Daha bir adda mal idxal gömrük rüsumundan azad edildi

posted in: Xəbər | 0

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən musiqi alətlərinin hissələri və ləvazimatları gömrük rüsumundan azad ediləcək.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən musiqi alətlərinin hissələrinə və ləvazimatlarına – musiqi alətlərinin simləri, ortepiano hissələri və ləvazimatları, musiqili sandıqçaların mexanizmləri, mexaniki alətlər üçün kartlar, disklər, vallar, metronomlar, kamertonlar və səs ucalığı təsbit olunmuş bütün növ trubalara  3 faiz idxal gömrük rüsumunun tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, musiqi alətlərinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə qalıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşsizlikdən Sığorta haqqı üçün Hesabat necə hazırlanacaq?-Nazirlik işəgötürənlərə müraciət etdi

posted in: Xəbər | 1

İşəgötürənlərin nəzərinə!

İşsizlikdən sığorta sisteminin tətbiqi barədə

Bildiyiniz kimi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Həmin Qanunun 6-cı maddəsində digər vəzifələrlə yanaşı işçilərini işsizlikdən sığorta etdirmək, əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifələrinə aid edilmişdir.

Göstərilənləri nəzərə alaraq aşağıdakıları diqqətinizə çatdırmaq istəyirik:

  1. Məcburi dövlət sosial sığortası məqsədləri üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra Fond)  uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.
  2. Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.
  3. Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar (yalnız əmək müqaviləsi ilə işləyənlər) işsizlikdən sığorta üzrə Fondda qeydiyyata alınmış hesab olunurlar.
  4. Sığortaedənlər tərəfindən hesablanıb Fonda ödənilən işsizlikdən sığorta haqları barədə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə alınmır.
  5. İşsizlikdən sığorta haqqı, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında  sığortaedən tərəfindən ödənilir.
  6. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə işsizlikdən sığorta haqqının hesablanmasından azad olma müəyyən edilməmişdir.
  7. Hər ay üçün hesablanmış işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.
  8. Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı (əlavə edilir) həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə  təqdim edirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-sindən sonra gələn birinci iş gününə qədər artırılır.
  9. İşçilərin işsizlikdən sığorta etdirilməməsinə, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya hesabatın təqdim edilməməsinə, sığorta haqqının vaxtında köçürülməməsinə görə inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.

Faylı yükləyin: İşsizlikdən sığorta üzrə Hesabat forması

Mənbə: sspf.gov.az

Nümunəvi vergi ödəyicilərinə vergi güzəşti tətbiq edilməlidirmi?

posted in: Vergi, Xəbər | 0
Vüqar Bayramov: “Bu praktikanın ölkəmizdə tətbiqi vacibdir. Sözügedən yenilik vergi nəzarətinin də liberallaşmasına səbəb olar”.

Məlum olduğu kimi, inkişaf etmiş ölkələrin bir çoxunda uzun müddət vergiləri vaxtı-vaxtında ödəyən şəxslərə vergi güzəştləri tətbiq edilir. Məsələn, ABŞ-da nümunəvi vergi ödəyən şəxslərə verginin 100-də 5%-i miqdarında güzəşt edilir ki, bu da vergi ödəyiciləri tərəfindən məmnunluqla qarşılanır.

Maraqlıdır, bu praktikanın ölkəmizdə də tətbiqi məqsədəuyğun olmazdımı?

İqtisadçı alim Vüqar Bayramov sözügedən praktikanın ölkəmizdə tətbiqinin faydalı olacağını vurğulayıb:

“Bu praktikanın ölkəmizdə tətbiqi xeyli müddət müzakirə olunub. Lakin çox təəssüf ki, sözügedən praktika Azərbaycan qanunvericiliyində, Vergi Məcəlləsində öz əksini tapmayıb. Nümunəvi vergi ödəyicilərinə güzəştlərin tətbiq edilməsi, bəlli bir müddətdən sonra onlar üçün aşağı faizli vergilərin tətbiqi daha məqsədəuyğun olar. Çünki bu, bir tərəfdən vergidən yayınma hallarının qarşısının alınmasına müsbət təsir göstərəcək. Sahibkarları vergi öhdəliklərini vaxtında həyata keçirməyə daha da situmullaşdıracaq. Dövlət büdcəsi də vergilərin vaxtında ödənilməsindən gəlir əldə edəcək. Büdcəyə daxil olmalar artacaq.

Bu, vergi nəzarətinin də liberallaşmasına gətirib çıxardacaq. Daha liberal vergi nəzarəti sisteminin formalaşmasına səbəb olacaq. Bu baxımdan da məlum praktikanın ölkəmizdə tətbiqi vacibdir.

Bu, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv ölkələrə də tövsiyyə edilən bir praktikadır. Bir sıra inkişaf etmiş ölkələrdə bu praktikanın geniş yayıldığını nəzərə alsaq, Azərbaycanda Vergi Məcəlləsinə bu praktikanın daxil edilməsi faydalı olar”.

Mənbə: moderator.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib məşhur türk aktyorunu necə aldatdı?

posted in: muhasibat, Xəbər | 0

 

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ mühasibi tərəfindən ziyana düşüb.

Aktyora 3.5 milyon türk lirəsi (1.6 milyon manat) ziyan dəyib.

Bildirilir ki, mühasib Tatlıtuğun vergi borclarını ödəməyərək cibinə qoyub. Vergilərini vaxtı-vaxtında ödəsə də, borcla üz-üzə qalan Kıvanç prokurorluğa şikayət edib. İstintaq başalayıb və mühasib Erdal ifadə verib. Erdal ittihamları qəbul etmir. Bundan sonra Tatlıtuğ ifadə vermək üçün prokurorluğa çağırılıb.

Mənbə: olke.az

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.