Bu məhsul üçün idxal gömrük rüsumu 10 dəfə artırıldı

posted in: Xəbər | 0

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən, tərkibində 85% və ya daha çox pambıq lifi olan, pərakəndə satış üçün qablaşdırılmamış pambıq ipliyinə tətbiq edilən gömrük rüsumu 10 dəfə artırılacaq.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda tərkibində 85% və ya daha çox pambıq lifi olan, pərakəndə satış üçün qablaşdırılmamış pambıq ipliyə 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən idxal gömrük rüsumu 5 faizə qaldırılacaq. Tərkibində 85% və ya daha çox pambıq lifi olan pərakəndə satış üçün qablaşdırılmış pambıq ipliyinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb. Kardo və ya daraqla daranmaya məruz qalmamış pambıq lifinə tətbiq edilən 5 faiz idxal gömrük rüsumu 3 dəfə artırılıb, 15 faizə çatdırılıb. Kardo və ya daraqla daranmaya məruz qalmış pambıq lifinə, o cümlədən pambıq lifinin tullantılarına (əyirmə tullantıları və didilmiş xammal da daxil olmaqla) tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb.

Pərakəndə satış üçün qablaşdırılmamış tərkibində 85% və ya daha çox pambıq lifi olan tikiş saplarına tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv olunub. Pərakəndə satış üçün qablaşdırılmış tərkibində 85% və ya daha çox pambıq lifi olan tikiş saplarına tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə azaldılıb. Gələn ildən bu pambıq saplarına 5 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Pambıq parçalara gəlincə, tərkibində 85% və ya daha çox pambıq lifləri olan, səthi sıxlığı 200 q/ m2-dən çox olmayan pambıq kamuflyaj parçaya tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv olunub. Tərkibində 85% və ya daha çox pambıq lifləri olan, səthi sıxlığı 200 q/ m2-dən çox olmayan və tərkibində 85%-dən az pambıq lifi olan, əsasən və ya tamamilə kimyəvi liflərlə qarışdırılmış, səthi sıxlığı 200 q/m2 -dən çox olmayan pambıq parçalarına 15 faiz idxal gömrük rüsumu isə gələn ildən parçaların hər kvadratmetri üçün tətbiq olunacaq.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi, Əmək və İnzibati Xətalar Məcəlləsində kiçik dəyişikliklər edildi

posted in: Vergi, Xəbər | 0

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (59.3-cü maddəsinin ikinci hissəsinə “gün ərzində” sözlərindən sonra “(bu Məcəllənin 179.1-ci və 179.2-ci maddələri ilə müəyyən edilən hallarda 20 gün ərzində)” sözləri əlavə edilsin.

 

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə  aşağıdakı məzmunda 461.1-1-ci maddə əlavə edilsin:

“461.1-1. Vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə – fiziki şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.”

 

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsini “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində  aşağıdakı dəyişikliklər edilsin:

  1. 4-cü maddənin 3-cü hissəsində “elmi tədqiqat və” sözləri “elmi müəssisə və təşkilatlar,” sözləri ilə əvəz edilsin.
  2. 50-ci maddənin 2-ci hissəsinin birinci cümləsində “bir qayda olaraq elm,” sözləri “elmi müəssisə və təşkilatlar və” sözləri ilə əvəz edilsin.
  3. 65-ci maddənin 2-ci hissəsinin ikinci cümləsinə “üç ildə” sözlərindən sonra “, elmi işçilər isə beş ildə” sözləri əlavə edilsin.
  4. 118-ci maddənin 1-ci və 2-ci hissələrinin “e” bəndində “elmi tədqiqat müəssisələrinin” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

Mənbə: www.president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi E-Qaimənin tətbiqi barədə müraciət etdi

posted in: Vergi, Xəbər | 0

VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ!

Elektron qaimə-fakturaların tətbiqi barədə

2018-ci il 1 yanvar tarixdən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə müəyyən edilir.

Elektron qaimə-faktura “Onlayn rejimdə” Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edilkdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.

Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin  malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.

Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala –

  • birinci dəfə yol verdikdə alınmış malların 10 faizi,
  • ikinci dəfə yol verdikdə 20 faizi,
  • üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməyiniz tövsiyə olunur.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Azərbaycan Respublikası Vergilər Nazirliyi

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2 mal növü üzrə gömrük rüsumu ləğv edilir

posted in: Xəbər | 0

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kardo və daraqla daranmaya məruz qalmamış zərif heyvan tükünə tətbiq edilən gömrük rüsumu ləğv olunacaq.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda kəşmir keçiləri, anqara kroliki, alpaqa, lama, vikunya, dəvə, anqora, tibet və ya oxşar cinsli keçilər, dovşan, qunduz, nutriya və ondatranın tükünün idxalına 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilib. Gələn il yanvarın 1-dən bu zərif heyvan tükləri idxal gömrük rüsumundan azad ediləcək. Kardo və ya daraqla daranmaya məruz qalmış zərif heyvan tüklərinə gəlincə, kəşmir keçilərinin tükü üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib. Digər zərif heyvan tüklərinə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv olunub. Tərkibində 85% kütlə və ya daha çox yun və zərif heyvan tükü olan pərakəndə satış üçün qablaşdırılmamış aparatla əyrilmiş yun ipliyə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu da gələn ildən ləğv olunur.

Gələn il yanvarın 1-dən kardo və daraqla daranmaya məruz qalmamış, o cümlədən daranmaya məruz qalmış qaba heyvan tükünə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu 5 faizə endiriləcək.  Yundan və ya zərif və ya qaba heyvan tükündən didilmiş xammala tətbiq edilən idxal gömrük rüsumu 3 faizdən 5 faizə,  qaldırılacaq.

Kardo və daraqla daranmaya məruz qalmamış qoyun yunu, o cümlədən pərakəndə satış üçün qablaşdırılmış yun ipliyi və ya zərif heyvan tükü ipliyinə (tərkibində 85 kütlə % və ya daha çox yun və ya zərif heyvan tükü olan) tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb. Tərkibində 85 kütlə % və ya daha çox yun olan pərakəndə satış üçün qablaşdırılmamış aparatla əyrilmiş yun ipliyə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da qüvvədə qalıb. Aparatla əyrilmiş yun ipliyindən və ya aparatda əyrilmiş zərif heyvan tükü ipliyindən parçalara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə gələn ildən hər 1 kvadratmetr üçün hesablanacaq.

Mənbə: www.oxu.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.