Hüquqi şəxslərin dövlət qeydiyyatı prosesi
Dünyaya gələn yaxud dövlət sərhədlərini keçərək ölkəyə daxil olan istənilən fiziki şəxs müvafiq qurumlarda uçota alınır. Analoji olaraq hüquqi şəxslər də təsis edildikdən sonra dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatı vacibdir, bu prosedura keçməmiş hüquqi şəxslər yaradılması, təsis edilməsi hüquqi cəhətdən tamamlanmamış sayılır.
Hüquqi şəxslərin qeydiyyat orqanları
Hüquqi şəxslərin yaradılması məqsədi müxtəlifdir. Onlar müxtəlif formalarda, fərqli təyinatlarla, ayrı-ayrı məqsədlərə xidmət etmək üçün təsis edilir, bu onları fərqləndirən əsas xarakteristik xüsusiyətlərdəndir. Belə xüsusiyyətlər onların hüquqi şəxslərin təşkilati-hüquqi təsnifatının əsasını təşkil edir. Hüquqi şəxslərin qeydiyyat orqanları məhz bu təsnifata uyğun olaraq dəyişir. Məsələn:
- kommersiya müəssisələrinin, habelə publik hüquqi şəxslərin qeydiyyatı Dövlət Vergi Xidmətində;
- dini istiqamətdə fəaliyyət göstərən qurumlar Dini Qurumlarla iş üzrə Dövlət Xidmətində;
- bəziləri Ədliyyə Nazirliyində aparılır.
Hüquqi şəxslər qeydiyyata alınarkən onlar müvafiq reyestrə daxil edilir. Qeydiyyata alınma və reyestrə daxil edilmə xarici hüquqi şəxslərin filialları, nümayəndəlikləri ölkəmizdə fəaliyyətə başladıqda da aparılır.
Dövlət qeydiyyatına alınma hüquqi şəxsin ərizəsi əsasında aparılır, ərizəyə təsisçilər barədə müxtəlif məlumatları təsdiq edən sənədlər, həmçinin təsis sənədləri əlavə edilir.
“Bir pəncərə” sistemi
Əvvəllər qeydiyyat məsələləri nisbətən çətin, yorucu bir iş idi, lakin Azərbaycan Prezidentinin 25 oktyabr 2007-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş 2008-ci il yanvarın 1-dən tətbiq edilən “Bir pəncərə” sistemi qeydiyyat prosedurunu xeyli asanlaşdırmış oldu. Dövlət Vergi Xidmətində tətbiq edilən “Bir pəncərə” prinsipi biznesin qeydiyyatı zamanı tələb edilən prosedurların həm sayında həm də qeydiyyata sərf edilən müddətin azalmasına səbəb oldu. Sistemin tətbiqi həm də kağız sənədlərin sayını azaltmağa kömək etdi. Bu sistemin davamı olaraq 2011-ci ildən “E-qeydiyyat” sistemi tətbiq edilməyə başlandı.
2019-cu ildən etibarən isə “Fin kod + mobil nömrə” üsulu ilə biznesi daha rahat qeydiyyata almaq olur. Hazırda ən çoxu 30 dəqiqə sərf etməklə şirkəti elektron formada, həm də heç bir rüsum, maliyyə sənədi təqdim etmədən dövlət qeydiyyatına almaq üçün müraciət etmək olar.
Qeydiyyata alınma başa çatdıqdan sonra vergi ödəyicisinin təsis sənədləri onlayn qaydada onun elektron kabinetinə göndərilir. Vergi ödəyicisinə təsis sənədlərinin kağız formasında verilməsinə ehtiyac qalmır.
Qeydiyyat vasitələri
Hazırda Bakı şəhərində fəaliyyət göstərən firmaların qeydiyyatı Milli Gəlirlər Baş İdarəsinin (MGBİ) “Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində” həyata keçirilir. Regionlarda yaşayan şəxslər öz şirkətlərini qeydiyyata almaq üçün müvafiq bölgə üzrə ərazi vergi baş idarələrinə müraciət etməlidir.
Şirkətinizi təsis etdikdən sonra sizə mütləq şəkildə asan imza, yaxud elektron imza lazım olacaqdır. Təcrübədə “Asan imzanın” daha çox istifadə edilir. Bunun üçün mobil operatorlarının müvafiq şöbələrinə edə bilərsiniz.
Hazırda mövcud mobil nömrənin dublikatını çıxartmaqla da asan imza əldə etmək olar. Mobil operatorla müvafiq işləri bitirib ASXM-yə (Asan Sertifikat Xidmətləri Mərkəzi) müraciət edərək həmin nömrə üçün 3 illik verilən sertifikatı əldə edilir. Sertifikat alan gün “Asan imza” aktivləşir. Sertifikatın alınması ödənişlidir.
Asan İmza verilərkən 2 pin kod verilir. İlk pin kod girişləri təsdiqləmək üçündür. İkinci pin kod isə əməliyyatları təsdiqləmək üçündür.
Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması prosesi haqqında daha detallı məlumat Vergilər Nazirliyinin rəsmi saytında da verilib. Hüquqi şəxsin növündən asılı olaraq qeydiyyatın necə aparılmasına oradan baxa bilərsiniz.
Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı “Depozit lotereyası” davam edir. Şərtlərə əsasən 31 oktyabr 2024-cü il tarixinədək minimum 500 AZN olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər lotereyada qalib olmaq şansı qazanırlar.