Ezamiyyə əmri üçün nümunələr

posted in: Xəbər | 0
birbank biznes

İşəgötürən xidməti tapşırıqların (məsələn, tərəflərlə danışıqlar, struktur vahidində audit, təchizatla bağlı problemlərin həlli və sair) icrası üçün işçini ezamiyyətə göndərə bilər. Qaydalara əsasən, ezamiyyənin məqsədindən asılı olmayaraq, xidməti ezamiyyətə göndərilməsi üçün ezamiyyə əmri hazırlanır. Ezamiyyə əmrinin standart forması yoxdur, amma ezamiyyə əmrinin hazırlanması zamanı bir sıra tələblər nəzərə alınmalıdır. Burada ezamiyyə əmri nümunəsi üçün müxtəlif variantlar verilib.

Ezamiyyə əmrinin nümunəvi forması

Aşağıda tərəfimizdən hazırlanmış ezamiyyə əmri forması verilib

“XXXXX” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə

ƏMR _____

_____________şəhəri                                                                                                                  ___.___._____-ci il

İşçinin ezamiyyəyə göndərilməsi haqqında          

  1. Cəmiyyətdə ___________________________________ vəzifəsində çalışan XXX  XXX  XXX  ___.___.____-cı il tarixdən ___.___.____-cı il tarixədək ____ (____________) gün müddətinə _______________________ şəhərinə ___________________ təşkilata ezam edilsin.
  2. Ezamiyyənin məqsədi ______________________________________________________
  3. Ezamiyyə üçün əsas
  4. İşçi ___.___.______-cı il tarixində işə başlasın.
  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 2001-ci il tarixli  66 nömrəli “Ezamiyyə xərcləri normaları haqqında” Qərarına əsasən ezamiyyə xərcləri ödənilsin.
  6. Əmrin icrasına nəzarət __________________________ həvalə olunsun.

Direktor               XXX XXX XXX 

İşçi əmrlə tanış edilib:                      (şəxsi imza)              “___” ____________ ____ -ci il.

Ezamiyyə əmrinin formasını buradan yüklə

Nəzərə almaq lazımdır ki, bu forma mütləq deyil, ehtiyac olduqda ona nəyisə əlavə etmək, yaxud nəyisə çıxmaq olar. Əsas odur ki, qanunvericiliyin tələbləri pozulmasın. Məsələn, ezamiyyənin məqsədi, maliyyə mənbəyi göstərilməlidir. “XXX müəssisənə göndərilir” kimi ümumi ifadədən istifadəyə yol verilmir.

Ezamiyyə əmrinə nümunə

Aşağıda verilmiş forma əsasında hazırlanmış ezamiyyə əmri nümunəsi verilib.

SƏMA Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə

ƏMR № 15

Gəncə şəhəri                                                                                                                                                                                       04 iyun 2023-cü il

İşçinin ezamiyyəyə göndərilməsi haqqında    

  1. Cəmiyyətdə aparıcı mütəxəssis vəzifəsində vəzifəsində çalışan Quliyeva Sevda Əli qızı 05 iyun 2023 tarixdən 07 iyun 2023 tarixədək 3 (üç) gün müddətinə Bakı şəhərinə “EDU” tədris mərkəzinə ezam edilsin.
  2. Ezamiyyənin məqsədi: “MS Excel proqramının biznes yönümlü istifadə” təlim proqramında iştirak.
  3. Ezamiyyə üçün əsas: “EDU” tədris mərkəzi ilə bağlanmış müqavilə
  4. İşçi 08 uyun 2023-cü ildə işə başlayır
  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 2001-ci il tarixli 66 nömrəli “Ezamiyyə xərcləri normaları haqqında” Qərarına əsasən ezamiyyə xərcləri ödənilsin.
  6. Əmrin icrasına nəzarət b/mühasib Nəsirov Elyar Nuru oğluna həvalə olunsun.

Direktor                                                                                                 Aslanov Araz Habil oğlu

İşçi əmrlə tanış edilib:           (şəxsi imza)              “04” iyun 2023-cü il

Nümunədə ezamiyyə üçün əsas kimi müqavilə göstərilib. Əgər belə müqavilə yoxdursa səlahiyyətli şəxsin belə bir təlimdə iştirakı əsaslandıran müraciəti əsas sayıla bilər. 

Xarici ezamiyyə əmri üçün əmr nümünəsi

Bu ezamiyyə əmri nümunəsi daha sərbəst  formada hazırlanıb.

UĞUR” Məhdud Məsuliyyətli Cəmiyyəti

ƏMR № 33

Bakı şəhəri                                                                                                                                                                                      8 sentyabr 2022-cı il

Müəssisədə mütəxəssis  vəzifəsində çalışan Abdullayev İlkin Səlim oğlu “Müasir proqramlaşdırma texnologiyaları mövzusunda təlim proqramlarında iştirak etmək məqsədilə 11.09.2022-ci il tarixdən 15.09.2022 tarixədək 5 (beş) gün müddətinə Türkiyə dövlətinin İstanbul şəhərinə, İstanbul Universitetinə ezam olunur.

Mühasibatlığın nəzərinə çatdırılsın ki, təlimlə bağlı bütün xərcləri (uçuş, hotel, yemək)  “Həyat” ASC çəkir.

Əsas: “ Həyat ” ASC-nin  112 №-li  05.09.2021-ci  il tarixli məktubu.

Direktor                                                                                                 M.Ə. Heydərov

İşçi əmrlə tanış edilib:           (şəxsi imza)              “08” sentyabr 2023-cü il

Xidməti maşınla ezamiyyə 

Ola bilər ki, ezamiyyəyə müəssisənin xidməti maşınında gedilsin.

“AM” Məhdud Məsuliyyətli Cəmiyyəti

  ƏMR № 22

Göyçay şəhəri                                                                                                                                                                                      10 may 2022-cı il

Bakı şəhərində yerləşən “Okean” MMC ilə alqı- satqı müqaviləsinin imzalanması  məqsədilə

ƏMR EDİRƏM

  1. Cəmiyyətin təhcizat şöbə müdiri Əhmədov Əhməd Məmməd oğlu və sürücü Abdullayev Həmid Rza oğlu 11 may 2022 tarixdən 13 may 2022-ci il tarixədək 3 (üç) gün müddətinə Bakı şəhərində yerləşən “Okean” MMC-yə  ezam edilsin.
  2. Ezamiyyətlə əlaqədar olaraq “Toyota” markalı, 10 AC 400 dövlət qeydiyyat nişanlı avtomaşın ezamiyyətə gedənlərə təhkim olunsun.
  3. Mühasibatlıq tərəfindən ezamiyyə xərclərinin normalarına uyğun olaraq avans pulunun hesablanaraq ödənilməsi təmin edilsin.

“AM” MMC Direktoru                                              Əliyev Anar İsa oğlu

İşçi əmrlə tanış edilib:           (şəxsi imza)              “10” may 2023-cü il

Rəhbər şəxs üçün ezamiyyə əmri nümunəsi

Bəzən elə hal yaranır ki, müəssisənin fəaliiyətinin təşkilinə birbaşa məsul olan şəxs ezamiyyətə gedir, müəssisənin iş ritminə zərər dəyməməsi üçün onun səlahiyyətləri kiməsə həvalə edilməlidir.

“Xəyal” MMC

                                      ƏMR № 44                                      

      ___________ 2021 __ – ci il                                                                                                                                                             Bakı şəhəri

Türkiyə dövlətinin İzmir şəhərində yerləşən “SUN” şirkəti ilə avadanlıqların tədarükü üçün danışıqların aparılması ilə əlaqədar olaraq.

ƏMR EDİRƏM

  1. Müəssisənin  direktor müavini Aaaaaaaa Bbbbbbb Cccccccc Türkiyənin İzmir şəhərinə 10-15 iyul 2021-cı il tarixlərinə 5 (beş) günlük müddətinə ezamiyyətə göndərilsin.
  2. Müəssisənin istehsalat üzrə direktor müavini səlahiyyətlərini öz üzərimə götürürəm.
  3. Ezamiyyə ilə bağlı maliyyə məsələlərinin həlli  baş mühasib Zzzzzzzzz Xxxxxxxxx Yyyyyyyyyyy tapşırılsın.

Direktor                                                         ____________

Bu ezamiyyə əmri nümunəsi bizim təklif etdiyimiz formadan fərqli tərtib olunub, amma ezamiyyə əmrinin tərtibi üçün vacib olan tələblər nəzərə alınıb.


İdeyaları texnoloji həllərə çeviririk - Genity

Print Friendly, PDF & Email