Vergilər Nazirliyinin departament rəhbəri işdən azad olundu

posted in: Xəbər | 0
Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. “Report” xəbər verir ki, Nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.
Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifəsindən azad edilib.
Adıçəkilən departamentə rəhbər təyinatı hələ yoxdur.
N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib. 
Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib.

Vergilər Nazirliyinin aparatına yeni rəhbər təyin edilib

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatına yeni rəhbər təyin edilib.

Yeni təyin olunmuş rəhbər Nigar Əyyub qızı Alimovadır.

Baş vergi xidməti müşaviri olan N.Alimova bundan öncə nazirliyin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentində şöbə müdiri olub. O, yeni vəzifəsində Ağasəməd Veyis oğlu Əfəndiyevi əvəz edib.

Xatırladaq ki, N.Alimova 2015-ci fevralın 9-da ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

Mənbə: report.az

Audit riski vә onun qiymәtlәndirilmәsi

posted in: Uncategorized | 0

Audit riski (audit risk) – Audit riski maliyyә hesabatlarının әhәmiyyәtli dәrәcәdә tәhrif edilmәsi hallarında auditorun müvafiq olmayan rәy bildirmәsi ilә әlaqәdar riskdir. Audit riski әhәmiyyәtli tәhrif riskinin funksiyasıdır (vә ya sadәcә, “әhәmiyyәtli tәhrif riski”dir, yәni auditor yoxlamasından qabaq maliyyә hesabatlarının әhәmiyyәtli dәrәcәdә tәhrif edilmәsi riski) vә auditorun belә bir tәhrifi aşkar edә bilmәmәsi riskidir (“aşkar etmәmә riski”). Әhәmiyyәtli tәhrif riski iki komponentdәn ibarәtdir: tәrkib riski vә nәzarәt riski (aşağıdakı müddәa sәviyyәsindә tәsvir edildiyi kimi). Aşkar etmәmә riski elә bir riskdir ki, bu zaman auditor tәrәfindәn yerinә yetirilәn prosedurlar iqtisadi subyekt rәhbәrliyinin müddәalarında mövcud olan vә öz-özlüyündә vә yaxud digәr tәhriflәrlә birlikdә әhәmiyyәtli tәhriflәri aşkar etmir

Auditor riski üç komponentdәn ibarәtdir:

-tәsәrrüfatdaxili risk;

– nәzarәt vasitәsi riski;

– aşkarlanmayan risk

Auditor tәşkilatı sәhvin aşkarlanması riskinin artmasına tәsir edәn müәyyәn amillәri mütlәq nәzәrә alınmalıdır. Daxili amillәrә aiddir:

– iqtisadiyyatın böhranlı sahәsinә xeyli maliyyә qoyuluşu;

– müәyyәn vaxt kәsiyindә iqtisadi subyektin bir sifarişçidәn, yaxud az miqdar sifarişçidәn vә malgöndәrәndәn asılılığı;

– dövriyyә vәsaitlәrinin satışın hәcminin sürәtlә artmasına, yaxud mәnfәәtin kәskin dәyişilmәsinә uyğun gәlmәmәsi;

– qeyri tipik sövdәlәşmәlәr;

– xidmәtә görә ödәniş, hansıki tәqdim edilәn xidmәtlәrә әsla uyğun gәlmir; -kapitalın strukturu vә mәnfәәtin bölüşdürülmәsi xüsusiyyәtlәri;

– muhasibat uçotunun aparılması vә muhasibat hesabatının hazırlanması qaydalarından kәnarlaşma. Xarici amillәrә aiddir:

– iqtisadiyyat sahәlәrinin vәziyyәti; – sahәnin böhran vәziyyәtilә bağlı sahә xüsusiyyәtlәri;

– istehsal fәaliyyәtinin xüsusiyyәtlәri, istehsalın texnoloji xüsusiyyәti.

Auditin keçirilmәsi haqqında mәktub-öhdәlik vә onun hazırlanma qaydası

posted in: Uncategorized | 0

– göstәricilәr üzrә reytinq – heyәtin sayı, satışdan gәlir, bir mütәxәssisә düşәn gәlir; – xidmәtin qiymәt sәviyyәsi

– mәcburi audit zamanı müәyyәn edilir;

– mümkün gözәştlәr, hansıki auditor firması tәrәfindәn tәәqdim olunur; -müqavilәyә müqavilәyә uyğun olaraq işin keyfiyyәtinә görә mәsuliyyәt;

– әsas müştәrilәr, onlarla fәxr edilir;

– xidmәtin çeşidi – çox vacib meyardır;

– bazarda filialların olması. – regionlarda filialların olması.

Yuxarıdakı meyarlar Auditor firmasının seçilmәsi üçün vacibdir.

Müqavilәdә   qarşılıqlı   әlaqәlәrin    әsas    elementlәri    qeyd    olunur,   onların konkretlәşdirilmәsi isә, nüansların ayrılması öhdәlik mәktubunda әks etdirilir, hansıki әsassız formada tәrtib edilir. Mәktub müqavilә bağlanana qәdәr iqtisadi subyektin icraçı orqanına göndәrilir. O, iqtisadi subyekt tәrәfindәn mütlәq tәsdiq olunmalidir

Öhdәlik mәktubunda aşağıdakı informasiyalar mütlәq әks etdirilmәlidir:

Auditor yoxlamasının şәrtlәri üzrә:

– auditin obyekti vә mәqsәdi;

– filialların vә bölmәlәrin yoxlanılma qaydası; – auditin aparılmasını tәnzimlәyәn qanunvericilik vә normative aktlar haqqında informasiya;

– auditin gedişi zamanı hәll edilәcәk әlavә mәsәlәlәr haqqında informasiya. Audit tәşkilatının öhdәliklәri üzrә:

– auditin nәticәlәri üzrә hesabat forması;

– göstәrdiyi xidmәtlәrә görә auditor tәşkilatının mәsuliyyәti;

– kommersiya sirrinin mühafizәsinә görә öhdәlik;

– auditin gedişindә mümkün risklәr haqqında informasiya.

İqtisadi subyektin öhdәliyi üzrә:

– mühasibat uçotu vә hesabatı sәnәdlәrinin tam vә etibarlı tәqdim edilmәsinә görә mәsuliyyәt;

– ilkin sәnәdlәrdәn, registrlәrdәn, kompyuter mәlumatlarından azad istifadәnin tәqdim edilmәsi;

– auditorun göstәrişi üzrә debitorlara, kreditorlara borcların tәsdiqinә görә mәktub göndәrilmәsi;

– hesabatın   etibarlılığı    haqqında   fikrin    dәyişdirilmәsi   mәqsәdilә    tәsir göstәrilmәmәsi;

– әlavә informasiyalar

– auditin tәxmini tәqvim planı vә qrupun tәrkibi, auditin metodlarının ümumi xarakteristikası,  әmәk    haqqı,   başqa   auditorların   xidmәtlәrindәn   istifadә, mәsuliyyәtin mәhdudiyyәtlәşdirilmәsi vә b.

Müqavilәnin hazırlanması iqtisadi subyektin fәaliyyәti ilә ilkin tanış olduqdan vә auditor xidmәtlәrinin göstәrilmәsi imkanları haqqında qәrar qәbul etdikdәn sonra başlanır. Auditin aparılması haqqında müqavilә özündә standart bölmәlәri: müqavilә predmetini, tәrәflәrin vәzifәlәri, hesablaşmanın dәyәri vә qaydası, işin verilmәsi vә qәbulu qaydası, tәrәflәrin mәsuliyyәti, mübahisәlәrin hәlli, fors-major, başqa şәrtlәr, tәrәflәrin hüquqi ünvanları әks etdirir.

Müәyyәn mәsәlәlәr olur, hansıki müqavilәdә әks etdirmәk lazımdır:

– göstәrilәn xidmәtin haqqı ilә bağlı auditorun müsbәt rәyindәn imtina etmәk imkanı

– yoxlama üçün sәnәdlәrin tәqdim etmәk müddәti. Sifarişçi 24 saat әrzindә sәnәdlәri tәqdim etmәyә borcludur vә 12 saat әrzindә sәnәdlәrin olmaması barәdә informasiya vermәlidir;

– filiallara gedәrkәn auditora kömәk göstәrilmәsi;

-sifarişçinin, yaxud auditorun tәşәbbüsü ilә müqavilәnin vaxtından qabaq lәğv edilmәsi zamanı faktiki yerinә yetirilәn işin haqqının ödәnilmәsi; – ilkin sәnәdlәrin etibarlılığına görә sifarişçinin mәsuliyyәti; 32 – icraçının mәsuliyyәti.

Auditin keçirilmәsi haqqında mәktub-öhdәlik vә onun hazırlanma qaydası