Mühasiblər haqqında maraqlı lətifələr (6-cı hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

  • Mühasib ezamiyyətdən qayıdan əməkdaşın hesabatını yoxlayır. – Bu astronomik rəqəm nədir? – Otelə ödənilən məbləğdir. – Sizə oteli almaq səlahiyyətini kim verib?
  • Muzdla işçi axtaran agentliyə bir kişi gəlir. – Mənə iş lazımdır. – İxtisasınız nədir? – Mən mühasibəm. Ona təkliflər edilir: – Baş mühasib yeri var, tələblər bunlardır: – ali təhsil, ingilis dilini bilməlisiniz, dövlət qulluğunda daha bir yer də var, ora üçün tələblər isə belədir: – Ali təhsil, 2-3 il əmək stajı və s. Kişi deyir: – Ümumiyyətlə, mən axmağam, mühasiblik də pis sənətdir. Ona belə cavab verirlər: – Bunu başdan deyərdiniz də, sizin kimilər üçün yalnız Dövlət Dumasının vergilər üzrə komitəsində və Maliyyə Nazirliyinin mühasibat uçotu üzrə metodologiya departamentdə  yer qalıb.
  • Sahibkarın oğlu atasından soruşur: Ata, bizdə fantastikaya və ya mistikaya aid oxumaq üçün nəsə var? – Var, oğlum, bizim mühasibin hesabatı.
  • Qorki küçəsində öz pasportunu itirmiş hörmətli Oksana İvanovna. Sizi Baş Direktor və Baş Mühasib vəzifəsinə təyin olunmağınız və daha 43 şirkətdə imzanızın tanınması hüququ münasibətilə səmimi qəlbdən təbrik edirik!!!
  • Elan: – Təşkilat mühasib axtarır. Mükafat da veriləcək!!!
  • Elan: – Moskvalı qız öz ixtisası üzrə və ya mühasib işi axtarır.
  • Mühasib işə düzəlir və bu zaman anket doldurur. Orda belə bir sualla qarşılaşır: – Nə vaxtsa istintaq altında olmusunuzmu? Cavab yazır: – Yox. Növbəti sual gəlir: – Niyə? O, cavab yazır: – Çünki heç vaxt ilişməmişəm!

Məqalənin 5-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gömrük Məcəlləsinə dəyişiklik təsdiqləndi

posted in: Xəbər | 0

Azərbaycan parlamenti Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

Azərbaycan parlamenti Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Dəyişikliklərə əsasən, şəxsi yoxlama həyata keçirilərkən hal şahidlərinin iştirakı videoçəkiliş olmadığı halda məcburi olacaq.

Dəyişikliyi nəzərdə tutan qanun layihəsi qanunvericiliyin dəqiqləşdirilməsi, gömrük nəzarəti zamanı şəxsi yoxlamanın (o cümlədən, videoçəkilişdən istifadə etməklə şəxsi yoxlamanın) aparılması ilə bağlı məsələləri tənzimləmək məqsədilə hazırlanıb.

Qanun layihəsinə əsasən, hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədiyi hallarda məcburi olacaq, eyni zamanda şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilməyəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunda deyilir ki, şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı məcburidir.

Digər dəyişikliklə, nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi sərtləşdirilib. Belə ki, dəyişikliyə əsasən, əgər gömrük ərazisinnə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada, o cümlədən, elektron formada nəqliyyat vasitəsnin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı, nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları, nəqliyyat vasitəsinin heyəti və sərnişinləri, təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük, mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük və nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidirlər. Hazırda isə qanunda qeyd olunur ki, bu sənədlər “təqdim edilə bilər”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təsdiqlənib

posted in: Xəbər | 0

Milli Məclis “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Azərbaycan parlamenti “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişiklik sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədi daşıyır.

Qanuna əlavə edilmiş 4.1 maddəyə görə, sahibkarlıq subyektlərinin bölgüsünə əsasən, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

17 MMC ləğv edildi

posted in: Xəbər | 0

  1. “TETRA İNJİNİRİNQ” MMC (VÖEN:1502184821) ləğv  olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı  şəhəri,  Nərimanov rayonu, Həsənoğlu, ev 6 ünvanına bildirə  bilərlər.
  2. “LEQAL ADVISERS GROUP” MMC (VÖEN: 2003845221) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai   rayonu, Xudu Məmmədov küçəsi, ev 33, mənzil  56 ünvanına bildirə bilərlər.
  3. “VESTFİELD” MMC (VÖEN:1304067241) ləğv olunduğunu elan edir.  Kreditorlar  tələblərini  Bakı şəhəri,  Yasamal rayonu, Yeni yasamal, ev 12, mənzil 18 ünvanına bildirə bilərlər.
  4. “İNDUSTRY RESOURCES”  MMC  (VÖEN: 1304072711)  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov, ev 19,  mənzil 19 ünvanına  bildirə   bilərlər.
  5. “SUNSET GROUP LİMİTED” MMC (VÖEN: 1003750611) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu,   7-ci mikrorayon,   ev  7b,   mənzil  43  ünvanına  bildirə  bilərlər.
  6. “ASKONA SALES” MMC (VÖEN: 1403071441) ləğv olunduğunu  elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 108, mənzil 89 ünvanına bildirə bilərlər.
  7. “LEADA SYSTEMS” MMC  (VÖEN: 1403071291) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu,   Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 60, mənzil 89 ünvanına bildirə bilərlər.
  8. Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində 31014226871 sayla  28.08.2014 – cü il  tarixdə  qeydiyyatdan  keçmiş  “ Qızıl Yun” MMC (VÖEN:31014226871) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 153 ünvanına bildirə bilərlər.
  9. “Kaspian Şipyard Kompani” MMC (VÖEN: 9900046321) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı  şəhəri, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 904 ünvanına bildirə bilərlər.
  10. “Master Qrup” MMC (VÖEN: 2901216651) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 13- cü mkr,  ev 5, mənzil, 51  ünvanına  bildirə  bilərlər.
  11. “Firex” MMC (VÖEN: 2003435721) ləğv olunduğunu elan  edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Qaçaq Nəbi    küçəsi, Xətai rayonu, ev  4, mənzil 137 ünvanına bildirə bilərlər.
  12. “Saz” Fərdi kiçik müəssisəsi (VÖEN: 1700144901) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,  Səbail rayonu, Ə.Yaqubov, ev 1, mənzil 2 ünvanına bildirə bilərlər.
  13. “Modern Company LTD” (VÖEN: 2900551011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov, ev 2, mənzil 59 ünvanına bildirə bilərlər.
  14. “ABE CARERİNG” MMC (VÖEN: 1803017341) olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı  şəhəri,  Sabunçu   rayonu, Sabunçu ŞTQ, Şəhər şossesi döngə 5, ev 2, mənzil 4D ünvanına bildirə bilərlər.
  15. “Aneyu” MMC (VÖEN:1302242211) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal  rayonu,  Cəfər Cabbarlı küçəsi, ev 40 ünvanına  bildirə  bilərlər.
  16. “PARCOSERVER” MMC (VÖEN: 1305101001) ləğv olunduğunu elan edir.  Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı,  ev  492, mənzil 47 ünvanına bildirə bilərlər.
  17. “AZEX.AZ” MMC (VÖEN:1004027391) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay əzində tələblərini Bakı şəhəri, Binəqədi  rayonu, Binəqədi ŞTQ, Mir Cəlal, ev 103, mənzil  42 ünvanına   bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.