Tikintidə yoxlama – 31% qanunsuz işçi aşkar olundu

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir. Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 15 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 15-i sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla 43 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.

Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 557 işçidən 382-nin müqavilə ilə (106 işçi xidməti müqavilə), 175-nin isə müqaviləsiz işlədiyi aşkar olunub.

Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.

Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildiriş sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti sahəsinə cəlb olunmamalıdır.

Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.

Monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaqdır.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Avtomobillərin gömrük sərhədindən keçirilməsi qaydası dəyişib

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib. Bu Qayda  gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir.

İndiyə qədər ayrı-ayrı sənədlərin üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilməsi mümkün olmadığı hallarda, bəyannaməçinin yazılı müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim olunmasına icazə veriblər. Gömrük Məcəlləsində ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 gündən gec olmayaraq, gömrük orqanına təqdim olunmalıdır. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı formada öhdəlik təqdim edib. Dəyişikliyə əsasən bundan sonra ayrı-ayrı sənədlərin üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilməsi mümkün olmadığı hallarda, bəyannaməçinin elektron formada müraciəti əsasında da gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim olunmasına icazə verəcəklər. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına həm də elektron formada öhdəlik təqdim edə biləcək.

İndiyə qədər gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə, mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə və malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə gömrük orqanlarına təqdim edilib. Dəyişikliyə əsasən isə gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi  yalnız malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə gömrük orqanlarına təqdim ediləcək.

Mənbə: apa.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnzibati Xətalar Məcəlləsində yenə bəzi dəyişikliklər edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 357-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 9, maddə 1559, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299) aşağıdakı dəyişikliklər edilsin:

1. 61.1.9-cu, 62.2.9-cu və 65.4.7-ci maddələrdə “yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta” sözlərindən sonra “, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilsin.

2. 81.2-ci maddədə “qaydaları” sözündən sonra “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri əlavə edilsin.

3. 96.1.6-cı maddədə, 150.11-ci maddənin birinci və yeddinci cümlələrində və 529.3-cü maddədə “xətaların” sözündən sonra “, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın” sözləri əlavə edilsin.

4. 125.7-ci, 152.5-ci və 339.5-ci maddələrdə “əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilsin.

5. 529.1-ci və 529.2-ci maddələrdə “xətaların” sözlərindən sonra “və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilərdən yayınmaq üçün offşorlardan istifadənin qarşısı alınacaq

posted in: Vergi, Xəbər | 0

“PricewaterhouseCoopers” (PwC) konsaltinq şirkətinin proqnozlarına əsasən, vergi ödəməkdən yayınmaq məqsədilə şirkətlərin və fiziki şəxslərin vergi limanlarından istifadə etməsinin yaxın zamanlarda qarşısı alınacaq. Yeni nəşr edilmiş hesabatda qeyd olunmuşdur ki, öz öhdəsinə düşən ədalətli vergiləri ödəməyənlərə qarşı ictimaiyyət daha sərt mövqe tutur. Buna görə də vergi sahəsində şəffaflığın artırılması üçün gələcəkdə biznes daha böyük səylər göstərməli olacaq: “Maliyyə xidmətlərinə etimadsızlığın hökm sürdüyü bir zamanda vergi şəffaflığı brendin qorunması üçün mühüm əhəmiyyət daşıyacaq. Ədalətsiz vergitutma və ya şübhəli vergi limanlarından istifadənin qarşısı alınacaq”.

Şirkətin hesabatında göstərilmişdir ki, qarşıdan vergi şəffaflığının güclənəcəyi dövr gəlir. Artıq bir neçə offşor zona da daxil olmaqla 50-dən çox ölkə Hesabatlılığın Ümumi Standartını (CRS) qəbul etməyə razılıq vermişdir, rezidentlərin aktivləri və gəlirləri barədə informasiya mübadiləsi həyata keçirilir. Auditorların rəyinə əsasən, CRS “maliyyə müəssisələrində vergi məsələlərinə dair hesabatlılıq üçün səmərəli cavabdehlik yaradır”.

Maraqlıdır ki, PwC şirkətinin biznes üçün təklif etdiyi xidmətlərdən biri də vergi planlaşdırmasıdır – şirkətlərə vergi öhdəliklərinin azaldılmasının qanuni yolları barədə məsləhətlərin verilməsi də bu xidmətə daxildir. 2015-ci ildə Açıq Hesablar üzrə Komitə PwC şirkətini “sənaye miqyasında” vergidən yayınma sxemini mükafatlandırmaqda günahlandırmışdı.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.