Mühasiblər haqqında maraqlı lətifələr (2-ci hissə)

posted in: muhasibat, Məqalə | 0

Ciddi və məsuliyyətli hesab edilən mühasib sənəti haqqında yazılan bir çox lətifə var. Sətiraltı mənaları ilə bəzən mühasiblərin sehrbaz, göz bağlayıcı olduqlarını qeyd etmək olar. Aşağıda qeyd olunan lətifələrdəki kimi. Bu sahəyə olan hörmətimiz çox böyükdür və işləri çox olan mühasiblərimizi qısa da olsa, işdən uzaqlaşdırıb onlara gülüş bəxş etmək istəyirik.

Mühasib Svetlanını şirin tənbəllik basmışdı, prinsipcə son otuz ildə bu Svetanın hiss etdiyi yeganə şey idi.

Mühasib İvanov vərdiş etdiyi kimi pasport aldığı zaman da öz imzasının yerinə direktorunun imzasını atdı.

Əgər sizin mühasibiniz bütün vergiləri ödəyirsə – qoy onda məvacibini vergilər müfəttişiliyindən alsın.

Kənd istehlakçılar cəmiyyətinə mühasib lazım idi – işçilərdən biri – məhsullar üzrə əmtəəşünas, sədrə deyir ki, işini əla bilən bir mühasib tanıyır. Sədr ona “tez xəbər elə gəlsin” deyir. Əmtəəşünas isə yarım il gözləmək lazım gələcəyini bildirir. Sədr səbəbini soruşanda, həmin şəxsin altı aydan sonra həbsdən çıxacağını söyləyir.

Büstqalter və mühasib arasında hansı əlaqə var? – Hər ikisi göstərmək lazım gəlməyən şeyləri gizlədir və elə təəssürat yaradırlar ki, o şeylər həqiqətən yoxdur.

Ağlını itirmiş mühasib özünə hesabat vermir.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

 

 

Vergilər nağd çıxarılan 117,3 milyon manatı banka qaytarıb

posted in: Vergi, Xəbər | 0

Bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılması zamanı 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vergi orqanında uçotda olan hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən ƏDV qeydiyyatında olan, sadələşdirilmiş verginin ödəyicisi olan, mənfəət və ya gəlir (xüsusi notariuslar istisna olmaqla) vergisinin ödəyicisi olan şəxslərə aid edilir.

Bunu Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərov bildirib.

“Fikrimcə, bu, bütün tərəflər üçün ən məqbul mexanizmdir. Bu sahədə bir əsas məqama da diqqət yetirmək lazımdır ki, Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik ən çox vergilərin yığılmasına deyil, ölkədə daimi hərəkətdə olan pul vəsaitlərinin uçotunu aparmağa, hesablaşmalar üzrə şəffaflığı artırmağa və zaman keçdikcə nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəz edilməsinə, bununla da ölkədə bank sisteminin inkişafına səbəb olacaqdır. Vergi orqanları tərəfindən həyata keçirilmiş inzibati tədbirlər nəticəsində 571 ödəyici tərəfindən 117,3 milyon manat vəsait banka bərpa edilmiş, 467 vergi ödəyicisinə 17,9 milyon manat vergi hesablanmış, 795 vergi ödəyicisi barədə isə tədbirlər davam etdirilir”,- o deyib.

Mənbə: marja.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sahibkarlar 17%-lə vergiyə cəlb edilə bilər

posted in: Vergi, Xəbər | 0

Beynəlxalq təcrübəni nəzərə alaraq nağd hesablaşmaların məhdudlaşdırılması və nağdsız əməliyyatların stimullaşdırılması üzrə bəzi təkliflərin nəzərdən keçirilməsi məqsədəuyğundur.

Bunu Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərov bildirib.

“Məsələn, belə hesab edirik ki, fiziki şəxslər və hüquqi şəxslər arasında aparılan əməliyyatların müəyyən məbləğdən artıq olan hissəsi (qeyri-rezidentlər üçün fərqli məbləğlər müəyyən edilə bilər) yalnız nağdsız şəkildə reallaşdırıla bilər, əks halda, aparılan əməliyyatın müəyyən faizi məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir. Bu qaydaların pozulmasına görə həm ödəyənin, həm də ödəməni qəbul edənin birgə məsuliyyət daşımasını nəzərdə tutan qanunvericilik aktının qəbul olunması məqsədəuyğundur.

“İstehlakçıların hüquqlarının müdafiəsi» haqqında Qanunun I fəslində əsas anlayışlar hissəsinə “malların (işlərin, xidmətlərin) ödəniş forması” anlayışının, II fəslində istehlakçıların hüquqları hissəsinə isə “malların (işlərin, xidmətlərin) ödəniş formasını sərbəst seçmək hüququ”nun əlavə edilməsi də vacibdir. Bütün dövlət rüsumlarının və kommunal rüsumların yalnız nağdsız qaydada qəbul edilməsi və ya nağdsız ödənişlər üçün məbləğin müəyyən hissəsi həcmində endirimlərin tətbiqi, fiziki şəxslər tərəfindən kommersiya banklarına yerləşdirilən depozitlər üzrə faizlərin onlara nağdsız şəkildə verilməsi də məqsədəuyğundur. Bundan başqa, banklar tərəfindən verilən istehlak kreditlərinin əhali tərəfindən nağdsız ödənişlər üçün istifadə edilməsi halında kreditlərə güzəştlərin olunması, əhaliyə mal (xidmət) təqdim edən ticarət obyektlərinin aylıq dövriyyələrinin əksər hissəsini (məsələn, 80%-dən yuxarı) nağdsız əməliyyatlar təşkil edən sahibkarların gəlir (mənfəət) vergisinə güzəştli dərəcə ilə (məsələn 17%) cəlb edilməsi də məqsədəmüvafiq hesab edilə bilər”.

Mənbə: marja.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Xarici avtomobillərin aksiz vergisinin artırılması təklif edilir

posted in: Vergi, Xəbər | 0

“Siqaret və alkoqollu içkilərin idxalına tətbiq edilən aksiz vergilərinin gələn ildən etibarən iki dəfə artırılması məhsulların yerli istehsalını stimullaşdırmağı hədəfləyir”. Bunu Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib. Ekspert bildirib ki, aksiz vergilərinin artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə yerli məhsulların istehsalını stimullaşdırmağa dair hökumətin müəyyən etdiyi starategiyaya uyğundur. “Hesab edirəm ki, bu addımlar Azərbaycanda son illər şərabçılığın və tütünçülüyün inkişafında baş verən pozitiv prosseslərlə əlaqədardır. Bundan sonra da digər yerli məhsulların istehsalını stimullaşdırmaq üçün belə addımların atılması vacibdir.

Məsələn, bu gün Azərbaycanda yerli avtomobil istehsalını artırmaq üçün yaxşı zəmin formalaşıb. Naxçıvandan sonra Gəncə və Neftçalada avtomobil zavodlarının mövcudluğu yerli istehsalın artırılmasına təkan verəcək. Nəhayət, öz ölkəmizin istehsalı olan avtomobillərdən kütləvi şəkildə istifadə edə biləcəyik. Təbii ki, burada yeni yaranan avtomobil istehsalı sənayesini daha sürətlə inkişaf etdirmək üçün hökumətin daxili bazarı qorumasına ehtiyac olacaq. Bu isə ilk növbədə idxal olunan xarici avtomobillərə tətbiq edilən aksiz vergilərini bir neçə dəfə artırmaqla mümkün ola bilər. Daxili avtomobil sənayesini qorumaq və stimullaşdırmaq sahəsində qonşu İran və Türkiyədə kifayət qədər yaxşı təcrübə mövcuddur. Hər üç zavod tam gücü ilə işləməyə başladıqdan sonra Azərbaycan iqtisadiyyatına böyük töhfə verə bilər. Digər tərəfdən idxal olunan xarici avtomobillərə aksiz vergilərinin dediyimiz şəkildə artırılması yeni avtomobil zavodlarının tikintisi üçün stimul rolunu oynayacaq”.

Fikrət Yusifov bildirib ki, xaricdən gətirilən içki və tütün məmulatlarının qiyməti ən azından aksiz vergilərinə uyğun şəkildə artacaq.

Maliyyə naziri Samir Şərifov büdcə müzakirələrində bildirib ki, manatın ucuzlaşması idxal olunan alkoqollu içkilərin və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, aksiz vergisinin azalmasına səbəb olub. Nazir qeyd edib ki, növbəti ildən alkoqollu içkilərə tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.