Müəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlər

posted in: Xəbər | 0

Müəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin tanınma meyarlarına uyğun gəlməsini qiymətləndirmək məqsədilə qeyri-maddi aktivlərin yaradılması aşağıdakı mərhələlərdən ibarətdir:

(a) tədqiqat fazası;
(b) təcrübə-konstruktor işləri fazası.

“Tədqiqat” və “təcrübə-konstruktor işləri” anlayışlarının müəyyən edilməsinə baxmayaraq, “tədqiqat fazası” və “təcrübə-konstruktor işləri fazası” bu Standartın məqsədləri baxımından daha geniş anlayışa malikdir.

Əgər müəssisə daxili imkanlar hesabına qeyri-maddi aktivi yaratmaq üçün layihənin tədqiqat fazasını təcrübə-konstruktor işləri fazasından fərqləndirə bilmirsə, bu zaman həmin layihə üzrə sərf olunmuş bütün məsrəflər müəssisə tərəfindən yalnız tədqiqat
fazasının məsrəfləri kimi hesab edilməlidir.


Aktivlərin mübadiləsi

posted in: Xəbər | 0

Qeyri-maddi aktiv (aktivlər) qeyri-monetar aktivin (aktivlərin) və ya monetar və qeyrimonetar aktivlərdən ibarət olan aktivlərin mübadiləsi hesabına alına bilər.

Aşağıdakı hallar istisna olmaqla bu aktivlərin ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:

(a) mübadilə əməliyyatı kommersiya məzmunlu olmadıqda; 
(b) alınmış və ya verilmiş aktivin və ya aktivlərin ədalətli dəyərinin etibarlı əsasda müəyyənləşdirilməsi mümkün olmadıqda.

Əgər alınmış aktivin (aktivlərin) ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, bu zaman həmin aktiv (aktivlər) mübadilə nəticəsində təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyəri ilə qiymətləndirilməlidir. Lakin, əgər təhvil verilmiş aktivin (aktivlərin) də
ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, bu halda alınmış aktiv mübadilə nəticəsində təhvil verilmiş aktivin (aktivlərin) balans dəyəri ilə qiymətləndirilməlidir.

Pul vəsaitləri və ya onların ekvivalentləri mübadilə əməliyyatının bir hissəsi kimi daxil edilərsə, bu onu göstərə bilər ki, mübadilə edilən aktivlərin ədalətli dəyərləri bərabər deyil.

Mübadilə əməliyyatında ədalətli dəyərləri bərabər olan aktivlər iştirak edərsə, alınmış aktivin (aktivlərin) ilkin dəyəri təhvil verilmiş aktivin (aktivlərin) balans dəyərinə bərabər qiymətləndirilir.


Hökumət subsidiyaları hesabına əldə olunan qeyri-maddi aktivlər

posted in: Xəbər | 0

Əgər qeyri-maddi aktiv Hökumət subsidiyası hesabına əvəzsiz və ya nominal ödənişlə əldə olunarsa, o zaman müəssisə “Hökümət subsidiyalarının uçotu və dövlət yardımı haqqında məlumatların açıqlanması üzrə” 17 №-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq həm aktivi, həm də qrantı ilkin olaraq ədalətli dəyərlə tanımaq hüququna malikdir.

Müəssisə qeyri-maddi aktivin ədalətli dəyərlə tanınmaması barədə qərar verdikdə, həmin aktiv, müəssisə tərəfindən “Hökümət subsidiyalarının uçotu və dövlət yardımı haqqında məlumatların açıqlanması üzrə” 17 №-li Milli Mühasibat Uçotu Standartının tələblərinə əsasən ilkin olaraq aktivin istifadəsi ilə bağlı hazır vəziyyətə gətirilməsi üçün bilavasitə çəkilən hər hansı məsrəflər daxil olmaqla nominal dəyərlə tanıyır.


Müəssisələrin birləşməsi zamanı əldə edilmiş qeyri-maddi aktivin ədalətli dəyərinin qiymətləndirilməsi

posted in: Xəbər | 0

Müəssisələrin birləşməsi nəticəsində əldə olunan qeyri-maddi aktivlərin ədalətli dəyəri adətən kifayət qədər etibarlı əsasla qiymətləndirilə bilər. Müxtəlif ehtimallara istinad edən bir sıra mümkün nəticələrin yaranması qeyri-müəyyən hal kimi görsənsə də, o, heç də aktivin etibarlı əsasla qiymətləndirilməsinin qeyri-mümkün olduğunu nümayiş etdirmir, əksinə belə hal ədalətli dəyərin müəyyənləşdirilməsinin bir hissəsini təşkil edir. Əgər müəssisələrin birləşməsi nəticəsində əldə olunmuş qeyri-maddi aktivin istifadə müddəti məhdud olarsa, onda, təkzib edilməsi mümkün dərəcədə güman edilir ki, onun ədalətli dəyəri etibarlı əsasla qiymətləndirilə edilər.


Müəssisələrin birləşməsi nəticəsində əldə olunan qeyri-maddi aktiv yalnız ona aid оlan müvafiq maddi və ya qeyri-maddi aktiv ilə birlikdə ayrıla bilər. Belə olan halda, əgər qrup daxilində mövcud olan aktivlərin fərdi ədalətli dəyərlərinin fərdi qaydada etibarlı əsasla qiymətləndirilməsi mümkün deyilsə, alıcı, aktivlər qrupunu qudvildən ayrı olaraq vahid aktiv kimi tanımalıdır.


Əgər bir-birini tamamlayan qeyri-maddi aktivlərin hər birinin ayrı-ayrılıqda ədalətli dəyəri etibarlı əsasla qiymətləndirilə bilərsə və eyni zamanda hər fərdi aktiv eyni istifadə müddətinə malik olarsa, alıcı onları vahid aktiv kimi tanıya bilər.


Müəssisələrin birləşməsi nəticəsində yaranan qeyri-maddi aktivin ədalətli dəyərinin etibarlı əsasla qiymətləndirilməsini qeyri-mümkün edən şərtlər qeyri-maddi aktivin qanunvericiliklə müəyyən edilmiş hüquqlardan və ya digər müqavilə hüquqlarından, eləcə də aşağıdakı hallardan irəli gəlməsidir:

(a) aktivin ümumi müəssisədən ayrılması mümkün deyil; 
(b) ayrılması mümkündür, lakin həmin və ya oxşar aktivlərin mübadiləsi əməliyyatını əks etdirən və ya təsdiqləyən tarix və ya dəlil mövcud deyildir.


Fəal bazarda kvotalaşdırılmış müvafiq bazar qiymətləri qeyri-maddi aktivlərin ədalətli dəyərinin qiymətləndirilməsi üçün ən etibarlı zəmin yaradaraq, adətən müştərinin malı almaq üçün ödəməyə hazır olduğu cari qiyməti özündə əks etdirir. Əgər təklifin cari
qiyməti mövcud deyilsə, bu zaman son oxşar əməliyyatın qiymətinə istinad edərək ədalətli dəyəri müəyyən etmək mümkündür. Bu halda əməliyyatın aparıldığı tarix ilə aktivin ədalətli dəyirinin qiymətləndirilməsi tarixi arasındakı müddət ərzində iqtisadi
durumda ciddi dəyişikliklər baş verməməlidir.


Əgər qeyri-maddi aktiv üçün fəal bazar mövcud deyilsə, müstəqil, məlumatlı və bu sövdələşməni həyata keçirmək niyyətində olan tərəflərin razılığına əsasən bu aktivin ədalətli dəyərlə əldə оlunduğu alış tarixində müəssisə tərəfindən ən yaхşı infоrmasiya əsasında ödəniləcək məbləğdir. Bu məbləğin müəyyən edilməsi prоsesində müəssisə oxşar aktivlər ilə aparılmış son əməliyyatların nəticəsini araşdırmalıdır.


Nadir növlü qeyri-maddi aktivlərin müntəzəm alışı və satışı ilə məşğul olan müəssisələr, onların ədalətli dəyərlərinin dolayı yolla qiymətləndirilməsi üçün onlara məxsus olan mütərəqqi üsullardan istifadə edə bilərlər. Əgər bu üsulların məqsədi ədalətli dəyəri hesablamaq və aktivlərin məxsus olduğu sənayedəki cari əməliyyatları və təcrübələri əks etdirmək olarsa, bu üsullardan müəssisələrin birləşməsindən əldə olunan qeyri-maddi aktivlərin ilkin qiymətləndirilməsi zamanı istifadə oluna bilər.