Bitcoin’ə vergi tətbiq etmək istəyənlər

posted in: Vergi, Xəbər | 0

Cənubi Koreya bitcoin üçün vergi tətbiq etmək istəyir.

Bu ölkə kriptovalyuta əməliyyatlarının əsas iştirakçılarından biri olduğuna görə, vergitutma məsələlərinə məsul olan dövlət qurumları -Strategiya və Maliyyə Nazirliyi və Vergi Xidməti bitcoindən gələn mənfəətdən, eləcə də onunla aparılan tranzaksiyalardan vergi tutulması imkanlarını nəzərdən keçirir. “Business Korea”nın hesabatına əsasən, kriptovalyutanın vergiyə cəlb edilməsi ilə bağlı məsələ, “Vergi Administrasiyası – 2017” Milli Forumunda müzakirə edilmişdir. Kannam Universitetinin professoru Kim Byuinq hökuməti kriptovalyutanın hüquqi statusunu və digər ölkələrdə vergiyə cəlb olunmasının incəliklərini diqqətlə öyrənməyə çağırmışdır: “Əsas prinsip gəlirin vergiyə cəlb edilməsidir. Ona görə də məqbul vergi dərəcəsinin müəyyənləşdirilməsi üçün tranzaksiyanı aparan tərəf barədə məlumatları əldə edə bilmək mümkün əhəmiyyət daşıyır”.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hətta Gucci də vergidən yayınır

posted in: Vergi, Xəbər | 0

İtaliyanın vergi polisi dünyada tanınmış transmilli moda şirkəti olan “Gucci”nin fəaliyyəti ilə bağlı təhqiqat aparır: şirkət vergi ödəməkdən yayınmaqda şübhəli bilinir. Vaxtilə şirkətdə yüksək vəzifə tutmuş keçmiş əməkdaşlardan birinin sözlərinə görə, “Gucci”nin Fransanın “Kering” qrupuna daxil olan dəbdəbəli geyimlər sektoru İtaliyada aparılmış satış əməliyyatlarına aid vergi bəyannaməsini İsveçrədə vermişdir və bununla 1,3 milyard avro qənaət etmişdir. Şirkət isə öz əməliyyatlarının şəffaflığına əmindir və təhqiqatın aparılması zamanı səlahiyyətli orqanlarla hərtəfətli əməkdaşlıq etməyə hazırdır.

Xatırladaq ki, dörd il əvvəl İtaliyanın daha bir moda brendi – “Prada” vergidən yayınmağa görə ölkə xəzinəsinə 470 milyon avro cərimə ödəməli olmuşdu.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ödənişsiz “Valyuta Qanunvericiliyinə Giriş” adlı seminar

posted in: Xəbər | 0

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyi “Valyuta Qanunvericiliyinə Giriş” adlı Seminar təşkil edir. Seminar 16 dekabr saat 11:00 da, “ANF Consulting” MMC-nin direktoru, dəyərli hüquqşünas, təlimçi Anar Ramazanov tərəfindən təqdim ediləcək. İştirak etmək üçün bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Mənbə: “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosasiyası” İctimai Birliyi

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

 

 

Azərbaycanda kim daha çox qazanır?

posted in: Xəbər | 0

2017-ci il noyabrın 1-i ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1517,8 min nəfər olmuş, onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 639,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumata görə, muzdla işləyənlərin 21,8 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.