Ehtiyat sığorta fondlarına ayırmaların gəlirdən çıxılması necədir?

posted in: Xəbər | 0

Gəlirdən çıxılan ehtiyat sığorta ayırmaları

Sığorta – təbi fəlakətlər, bədbəxt hadisələr nəticəsində dəymiş zərərlər ödənilməsi, habelə müəyyən digər hadisələr baş verdikdə (sığorta hadisəsi), pul vəsaitlərinin verilməsin təmin etmək üçün sığorta fondunun yaradılması üzrə tədbirlər sistemidir. Mövcud qanun vericilik sığorta təşkilatlarında ehtiyat fond yaratmağı tələb edir. Bəs bu ehtiyatlar gəlirdən çıxılan xərclərə necə aid edilir?

Gəlin ilk növbədə sığorta ehtiyatlarının formalaşma qaydasına qısa nəzər salaq. Sığorta təşkilatları aşağıdakı ehtiyat fondları yaradır:

  • qazanılmamış sığorta haqları ehtiyatı;
  • uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar);
  • zərərlər ehtiyatı;
  • sabitləşdirici ehtiyat;
  • şərti öhdəliklər ehtiyatı;
  • qeyri-həyat sığortası əlavə ehtiyatlar.

Sığorta ehtiyatları AR Maliyyə Nazirliyinin 06.12.11 tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş qaydalar əsasında, minimum məbləğlə hesablanır. Sığortaçı qeyd olunan minimum məbləğdən artıq bir məbləğ də formalaşdıra bilər. Lakin gəlirdən yalnız müəyyən olunan normalar həddində çıxılmalara yol verilir.

Sığortaçı hesablanan məbləğdən az olmamaq şərti ilə sığorta ehtiyatlarını formalaşdırmalıdır. Sığorta ehtiyatları qüvvədə olan təkrarsığorta müqavilələri əsasında qəbul edilən öhdəliklərin icrasının təminatı üçün təmin edir.

Sığortaçı sığortanın ayrı-ayrılıqda sinifləri üzrə sığorta ehtiyatlarını yaradır. Sığorta ehtiyatları sığortaçının bağladığı bütün sığorta müqavilələri üzrə qəbul olunan öhdəlikləri nəzərə almaqla hesablanır. Hesablanmalar risklərin sonrakı təkrarsığortasından asılı olmadan aparılır.

Vergi Məcəlləsinin 112-ci maddəsi sığorta təşkilatlarının ehtiyat sığorta fondlarına ayırmalarının gəlirdən çıxılma qaydasını şərh edir. Maddəyə görə qanunvericiliyə uyğun normalar çərçivəsində edilmiş belə ayırmalar gəlirdən çıxılan xərclərə aid edilə bilər.

Hesablamada istifadə olunan sənədlər

Sığorta ehtiyatlarının hesablanmasında istifadə olunan məlumatların əks olunduğu sənədlər, sığorta müqavilələrində qeyd olunan öhdəliklər  tam yerinə yetirdiyi tarixdən sonra, 5 ildən az olmayan müddətdə saxlanmalıdır. Həmin sənədlərə aşağıdakılar aiddir:

Ehtiyat sığorta fondlarına ayırmalar - sığorta və təkrarsığorta müqavilələri, sığorta haqlarının ödənilməsi, hesablanmış sığorta ödənişləri üzrə sənədlərin saxlanma müddəi 5 ildir

Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs həm həyat, həm də qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının hesablanmasında zəruri olan məlumatları ayrılıqda jurnallara qeyd edir. Bu zaman kağız və elektron daşıyıcılardan istifadə oluna bilər.

Onu da qeyd edək ki, əvvəllər gəlirdən çıxılmış ehtiyat azalırsa, həmin ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.

Nümunə 1: Sığorta şirkəti “A” müəssisəsi ilə sığorta müqaviləsi bağlayır (17000 manat dəyərində) və sığorta haqqından sığorta ehtiyatı yaradaraq (9000 manat dəyərində) gəlirindən çıxır. Lakin sığorta müqaviləsi üzrə müddət bitir, heç bir sığorta hadisəsi baş vermir və təşkilat əvvəllər gəlirdən çıxılan xərclərə aid edilmiş bu məbləği (9000 manat) gəlirə təkrar daxil edilir.

Sığorta ehtiyatlarına dair hesabatlar Maliyyə Nazirliyinə təqdim olunur. Həmin hesabatlar təqvim ilinin hər rübü bitdikdən sonra, 20 gün ərzində, həm kağız , həm də elektron daşıyıcılarda sığortaçı tərəfindən məxsusi formalarda təqdim olunur.

VÖEN-in ləğv edilməsi üçün nə tələb olunur?

Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank maliyyə bazarına hərəkət gətirəcək yeni Birbank Star kartını təqdim edir. “Birbank Star ilə sənə olar” sloqanı ilə istifadəyə verilən kart, kredit kartlarının sahib olduğu ənənəvi şərtlərdən tamamilə uzaqdır. Belə ki, Birbank Star sahibinə maliyyə azadlığı ilə yanaşı, çətin və qarışıq qrafiklər, mürəkkəb kredit hesablamalarından uzaq olmağı vəd edir.

Bu kartı xüsusi edən isə faizsiz və komissiyasız ödəniş imkanlarına sahib olmasıdır. Belə ki, bütün banklara məxsus bankomatlardan nağdlaşdırma, onlayn ödənişlər, pul köçürmələri, tranferlər də daxil olmaqla heç bir əməliyyata komissiya və faiz tətbiq edilmir. Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə əldə edə bilərsiniz. Eyni zamanda kart istifadəçiləri 7500-dən çox partnyor brenddən alış-veriş zamanı 30%-dək keşbek, üstəlik 2 qat ƏDV qazanacaqlar.

Ödəniş şərti isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Ödəniş vaxtında edilmədiyi halda hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir.

Kartı ən yaxın Kapital Bank filialından, Birbank mobil tətbiqindən və onlayn formada kapitalbank.az, birbank.az vebsaytlarından müraciət edərək əldə etmək mümkündür. Onu da qeyd edək ki, bu kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Fiziki olaraq sifariş edilən kart haqqında məlumatlar dərhal müştərinin  Birbank mobil tətbiqində əks olunur. Müştəri kartı əldə etdikdən sonra isə aktivləşir. Kart yalnız rəqəmsal versiyada sifariş edilərsə dərhal mobil tətbiqdə görünür və istifadəsi həmin andan etibarən mümkün olur. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur.

Birbank Star kartı haqqında ətraflı məlumat üçün link: https://b-b.az/bs

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

243 saylı “Verilmiş qısamüddətli avanslar” hesabı üzrə uçot

VÖEN-in ləğv edilməsi üçün nə tələb olunur?

posted in: Xəbər | 0

Mən özümə məxsus VÖEN-i ləğv etmək istəyirəm. Bunun üçün nə etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində müvafiq bölmədən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16 və 34-cü maddələri

Mənbə: vergiler.az

Müəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?

Maliyyə hesabatları: müəssisənin maliyyə vəziyyəti haqqında hesabat (Balance Sheet)

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə hesabatı nədir?

Luka Paçoli haqqında yəqin eşitmişiniz. “O kimdir?” sualını verənlər cavabı buradan  tapa bilər. Qısaca desək, o, mühasibat elminin atası  sayılır. Düzdür, uçot haqqında ilk kitabın şərqdə yazıldığı da deyilir. Amma nə etmək olar, dünya Fransiskan rahibini mühasibat elminin banisi hesab edir. Bəs maliyyə hesabatları ilə bu rahib arasında hansı əlaqə vardır?

Paçoli uçot qeydlərinin aparılmasın sahibkarın (tacir, istehsalçı, xidmət göstərən və s.) işlərinin mövcud vəziyyəti barədə məlumat əldə etmək istəyi ilə əlaqələndirirdi. Amma qeydlərin aparılması özlüyündə hələ müəssisənin maliyyə vəziyyəti və onun fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinə əsas vermir. Bunun üçün qeydləri təhlil edərək rahat anlaşılan şəkildə formalaşdırmaq – maliyyə -mühasibat hesabatları şəklinə salmaq lazımdır.

Maliyyə -mühasibat hesabatları maliyyə məlumatlarıdır və müəssisənin maliyyə fəaliyyətinin nəticələri və onun maliyyə vəziyyətini qiymətləndirmək üçün müəssisə tərəfindən yerinə yetirilən əməliyyatlara verilən addır.

Maliyyə hesabatları konsepsiyası

Hesabatı formaları və  hesabat verən qurumlar maliyyə hesabatları üzrə konsepsiyasa sənədinin 3-cü bölməsində şərh edilir. Konsepsiyada hesabatlar 3 qrupa ayırır:

  1. Maliyyə vəziyyəti haqqında hesabat – MVHH (statement of financial position);
  2. Maliyyə nəticələri haqqında hesabat (statement of financial performance);
  3. Digər hesabatlar.

Digər hesabatlara aşağıdakılar aiddir:

  1. maliyyə hesabatında tanınan və tanınmayan aktivlər haqqında məlumatlar;
  2. pul vəsaitlərinin hərəkəti;
  3. kapitalda dəyişikliklər;
  4. izahlı qeydlər, hansısa fərziyyələr, təxminlər və sair.

 “Konseptual Əsasların hazırlanmasının əsas məqsədi nədir?” sualının cavabı sadədir – şəffaflığa və cavabdehliyə təminat verilməsi.

Şəffaf hesabat mühasibat uçotu məlumatları istifadəçilərini müəssisınin cari durumu, qərar və fəaliyyəti barədə düzgün və anlaşıla bilən məlumatlarla təmin etməlidir.

Cavabdehlik hesabat hazırlayanın, onlara təhkim edilmiş resurslarin idarə idarəçiliyində, qərarların qəbulunda məsuliyyətini zəruri sayır.

Hesabatların hazırlanmasına məsul şəxslər

Direktorlar şurası maliyyə hesabatlarının tərtib edilməsinə birbaşa məsuliyyət daşıyır. Şura onları tam, vaxtında və dəqiq formada hazırlanmasına cavabdehdir, maliyyə nəticələrini düzgün və aydın şəkildə təqdim etməlidir.

Ümumiyyətlə, müəssisənin 5 fərqli hesabatları (4 əsas olmaqla) müəssisə barədə müxtəlif, lakin bir-birini tamamlayan məlumatlar verir. Bunlardan isə MVHH və MGHH hesabatları ən önəmlidirlər. (MGHH – məcmu gəlir haqqında hesabat (mənfəət-zərər hesabatı).

Maliyyə hesabatı səhvsiz tərtib edilməlidir, çünki “Mühasibat uçotu” haqqında Qanununa görə dəqiqləşdirilmiş maliyyə hesabatının təqdim olunması imkanı yoxdur (vergi hesabatları istisnadır).

Mühasibatlıqda cari dövr üçün əməliyyatlarının düzgün əks etdirilməməsi aşkarlandığı hallarda hesabat dövrünün sonunadək müvafiq uçot hesablarında əlavə yazılışlar verməklə düzəlişlər aparıla bilər.

Hesabat ili başa çatdıqdan sonra, əgər illik maliyyə hesabatı hələ təsdiq olunmayıbsa, dekabr ayının mühasibat müxabirləşmələrində uyğun qaydada düzəlişlər edilib, müvafiq qurumlara təqdim edilir.
Əgər cari ildə ötən ilin əməliyyatlarında baş verən səhvlər müəyyən edilərsə, hər hansı bir düzəlişin aparılmasına yol verilmir.

Beləliklə, yol verilən səhvlər bütün hallarda həmin dövrdə düzəldilməli, düzəlişləri əvvəlki tarixlə etmək olmaz.

Mühasibat uçotunda müstəqil aşkar edilmiş və düzəliş aparılmış səhvlərə görə baş mühasib cərimələnmir.

Maliyyə Vəziyyəti Haqqında Hesabat (Balance Sheet)

Maliyyə vəziyyəti haqqında hesabatı (MVHH) müəssisənin balans hesabatı da adlandırırlar. Çünki mühasibat uçotu hesablarımızın balanslaşmış vəziyyətini əks etdirir, müəssisənin aktiv, öhdəlik, kapital üzrə maliyyə vəziyyəti barədə dəqiq təsəvvür yaradır. Hesabat adətən 2 formada hazırlanır:

  • aktivlər solda, öhdəlik və kapitallar sağda olmaqla iki sütunda (account format) əks etdirilərək;
  • hər üçü – aktivlər, öhdəliklər və kapital bir sütunda (report format) yerləşdirilməklə.

MVHH – konkret tarixə hazırlanır, yəni hansısa intervalı əhatə etmir, müəssisənin konkret günə, ana yaxud dünənə və s. tarixə olan maliyyə vəziyyətini təsvir edir. Düzgün tərtib edilmiş maliyyə hesabatları müəssisənin inkişafı (yaxud gerilədiyi) barədə məlumatları əks etdirir.

Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda qeydiyyatı maliyyə bərabərliyinin tələblərini ödəyir, bu bərabərliyə tabe olur. Odur ki, MVHH –nin əsasını bu bərabərliyin təşkil etdiyini deyə bilərik.

MVHH müəssisənin effektiv fəaliyyəti və rəhbərliyinin peşəkarlığından xəbər verən hesabatdır. Müəssisənin yalnız gəlir gətirməsi hələ onun rəhbərliyinin effektiv çalışması anlamına gəlmir. Həmin gəlirlərin qazanılması üçün hansı aktivlərdən və necə istifadə edilmısi önəmlidir.

Hesabatın əsas elementləri

Maliyyə bərabərliyinə analoji olaraq maliyyə hesabatının 3 əsas elementi var – aktivlər, öhdəliklər, kapital.

Maliyyə bərabərliyinə analoji olaraq maliyyə hesabatının 3 əsas elementi var – aktivlər, öhdəliklər, kapital.

Aktivlər dedikdə keçmiş hadisələrin nəticəsində hal-hazırda müəssisə tərəfindən nəzarət edilən və ona gələcəkdə iqtisadi səmərə gətirən resurslar başa düşülür. İqtisadi səmərənin gətirilməsi təkcə pul gətirilməsi anlamında başa düşülməməlidir. Əgər resurs gələcəkdəki pul sərfiyyatını azaldırsa, bu da iqtisadi səmərədir. Məsələn, hər dəfə fotosurət çıxarmaq üçün çox pul xərcləməmək üçün ofisinizə aldığınız surətçıxaran aparatı, hər dəfə taksi pulu verməmək üçün aldığınız nəqliyyat vasitəsi sizə iqtisadi səmərə gətirir.

Balansın forması

Beynəlxalq Standartlarda balans hesabatının tərkibinin düzülüşünə likvidlik baxımından yanaşma 2 cürdür :

  1. Aktiv və Öhdəliklər üzrə likvidliyi yüksək olandan az olana doğru düzülmə;
  2. Aktiv və Öhdəliklər üzrə likvidliyi az olandan yüksək olana doğru düzülmə.

Birinci yanaşma əsasən ABŞ standartlarında (GAAP) , ikinci yanaşma Beynəlxalq Standartlarda (MHBS) istifadə edilir.

Respublika Maliyyə Nazirliyi maliyyə hesabatlarının beynəlxalq standartlara (IFRS) uyğun hazırlamasın tövsiyə edir. Bu normaldır, çünki Azərbaycan daha çox qonşu və Avropa ölkələri ilə iqtisadi əlaqələrdə olur nəinki Amerika Birləşmiş Ştatları ilə.
Balans hesabatının nümunəvi forması Maliyyə Nazirliyinin 30.01.2017-ci il Q-01 tarixli qərarında verilib. Hesabata formasını müəssisənin baş mühasibi və direktoru imzalayır.

Adından göründüyü kimi o, nümunəvi xarakter daşıyır və müəssisə tərəfindən bir qədər fərqli şəkildə tərtib edilməsi yolveriləndir.

Maliyyə Vəziyyəti Haqqında Hesabatda hər bir müştəri, kreditor və ya digərləri üzrə ayrıca məlumat verilmir. Bütün öhdəliklər, aktivlər ümumi şəkildə, uzunmüddətli və qısamüddətli kimi  hesabatda əks olunur.

Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər – MİSALLARLA

1 297 298 299 300 301 302 303 2. 683