İdxal aksiz dərəcələrinin artırılması siqaret qaçaqmalçılığını genişləndirəcək

posted in: Xəbər | 0

“Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycan nümayəndəliyi yeni ildən ölkədə idxal tütün məhsullarına aksiz dərəcələrinin bir neçə dəfə artırılmasının mənfi nəticələrə gətirib çıxara biləcəyini düşünür.

JTI şirkətinin Bakı ofisindən bildirilib ki, bunun nəticəsində daxili bazarda qaçılmaz olan qiymət artımı qanuni siqaret dövriyyəsini azalda və qaçaqmalçılığı genişləndirə bilər: “Nəticədə, dövlət büdcəsinə gözlənilən daxilolmalar azalacaq, istehlakçılar isə keyfiyyətsiz və mənşəyi məlum olmayan daha ucuz “kontrabanda” məhsullarına keçəcəklər”.

“Azərbaycanda tütün bazarı üçün vergi və qiymət artımı şoklarının qarşısının alınması, biznesin dayanıqlı inkişafı üçün əlverişli şəraitin yaradılması və tütün məhsullarının qaçaqmalçılıq riskinin azaldılması baxımından ortamüddətli aksiz planının olması zəruridir”, – şirkətdən qeyd olunub.

Bununla yanaşı, bildirilib ki, “Nielsen” beynəlxalq marketinq şirkətinin Azərbaycanda apardığı son araşdırmaların nəticələrinə əsasən, 2017-ci ilin iyul ayında daxili bazarda qanunsuz siqaretlərin payı 13,9%-ə çatıb.

“Gürcüstanın 2005-ci ildəki acı təcrübəsi, habelə digər ölkələrin təcrübəsi göstərir ki, aksiz vergilərinin çox artırılması qanuni siqaret istehlakı və vergi gəlirlərinə mənfi təsir edir. Məsələn, 2002-2006-cı illərdə Almaniyada aksiz vergisinin xeyli artırılması qanuni yolla istehsal və idxal edilən siqaretlərin istehlakını və bunun nəticəsində vergi daxilolmalarını azaldıb. Əvəzində, qaçaqmalı yolu ilə gətirilən siqaretlərin bazarda payı 20%-ə çatıb. 2007-2009-cu illərdə hökumət bu siyasətin ziyanlı olduğunu anlayaraq, aksiz vegilərinin artırılmasını dayandırıb və bununla da qanunsuz siqaret bazarının daha da genişlənməsinin qarşısını alıb”, – “JTI Azerbaijan”dan əlavə olunub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Peşə təhsili olanlara sahibkarlıq fəaliyyəti ilə bağlı imtiyaz veriləcək

posted in: Xəbər | 0

Peşə təhsili müəssisələrinə və onların müdavimlərinə sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi imtiyaz veriləcək. Bu məqam Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsində əks olunub.

Qanun layihəsinin 4.1.41 maddəsinə əsasən Azərbaycanda peşə təhsili müəssisələrinə və onların müdavimlərinə sahibkarlqı fəaliyyəti ilə məşğul olmaları üçün dövlət tərəfindən xüsusi imtiyazlar veriləcək.
Mənbə: apa.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gömrük ödənişləri üçün əhatəli təminat qəbul ediləcək

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edib.

Bu qayda  təminat üsullarından (təminatdan) istifadə etməklə, gömrük borcunun ödənilməsinin təmin edilməsi məsələlərini tənzimləyir.

Qaydaya əsasən gömrük orqanları mövcud və ya gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya gələcəkdə borclu olacaq şəxslərdən girov, veksel zaminliyi (aval), bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi və avans ödəmələri kimi təminatın verilməsini tələb etmək hüququna malikdirlər. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.

Indiyə qədər gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı gömrük və vergi qanunvericiliyinə əməl edən, gömrük prosedurlarından mütəmadi istifadə edən və bu prosedurlarla əlaqədar öhdəlikləri vaxtında və tam yerinə yetirmək imkanı olan rezidentlərin yazılı ərizə ilə müraciəti əsasında ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminat qəbul edib. Dəyişikliyə əsasən bundan sonra bu hallarda gömrük orqanı rezidentlərin həm də elektron formada müraciəti əsasında ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminat qəbul edəcək.

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı iki və daha çox bəyannamə, gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük borcu yarandıqda, yaxud yarana biləcəyi və gömrük borcunun məbləği müəyyən müddətdə dəyişə biləcəyi təqdirdə şəxs tərəfindən əhatəli təminatın təqdim edilməsinə icazə verir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib dahi ünsiyyətçidirmi? (7-ci hissə)

posted in: muhasibat, Məqalə | 0

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

7-ci hissə

Lakin, heç də hər şey göründüyü qədər ümidsiz deyil. Sən demə, elə insanlar da var ki, rədd cavabı veriləndə belə incimirlər və həmin adamlarla möhkəm işgüzar münasibətlər dəstəklənir. Bu insanlar hansı şəxsi keyfiyyətlərə malikdilər, hansı strategiyadan istifadə edirlər və bunu öyrənmək olarmı – bu sualların hamısına cavablar, yalnız ünsiyyət sənəti ilə bağlı praktiki təlimlərdə əldə edilə bilər. Və ilk addım olaraq müxtəlif, açıq və işgüzar partnyor ünsiyyəti ilə manipulyativ, gizli məqsədləri bir-birindən fərqləndirməyi bacarmaq lazımdır.

Çox vaxt bizə elə adamlar müraciət edir ki, onlara “sadəcə etiraz etmək mümkün olmur” və biz bunu etməli deyilik və ya etmək istəmirik fikri ilə asanlıqla razılaşmalı olursan. Amma, sonra asanlıqla razılaşdığımıza bir növ peşman olacağıq və hər dəfə özümüzü qınayacağıq ki, bir daha belə vəziyyətə düşməyək. Amma, sanki acığa həmin qərarı sakitcə adlayaraq istədiyini əldə edə bilən bir insan hökmən tapılacaq.

Ehtiyatlı olun – bu adam istifadəçidir (manipulyator)! Elə bir insan ki, onunla ünsiyyət həmişə xoşagəlməz çöküntü, narahatlıq hissi, xəyal qırıqlığı, qıcıqlıq yaradır və məcburən adamı öz lehinə olmayan qərar verməyə vadar edir.

İstifadəçinin “fərqli cinsləri” olur. Ən geniş yayılmışları ilə isə biz ofisdə və şəxsi həyatımızda rastlaşırıq. Axı, onlar öz məqsədləri üçün bizlərdən necə yararlana bilirlər? İstifadəçilər – onlar insan qəlbinin ən mahir biliciləridirlər. Onlar  “qurbanlarını”  heç də qarşılarına çıxan ilk insanlar sırasından deyil, hökmən təsir altına sala biləcəkləri adamlar arasından seçə bilirlər.

 

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.