Royaltidən ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

Royalti nədir?

İngiliscə “royalty” anlayışı “kral” yaxud “dövlət” sözündən götürülüb. Tarixən royalti qazma, mədən işləri görən sahibkarlar tərəfindən dövlətə, krallığa verilən ödəniş olub. Hazırda royalti müxtəlif sahələrində istifadə olunur: icarə haqqı, müəllif hüquqları, patentlər, təbii sərvətlərdən istifadə, mülkiyyət üçün payın ödənilməsi və s. Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq royaltidən ödəmə mənbəyində vergi tutulur.

Royaltinin tərifi Vergi Məcəlləsinin 13.2.23-cü maddəsində verilib:

AR VM, maddə 13.2.23:

Royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Hazırda bu anlayışdan daha çox françayzinq münasibətlərində istifadə edilir. Françayzinq (əsasını fransız sözü franchir (azad etmək) təşkil edir) bazarın subyektləri arasında formalaşan müqavilə münasibətləri növüdür. Françayzinq, sahibkarın fərqli bir brend altında və digərləri tərəfindən qurulmuş biznes proseslərə uyğun öz biznesinin təşkili üsuludur.  Bunun üçün o (françayzi), digər tərəfə (françayzer):

  • haqq (biznesə girmək üçün birdəfəlik ödəniş) və;
  • royalti (dövriyyə və ya marja üzrə faiz şəklində dövri ödənişlər) ödəyir.

Dövri ödənişlər şəklində ödənilən royaltidən ödəmə mənbəyində vergi tutulur.

Royalti necə alınır?

Royaltiyə aid nümunələrə baxaq:

  1. İş adamı müəyyən brend altında restoran açmaq istəyir. O, böyük bir şəbəkənin brendindən istifadə hüququ üçün müqavilə bağlayır, işi öyrənir, bazara daxil olur və sonra mütəmadi olaraq royalti ödəyərək restoranı özü inkişaf etdirir.
  2. Musiqi həvəskarı sevdiyi mahnıya qulaq asır. Kompozisiyanın Rəsmi resursda hər oxunuşu üçün müəllif hüququnun sahibi royalti alır.

Royalti ödənişləri, adətən, özündə uzunmüddətli və dövrü ödənişləri ehtiva edir. Beynəlxalq təcrübədə royalti ödənişlərinin üç formasına rast gəlmək olar. Bu formalar aşağıdakı şəkildə verilib:

Royaltinin alınma formaları. Alınmış royaltidən ödəmə mənbəyində vergi tutulması

Təcrübədə ən geniş yayılmış forma royaltinin faizlər formasında alınmasıdır. Qarışıq məbləğ ödənişin müəyyən faiz dərəcəsində, lakin hansısa məbləğdən aşağı olmamasını nəzərdə tutur.

Royaltidən ödəmə mənbəyində vergi necə tutulur?

Royaltidən Vergi Məcəlləsinin 124.1 maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə tutulur. Verginin ödəmə mənbəyi rezidentin yaxud qeyri-rezidentin AR-dakı daimi nümayəndəliyinin ödədiyi (yaxud onun adından ödənilən) royalti gəliridir. Həmin gəlir royaltidən ödəmə mənbəyində vergiyə cəlb olunması üçün VM-in 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən əldə edilməlidir.

Royalti gəliri AR ərazisində saxlanılan yaxud istifadədə olan əmlaka görə alınarsa, VM-nin 13.2.16.10-cu maddəsinə əsasən Azərbaycan mənbəyindən gəlir sayılır.

Araşdırmaçı jurnalist qəzetlə müqavilə bağlayır. Müqaviləyə əsasən onun “Elm və texnikanın inkişaf tarixi” adlı iri həcmli yazısı ardıcıl olaraq bir neçə nömrədə paylaşılacaq. Müqaviləyə əsasən redaksiya yazara 3500 manat birdəfəlik royalti ödəməyi üzərinə götürür. Royaltidən ödəmə mənbəyində vergi (3500*14%=490 manat)tutulduqdan sonra 3010 manat jurnalistin bank hesabına köçürülür.

Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən “royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.”

Nəzərə almaq lazımdır ki:

  • royalti gəliri fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyəti üzrə əldə etdiyi gəliri sayılır;
  • əgər həmin fiziki şəxsdən ödəmə mənbəyində 14%-lik vergi tutulubsa, eləcə də fiziki şəxs onu ödəyibsə o gəlirdən yenidən vergi tutula bilməz;
  • fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərin də gəlirləri (məsələn, françayzinqdə) royalti ola bilər;
  • rezident müəssisəyə, yaxud qeyri-rezidentin daimi nümayəndəliyinə respublika ərazisində ödənilən royaltidən ödəmə mənbəyində vergi tutulmur, onlar vergini müvafiq vergi növünə uyğun dərəcələrlə ödəyirlər.

Royaltiyə görə vergidən azadolma

Hal-hazırda Məcəllədə royaltiyə görə vergidən bir halda azadolma nəzərdə tutulub. 2018-ci il yanvarın 1-dən 6 il müddətinə müəyyən edilmiş azadolma Azərbaycan Respublikasında keçirilən Formula yarışları ilə bağlıdır. Bu vergi güzəşti qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə bağlanılmış müqavilə əsasında, onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirlərinə aiddir (VM, maddə 106.1.28).

Royalti kimi tanınan əməliyyatların əhatəsi genişdir. Belə əməliyyatlardan əldə edilən gəlirlərdən vergitutma, o cümlədən royaltidən ödəmə mənbəyində vergi tutulmasına nümunələrlə buradan da tanış ola bilərsiniz.

Hesablama metodundan istifadə zamanı icarədən ödəmə mənbəyindən vergi tutulması

Hüquqi şəxslərin ləğvi necə aparılır

posted in: Hüquq, Xəbər | 0

Müflis olma və hüquqi şəxsin ləğvi

Hüquqi şəxsin ləğvi həm təsisçilərin təşəbbüsü, həm də başqa səbəblərdən ola bilər. Ləğv etmədən sonra onların hüquqi qabiliyyəti bitir.

Əslində şirkətlər, xüsusilə kommersiya təşkilatları ləğv edilmək üçün yaradılmır. Kommersiya qurumlarının məqsədi gəlir əldə etməkdir, odur ki, onlar öz fəaliyyətləri dövründə mövcudluqlarını qorumaq istəyirlər. Eyni zamanda təşkilatların konkret məqsədlərə nail olmaq üçün yaradılması da mümkündür, bu məqsədlərə çatdıqdan sonra nizamnamədə qeyd edilən qaydada ləğv edilə bilər. Belə xüsusi hallarda konkret məqsədlərdən başqa, fəaliyyət müddəti də qeyd edilməlidir.

Hüquqi şəxslərin ləğvi qanunvericiliklə müəyyən edilmiş təsis edilmə, qeydiyyata alınma prosedurlarında baş verilmiş əhəmiyyətli qanun pozuntusu hallarının sonradan aşkar edilməsi halında baş tuta bilər.

Müflis elan olunma da hüquqi şəxsin ləğvi ilə nəticələnə bilər. Bu proses “Müflisləşmə və iflas haqqında” AR qanunun ilə  tənzimlənir.

İflas proseduru şirkətlərin ödəmə qabiliyyəti itəndə və şirkəti  sağlamlaşdırmaq mümkün olmadıqda baş verir. Müflis olma və ləğv edilmə 1 ilin içərisində yekunlaşır, əks halda qanunvericilik ləğv prosedurunu yenidən başlamağı tələb edir.

Hüquqi şəxsin ləğvi səbəbləri

Deməli təsnifləşdirəsi olsaq hüquqi şəxslərin ləğvi səbəblərinə aşağıdakıları nümunə göstərə bilərik:

  1. Təsisçilərin aşağıda qeyd edilmiş səbəblər başqa, digər səbəblə bağlı könüllü yekdil ləğv edilmə rəyi
  2. Şirkətin nizamnamədə müəyyən edilmiş hədəflərinə çatması
  3. Şirkətin nizamnaməsinə uyğun fəaliyyət müddətinin bitməsi
  4. Hüquqi şəxsin dövlət qeydiyyatı zamanı yol verilmiş əhəmiyyətli qanun pozuntusu halları
  5. Firmanın müflis olması
  6. Lisenziyanın ləğv edilməsi, yaxud mühüm qanunvericilik tələblərinin kobud çəkildə pozulması

Əslində yuxarıdakı səbəbləri könüllüməcburi kimi iki böyük qrupa aid etmək olar.

Hüquqi şəxsin ləğv olunması aşağıdakı hallarda həyata keçirilir:

Biz saytımızda, başqa bir məqalədə hüquqi şəxsin yenidən təşkili ilə bağlı ləğv edilmə haqqında danışmışıq. Bu halı da ayrıca kateqoriya kimi ayırmadan, təsisçilərin könüllü yekdil rəyi kateqoriyası kimi xarakterizə etməyimiz daha doğru olar.

Qeyd etmək vacibdir ki, hüquqi şəxsin ləğvi üçün Mülki Məcəllənin normalarını bilmək mütləqdir. Nəzərə almaq lazımdır ki, İstənilən bu material informasiya verici xarakter daşıyır. Hüquqi şəxslərin yenidən təşkil qaydasında ləğvi ciddi təcrübi bilik tələb edir. Belə ki, həmin prosedur zamanı hüquqların, vəzifələrin vərəsəlik qaydasında keçidinə son dərəcə diqqət etmək lazımdır.

Hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğvi ilə bağlı xidmətlər

Hüquqi şəxsin ləğvi prosesi

Hüquqi şəxslərin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fiziki şəxsin fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.

Amma, qeyd edək ki, ləğv proseduru bir ərizə yazıb dərhal şirkəti ləğv etmək demək deyil. Bu mərhələli şəkildə baş verən bir prosesdir. Hə birimiz lisenziyası geri alınmış bankların ləğvi haqqında az-çox məlumatlıyıq; bu proses illərlə, bəzən hallarda 4-5 il və daha çox çəkən prosesdir.

İlk növdə təsisçilərin hüquqi şəxsin ləğvi ilə bağlı qərarı olmalıdır.

Siz təcrübənizdə çox halda şirkətin sahiblərinin qərarıyla onun ləğv edilməsi halını görəcəksiniz. Bunun üçün sizin əlinizdə təsisçilərin qərarı olmalıdır. Qərarda şirkətin ləğvi ilə bağlı müddəalar, təsviyəçinin (ləğvetmə komissiyasının təyin olunması, ləğv prosedurunun başlaması barədə göstəriş olmalıdır. Təsviyəçi işlərdə təcrübəsi olan biridir, onun daha əvvəl ləğv edilən hüquqi müəssisədə çalışması şərt deyil.

Eyni zamanda nəzərə almaq lazımdır ki, nə qədər ki, şirkət hələ ləğv edilməyib, o, mülki hüquq qabiliyyətini özündə saxlayır.

Ləğv üçün müraciət

Təsviyəçi təsisçilərin qərarı ilə Dövlət Vergi Xidmətinə müraciət edir. Bununla ləğv proseduru başlamış olur. Ləğv prosesinə daxil olmuş hüquqi şəxsin İnternet Vergi İdarəsində “Online kargüzarlıq” üçün açılmış elektron kabinetində statusu “Ləğv prosesindədir” kimi görünür. İlk müraciətinizdə siz prosesin ilk mərhələsində olursunuz, bunun üçün sizin möhürünüz Dövlət Vergi Xidmətinə təhvil verilir, qanunla isə sizə “Ləğv prosesindədir” möhürünü əldə etmək tələbi qoyulur.

Hüquqi şəxsin ləğvi şirkət müflis olmayla sonlanmırsa deməli ödəmə qabiliyyəti vardır. Ona görə ondan ödəmə qabiliyyətininin olması barədə hesabat istənilir. Eyni zamanda kreditorların mənafeləri məqsədiylə mümkün ola biləcək tələblərinə azı 2 ay vaxt verilir. Vergilər qazetində elanın yerləşdirilməsi bunun üçündür.

Qanunla təsviyyəçi yalnız mətbu qazetdə elan verməklə kifayətlənməməli, eyni zamanda kreditorlarına mövcud məsələylə bağlı bildiriş göndərməlidir. Ancaq biz praktikada bunu çox az görürük. Sözün düzü, praktikada adətən şirkətlər öncə debitor-kreditorlarıyla tam hesablaşdıqdan sonra proseduru başladırlar.

Prosedurun növbəti mərhələsi ləğvetmə balansının qəbul edilməsi, qalıq əmlakın bölüşdürülməsi prosedurudur.

Ləğvetmənin ikinci mərhələsində “Ləğv prosesindədir” möhürü də, şəhadətnamə, dövlət reyestrindən çıxarış da sizin alınacaqdır.

Kommersiya qurumlarına münasibətdə sözügedən işlər hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində ( 1 pəncərə ) həyata keçirilir.

Qısa məlumat olaraq, xatırladaq ki, hüquqi şəxsin ləğvi zamanı işçilərin əmək müqaviləsinin xitamı ilə bağlı əmək qanunvericiliyinin tələblərinə, o cümlədən işçilərə kompensasiyanın verilməsin diqqətdə saxlamaq lazımdır.

Fiziki və hüquqi şəxslərin ləğvi ilə bağlı DVX-nin elektron portalının “Bir pəncərə//Məlumat dəyişikliyi və ləğv edilmə prosedura” səhifəsindən daha geniş məlumat almaq olar.

Yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı

Öz hesabına (ödənişsiz) məzuniyyət əmrinin ləğvi: forma nümunəsi

posted in: Xəbər | 0

Ödənişsiz məzuniyyətin dayandırılması zərurəti yaranarsa, işəgötürən və işçi onun vaxtından əvvəl ləğvi barədə razılığa gələ bilərlər. Amma işəgötürən, səbəbindən asılı olmayaraq, işçinin razılığı olmadan bunu birtərəfli qaydada edə bilməz. Məzuniyyətin ləğvi qaydaları burada verilib.

İşəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyət əmrinin ləğvinə razılıq

(doldurma nümunəsi)

“ABCS” MMC-nin direktoru
Xx.Yy. Zzzzzzzzzz

Ödənişsiz məzuniyyətin dayandırılmasına
RAZILIQ

Mən, Mmmmmmmmm Nnnnnnnnnn Lllllllllllllllllll, 10 sentyabr 2023-ci il tarixdən ödənişsiz məzuniyyətimin dayandırılmasına etiraz etmirəm.
Xəzinədar                       N.L. Mmmmmmmmm
Tarix                                           (imza)

 

İşçinin təşəbbüsü ilə ödənişsiz məzuniyyət əmrinin ləğvi üçün ərizə

(doldurma nümunəsi)

“ABCS” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru
Xx.Yy. Zzzzzzzzzz
Mmmmmmmmm Nnnnnnnnnn Lllllllllllllllllll

Ödənişsiz məzuniyyətin dayandırılması üçün
ƏRİZƏ

Mənə 03.09.2023-ci il tarixdən 17.09.2023-ci il tarixədək verilmiş ödənişsiz məzuniyyətin 10.09.2023-ci il tarixdən dayandırılmasını xahiş edirəm.

07 sentyabr 2023-ci il              N.L. Mmmmmmmmm __________________________

 

Ödənişsiz məzuniyyətin ləğvi haqqında əmr nümunəsi

“ _______________ ” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə

ƏMR № ___
Zərdab şəhəri                                                                                                                                                  ____._____. 20___-cı il

“Ödənişsiz məzuniyyətin vaxtından əvvəl dayandırılması haqqında”

Cəmiyyətin (vəzifəsi, adı, soyadı, atasının adı) 03.09.2023-ci il tarixdən 17.09.2023-ci il tarixədək verilmiş ödənişsiz məzuniyyəti dayandırılsın və 10 sentyabr 2023-cü il tarixdə xəzinədar kimi əmək fəaliyyətini davam etdirsin.

Əsas: (İşçinin soyadı, adı, atasının adı) ərizəsi (yaxud razılığı)

MMC-nin direktoru imza (soyad, ad)

İşçi (tanış oldum)_________________ İşçinin adı soyadı atasının adı
Tarix                                (imza)

Faylı yükləyin

Hesablama metodundan istifadə zamanı icarədən ödəmə mənbəyindən vergi tutulması

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469 802 vahid artıb və bu il oktyabrın 1-nə 1 871 717 olub.

Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 445 682 vahid artaraq 985 604 təşkil edib.

“Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az

504 saylı “Qısamüddətli borclar” hesabı üzrə uçot

1 276 277 278 279 280 281 282 2. 692