Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair QAYDALAR

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

№ Q-19

Bakı şəhəri                                                                                     “ 23 ” sentyabr 2014-cü il

 

Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydaların təsdiq edilməsi haqqında

 

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.1-cibəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.7-ci,7.11-ci, 8.48-ci və 8.53-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

  1. “Təmir məsrəflərininmühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 19 sentyabr 2002-ci il tarixli İ-153 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 sentyabr 2002-ci il tarixdə (şəhadətnamə №2919) dövlət qeydiyyatına alınmış “Gəlirdən çıxılmalı olan təmir xərclərinin mühasibat uçotunda əks olunmasınadair Təlimat” ləğv edilsin.
  3. Nazirliyin aparatının Uçot siyasəti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
  4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov

 

  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmişdir.