekunlaşmaq üzrədir.

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnzibati Xətalar Məcəlləsində 1 maddə ləğv edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299) 342.1.2-ci maddəsi (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.