İqtisadi inkişafa gedən yolda vergi islahatlarının təsiri

posted in: Xəbər | 0

İqtisadiyyatın inkişafı milli sosial rifah səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir. Bu məqsədlə ölkəmiz üçün ortamüddətli dövrdə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq, özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətləndirilməsi inkişaf prioritetlərinin əsas qayəsini təşkil edir. Bunun üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmləndirilməsi sahəsində müxtəlif islahatlar həyata keçirilir.

“Biznesə daxilolma” sahəsində əhəmiyyətli yeniliklər

Sahibkarlıq mühitinin inkişafı istiqamətində aparılan vergi islahatları bu baxımdan diqqəti cəlb edir. Bu islahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq baxımdan, həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün mühüm addımlar atılmasına şərait yaradıb. Dünya Bankının “Business Ready” hesabatı əsasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında, mülki və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edilib. “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzanın tətbiqi ilə bağlı texniki imkanların yaradılması kimi innovativ alət tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin edilməsinin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Həmçinin, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması təmin edilib. Bütün bunlar biznes qurmaq istəyənlər üçün lazım olan qaydaların mərhələlərinin, prosedurların və vaxt itkisinin azalmasını təmin edib.

İslahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq baxımdan,
həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün
mühüm addımlar atılmasına şərait yaradıb

Biznesə başlama stimullaşdırılır

Biznesə başlama sahəsində qaydalar sadələşdirildikcə, sahibkarlar üçün yeni stimullar yaranır. Bu isə bütövlükdə ölkəmizdə biznes üzrə məşğulluğun təşviqinə və iqtisadi aktivliyin daha da yüksəlməsinə müsbət təsir göstərir. Biznesə başlama prosesinin optimallaşdırılması səmərəliliyin artması və risklərin minimuma endirilməsini təmin edir. Bu, bazara daha sürətli çatmağa, resurslardan daha yaxşı istifadəyə və biznes təmsilçilərinin məmnuniyyətinin yüksəldilməsinə gətirib çıxarır. Bizneslə bağlı təməl prosedurların təkmilləşdirilməsi biznesin miqyasının genişlənməsinə, rəqabət qabiliyyətinin artmasına və uzunmüddətli fəaliyyətin təmin edilməsinə kömək edir. Optimallaşdırılmış biznes prosesi bütün zəruri hüquqi, maliyyə və tənzimləyici addımların (lisenziyalar, icazələr və s.) gecikmə olmadan tamamlanmasını təmin edir. Əlavə prosedurlardan azad olan biznes subyekti rəqiblərindən daha sürətli və daha səmərəli formada bazara daxil olmaqla, mövqeyini möhkəmləndirə və müştəriləri daha tez cəlb edə bilir. Yaxşı optimallaşdırılmış başlanğıc prosesi hər bir komanda üzvü üçün aydın rol və məsuliyyətləri müəyyən edir ki, bu da daha yüksək məhsuldarlığa səbəb olur.

Optimallaşdırılmış biznes prosesi bütün zəruri hüquqi, maliyyə və
tənzimləyici addımların gecikmə olmadan tamamlanmasını təmin edir

İdarəetmə nəzəriyyəsinin tanınmış nümayəndələrindən olan Peter Duker çıxışlarının birində qeyd edir ki, gələcəyi proqnozlaşdırmaq üçün onu formalaşdırmaq lazımdır. Bu fikri biznes mühitinin təkmilləşməsinə tətbiq etsək, belə nəticəyə gəlmək olar ki, dayanıqlı iqtisadi artımı təmin etməkdən ötrü ilk növbədə biznesə başlamaq üçün əlverişli mühit yaratmalıyıq. Bu mənada hazırda biznesə başlama sahəsində müşahidə edilən irəliləyişlər iqtisadiyyatın dayanıqlı inkişafı ilə bağlı nikbin proqnozlara əsas verir.

Kadr uçotu üçün cədvəllər

Kapital Bank tələbələrə karyera yolunda yeni imkanlar yaratmağa davam edir

posted in: Xəbər | 0

Ölkənin Birinci bankı Kapital Bank Korporativ Sosial Məsuliyyət startegiyasına uyğun olaraq cəmiyyətin dayanıqlı inkişafına xidmət edən layihələrlə tez-tez gündəmə gəlir. Bu layihələr sırasında “Təhsilə dəstək” istiqaməti xüsusi yer alır.

Bankın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqları fəaliyyət göstərir. Burada tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı, vaxtaşırı bankda çalışan peşəkar mütəxəssislər tərəfindən təlimlərə cəlb olunur, eyni zamanda iş dünyasında uğur qazanan peşəkar insanlarla ustad dəsrlərinə qoşulub fikir mübadiləsi aparırlar. Bu istiqamətdə növbəti təlim Bakı Mühəndislik Universitetində və Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində keçirilib.

Ötən günlərdə Kapital Bank-ın Gəncə filialının rəhbəri Vüqar Paşayev “Uğur layihəsi və müasir bankçılıq” mövzusunda Azərbaycan Texnologiya Universitetinin tələbələrinin qarşısında çıxış edib. Təlimdə “Vaxtın doğru idarə edilməsi”, “İş həyatında emosional intellektin və yumuşaq bacarıqların rolu”, “Bankçılığın müasir tendensiyaları”, “Rəqəmsallaşma” kimi mövzular müzakirə edilib. 50 nəfər tələbənin qoşulduğu təlim interaktivliyi və gənclərin aktiv iştirakı ilə yadda qalıb.

Bakı Mühəndislik Universitetinin tələbələri isə 3 günlük silsilə təlimlərdə iştirak ediblər. Ali məktəbdə fəaliyyət göstərən Kapital Bank otağında baş tutan təlim müasir dövrün qlobal istiqamətlərindən biri olan “Kibermüdafiə” mövzusuna həsr olunub. Təlimin ilk günündə bankın İnformasiya təhlükəsizliyi departamentinin Tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və şöbənin əməkdaşı Fərhad Abdulkərimov “Kibertəhlükəsizlik sahəsində karyera” mövzusunda öz biliklərini tələbələrlə bölüşüblər. Kibertəhlükəsizlik fakültəsinin 1-ci kurs tələbələrinin iştirak etdiyi təlimdə bu istiqamətdə karyera imkanları, kibertəhlükəsizliyin gələcək perspektivləri müzakirə edilib.

Kapital Bank-ın Tətbiqi proqram təhlükəsizliyi üzrə mütəxəssisi Oqtay Nəbili “Kiber hücumların anatomiyası” mövzusunda təlimin ikinci günündə tələbələrlə görüşüb. Proqramın son günündə “Tətbiqi proqramların təhlükəsizliyi” mövzusunda tələbələrin suallarını bankın bu sahə üzrə mütəxəssisi Fərid Lalayev cavablandırıb.

Sonda layihədə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk,  Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Aksizli malların geri qaytarılması və vergi düzəlişləri

504 saylı “Qısamüddətli borclar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Qısamüddətli öhdəliklər

Müəssisənin öhdəlikləri (bunu borc alınmış kapital da adlandıra bilərik)  ödəmə müddətindən asılı olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”-ın (müəssisəsinin balansı) iki bölməsində təqdim edilir.

Qısamüddətli öhdəliklərə təşkilatın təchizatçılara (təchiz edilmiş mallara, görülən işlərə və təşkilat üçün göstərilən xidmətlərə görə), alıcılara (onlardan alınan avanslara görə), təsisçilərə və əməkdaşlara, büdcəyə və büdcədənkənar fondlara, borcverənlərə və digər kreditorlara olan borclar aiddir. Mühasibat uçotunun hesablar planında qısamüddətli öhdəliklər aşağıdakı kimi qruplaşdırılıb:

  • 50-ci maddə – “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər“;
  • 51-ci maddə – “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər”;
  • 52-ci maddə – “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”;
  • 53-cü maddə – “Qısamüddətli kreditor borcları”;
  • 54-cü maddə – “Sair qısamüddətli öhdəliklər”.

 504 saylı “Qısamüddətli borclar” hesabı 50-ci maddə üzrə açılan mühasibat uçotu hesablarından biridir.

“Qısamüddətli borclar” hesabı

Mühasibat uçotu subyektlərində subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 40.1 maddəsinə görə “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər“ maddəsi üzrə aşağıdakı hesablar açıla bilər:

“Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər“ maddəsi üzrə aşağıdakı açılan hesablar.

Hər hansı bir müəssisənin əldə etdiyi və hesabat tarixindən sonra 12 ay müddətində ödənilməli olan bank olmayan müəssisələrdən alınan borclar qısamüddətli borclar adlanır.

504 saylı “Qısamüddətli borclar” hesabı öhdəlik hesabı mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan borcları barədə ümumiləşdirilmiş məlumatların qeydiyyatı üçün nəzərdə tutulub.

504 saylı hesab üzrə müxabirləşmələrin tənzimlənməsi

Mühasibat yazılışları yuxarıda qeyd edilən qaydaların müvafiq bəndlərinə uyğun tənzimlənir.

Qısamüddətli borclar yarandığı zaman baş verə biləcək mümkün  hallar sözü gedən qaydaların 40.20-ci bəndi əsasında nizamlanır.

Belə borclar üzrə məzənnə fərqi yarandıqda mühasibat yazılışları qaydaların 40.21 bəndinin tələbləri nəzərə almaqla tənzimlənir.

Mühasibat uçotu subyektləri tərəfindən qısamüddətli borclar ödənildikdə qaydaların 40.22-ci bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı isə 40.23-cü bəndi tətbiq edilir.

Qısamüddətli borcların bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi zamanı yaranan hallar sözügedən qaydalardakı 40.24-cü bəndə əsasən tənzimlənir.

Digər şəxslərdən borc götürüldükdə mühasibat yazılışlarına nümunə

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün əməkdaşı olan “B” MMC-dən 36000 manat məbləğində borc pul almışdır. Tərəflər arasındakı müqaviləyə əsasən alınan  borc 1 il ərzində ödənilməli və illik borcun 10 faizi məbləğində faiz ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisə tərəfindən istiqrazlar buraxıldıqda 223 – Bank hesablaşma hesabları 504 – Qısamüddətli borclar 36000.00
2 Əsas məbləğlə bağlı faiz xərcləri hesablandıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 3600.00
3 Hesablanmış  faiz borcu ödəndikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borclar 223 – Bank hesablaşma hesabları 3600.00
4 Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri) 3600.00
5 Hesabat ilinin sonunda faiz xərci ümumi mənfəət(zərər) hesabına bağlandıqda 801 – Ümumi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 3600.00

Alınmış borc və bank krediti ödənildikdə müxabirləşmə nümunəsi

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. May ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problem həll olunmuşdur. İllik faiz dərəcəsi 17%. Lakin meydana çıxan digər problemlə əlaqədar əməkdaşlıq etdiyi “B” MMC-dən 36000 manat məbləğində borc pul almışdır. İyun ayının sonuncu iş günü təhtəlhesab şəxsə cəmi 10793 manat verilib. Həmin məbləğ bank krediti, onun faizi, alınmış borc məbləğinin aylıq ödənişini əhatə edir.

Deməli, avans hesabatına əsasən aşağıdakı əməliyyatlar uçota alınır:

Bank krediti ödənilib – 6660 manat

Bank faizi ödənilib – 1133 manat

Alınmış qısamüddətli borclar qaytarılıb – 3000 manat

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Təhtəlhesab şəxsə ödəniş edildikdə 244 – Təhtəlhesab məbləğlər 221 – Kassa 10793.00
2 Təhtəlhesab şəxs tərəfindən bank krediti ödənildikdə 501 – Qısamüddətli bank kreditləri 244 – Təhtəlhesab məbləğlər 6660.00
3 Təhtəlhesab şəxs tərəfindən bank faizi ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 244 – Təhtəlhesab məbləğlər 1133.00
4 Təhtəlhesab şəxs tərəfindən alınmış borc qaytarıldıqda 504 – Qısamüddətli borclar 244 – Təhtəlhesab məbləğlər 3000.00

Proqram təminatlarına texniki dəstək əldə edən vergi ödəyicilərinin öhdəlikləri hansılardır?

Birbank Biznes-dən korporativ müştərilər üçün yeni loyallıq proqramı: Birbank Biznes bonusları

posted in: Xəbər | 0

Birbank Biznes korporativ müştərilərinin ehtiyaclarını qarşılamaq və onlara daha yaxın olmaq məqsədilə yeni loyallıq proqramını təqdim edir. Birbank Biznes-dən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan layihə  çərçivəsində müştərilər bank əməliyyatlarını həyata keçirdikcə bonuslar qazanacaq və topladıqları bonusları əməliyyatlar zamanı istifadə edə biləcəklər.

Yeni loyallıq proqramının əsas xüsusiyyətləri:

Bonus qazanmaq imkanı: Həyata keçirilən hər bir ölkədaxili köçürmə, ölkəxarici köçürmə və valyuta mübadiləsi əməliyyatı müştərilərə bonuslar qazandıracaq. Bu, hər bir əməliyyatın müştərilər üçün əlavə dəyər yaratması deməkdir. Bonusların toplanması Birbank Biznes istifadəçilərinin gündəlik biznes fəaliyyətlərini daha da sərfəli hala gətirir.

Bonusların istifadəsi: Toplanan bonuslar müştərilərə gələcək bankdaxili əməliyyatlarının komissiyalarını qismən və ya tam ödəmək imkanı yaradır. Bu, əməliyyat xərclərini optimallaşdırmağa və maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verir. Bu isə müştərilər üçün sərfəli olmaqla yanaşı, həm də onlara bizneslərinin maliyyə idarəetməsini gücləndirmək imkanı yaradır.

Loyallığın artırılması: Bu proqram korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığı hədəfləyir. Belə ki, müştərilərin əməliyyatlarına əlavə fayda qataraq onlara bankın müxtəlif məhsul və xidmətlərindən daha geniş istifadə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız bir məhsul üzrə deyil, bir neçə məhsul üzrə də daha fəal və effektiv şəkildə fəaliyyət göstərərək bizneslərinə dəyər qata bilərlər.

Ətraflı məlumat üçün: https://kbl.az/bbpr

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Aksizli malların geri qaytarılması və vergi düzəlişləri

1 278 279 280 281 282 283 284 2. 692