Facebooka ödənişin bank sənədi xərc kimi tanına bilər?

posted in: Xəbər | 0

Sual: Şirkət elektron formada Google, Facebook və digər saytlarda reklam yerləşdirmək istəyir. Bildiyimiz kimi, bu tipli saytlara ödənişlər zamanı hər hansı müqavilə və ya müqaviləyə alternativ sənədlər formalaşmır. Zəhmət olmasa bildirərdiniz: hüquqi şəxsin korporativ bank kartından yuxarıda qeyd edilən saytlarda yerləşdirilmiş reklamlar üçün edilmiş ödənişlər müqavilə, invoice olmadan vergi orqanları tərəfindən xərc kimi tanınacaqmı? Xatırladım ki, elektron qaydada xidmətlərin alınması 18 % dərəcəsi ilə vergiyə cəlb edilir.

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq hər hansı təsdiqedici sənəd olmadan aparılan ödənişin xərc kimi qəbul olunmamasına əsas verir.

Əlavə olaraq bildiririk ki, korporativ kartın bağlı olduğu hesaba nəzarət edən bank tərəfindən ödənişi təsdiq edən sənəd (sənədlər) təqdim edildikdə, habelə reklamın göstərilməsi müvafiq materiallarla (misal olaraq, reklamın internet resursda verildiyini təsdqiləyən görüntü) təsdiq olunduqda, kart vasitəsi ilə qeyri-rezidentə edilən ödəniş xərc kimi nəzərə alına bilər.

Əlavə olaraq xatırladırıq ki, qeyri-rezidentin elektron qaydada göstərdiyi xidmət ƏDV-nin və ödəmə mənbəyində tutulan verginin vergitutma obyektini yaradır.

Bax: Vergi Məcəlləsinin 130.1-ci, 125.1.5-ci və 169-cu maddələri.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

319 nəfər müqaviləsiz işçi aşkar olundu

posted in: Müqavilələr, Xəbər | 0

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.

Bu barədə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir.
Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 26 səyyar monitorinq həyata keçirilib. Monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 92 hüquqi və fiziki şəxsi əhatə edib.
Monitorinqlərin keçirildiyi dövr ərzində 319 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır.
Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.
Monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.

Böyük dördlük audit şirkətlərindən birində ödənişsiz kurs

posted in: Audit, Xəbər | 0

EY Baku office “Intake EY business school 2018” layihəsini elan edir.

“Intake EY business school 2018” ilə yeni üfüqlər kəşf edin!

Tarix: 30 yanvar-1 mart 2018-ci il, həftədə 3 dəfə (həftənin 2,3 və 4-cü günləri);

Saat: 16:00-18:30;

Ünvan: EY ofisi.

Hər çərşənbə axşamı, çərşənbə və cümə axşamı müxtəlif şöbələrdən olan EY mütəxəssiləri gələcəyin liderləri üçün kurslar keçirəcək. Siz universitetdə və yaxud başqa seminarlarda öyrənə bilməyəcəyiniz unikal bacarıqlara yiyələnmə şansı əldə edəcəksiniz.

Kimlər müraciət edə bilərlər?

  • Biznes, iqtisadiyyat, menecment və əlaqədar sahələrdə magistr təhsili alan və ya 3-4-cü kurs tələbələri;
  • Upper intermediate və yaxud daha yüksək səviyyədə ingilis dili biliyinə malik olanlar;
  • Yüksək səviyyədə motivasiya, həvəs və enerjili şəxslər.

Seçmə prosesi:

  • CV-ə baxış;
  • IQ testi;
  • Müsahibə.

Maraqlanan namizədlər öz ərizə və CV-lərini http://www.ey.com/Careers ünvanı vasitəsilə təqdim edə bilərlər.

Son müraciət tarixi: 27 dekabr 2017 – ci il.

EY business school – da təhsil pulsuzdur.

Mənbə: edumap.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi islahatı nəhəng şirkətlərə müsbət təsir edəcək

posted in: Vergi, Xəbər | 0

ABŞ mərkəzi araşdırma şirkəti “Cowen” vergi islahatının gələn il Amazon, Google və Facebook kimi nəhəng şirkətlərin vergidən 4.5 mlrd. dollar qənaət etməsinə şərait yaradacağını bildirib.

“Cowen’”şirkətinin baş analitiki John Blackledge, vergi islahatı sayəsində 2018-ci ildə Google şirkətinin 2.28 mlrd.dollar, Facebook şirkətinin 1.56 mlrd.dollar, Amazon şirkətinin isə 723 mln. dollar qənaət edəcəyini deyib.

Belə ki, “Cowen” şirkətinin  hesablamalarına əsasən, Amazon qarşıdakı ildə səhm başına 24 % artımla texnologiya dünyasının ən sürətli inkişaf edən şirkəti olacaq. Google və Facebook-un  gəlirlərinin  8% artacağı təxmin edilir.

Qeyd edək ki, ABŞ hökuməti vergi islahatlarından 35% – dən 20% – ə qədər korporativ vergiləri azaltmağı hədəfləyir.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.